Tarixi
Qalasar - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 27 km məsafədə, Aysəsi dərəsinin qərbində yerləşir.
Kənddə 1873-cü ildə 108 nəfər, 1886-cı ildə 154 nəfər, 1897-ci ildə 184 nəfər, 1904-cü ildə 154 nəfər, 1914-cü ildə 170 nəfər, 1916-cı ildə 248 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur.
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar doğma evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 46 nəfər, 1926-cı ildə 104 nəfər, 1931-ci ildə 142 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının sonlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Toponim qala sözü ilə türk toponimiyasında "əsas, baş, yuxarı, böyük" mənasında işlənən sar sözündən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Əhalisi
1988-ci ilə qədər azərbaycanlılar
Tarix: 06.02.2015 / 18:47 Müəllif: Feriska Baxılıb: 104 Bölmə: Qərbi Azərbaycan