Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cil (Göyçə)

Tarixi
Krasnoselo rayonunu Basarkeçər rayonundan ayıran birinci kənd. Tarixi mənbələrə görə XII əsrdə bina edilmişdir.

Cil – İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 28 km cənub-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.82). F.Kırzıoğlu Cilkəndi formasında qeyd qeyd edir (F.Kırzıoğlu. Rəvan türkləri, "Vətən həsrəti" qəz., 18. VI. 1993). İndiki Çəmbərək (Krasnoselo) rayonu yaradılana qədər (31. XII. 1937) Basarkeçər rayonunun tərkibində olmuşdur. Tarixi mənbələrdə kəndin XII əsrdə salındığı göstərilir (Ermənistan Sovet Ensiklopediyası, IX c., İrəvan, 1983, s.514). Sonuncu fikir erməni saxtakarlığının məhsuludur . Cil kəndi qədim yaşayış məskəni kimi təxminən b.e.ə IV-VI minilliyə təsadüf edir. Buna sübut kənddə iki yerdə qədim oğuz turklərinə aid məzarlığı köstərmək olar, birincisi Tikinüsdü məhəlləsindəki və ən qədimi, ikincisi Təpənin dalındakı məzarlıq. Adı çəkilən məzar daşlarındakı yazılar Orxon -Yenisey yazılarına daha yaxındı.

"Cil" toponimi
Toponim Azərbaycan dilində "torpağın üstünü basan süpürgəvari ot" mənasında işlənən cil sözü (12, s.480, 484) əsasında əmələ gəlmişdir. Bu söz Qazax dialektində "otun bir növü" (Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri, B., 1967, s.250), Naxçıvan dialektində "ağacın kökü" (8, s.458) mənasında işlənir. Ümumiyyətlə, cil otu bataqlıqlarda bitir və onun kökündə aşı maddəsi olur (12, s.480). Fitotoponimdir. Quruluşca sadə toponimdir.

Elm, mədəniyyət və təhsili
Orta məktəb binası, tibb məntəqəsi və digər ictimai obyektlər fəaliyyət göstərirdi. 1970-80-ci illərdə ali məktəblərə daxil olan məzunların sayına görə Cil kənd orta məktəbi respublikda fəaliyyət göstərən orta məktəblər siyahısında ilk yerlərdə olub.

Coğrafiyası və iqlimi
Rayon mərkəzindən cənub-şərqdə, Göyçə gölünün sahilində, rayondan 35 kilometr aralıda yerləşir.

Əhalisi
Kənddə 1831-ci ildə 265 nəfər, 1873 – cü ildə 287 nəfər, 1886-cı ildə 587 nəfər, 1897-ci ildə 442 nəfər, 1904 – cü ildə 975 nəfər, 1914 – cü ildə 1035 nəfər, 1916-cı ildə 893 nəfər, 1919 – cu ildə 888 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1919 – cu ilin yazında kənd sakinləri ermənilərin təcavüzünə məruz qalaraq qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri doğma yurdlarına dönə bilmişdir. 1922-ci ildə burada 697 nəfər, 1926-cı ildə 824 nəfər, 1931-ci ildə 1041 nəfər (415, s.26-27, 1121123), 1970-ci ildə 1595 nəfər, 1979 – cu ildə 1490 nəfər, 1987-ci ildə 1500 nəfər (85, s.9192) azərbaycanlı yaşamışdır. Cil camaatının əksəriyyəti 1905-1920-ci illər arasında erməni-daşnak birləşmələrinə qarşı mərdliklə vuruşmuşlar. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Tarixən 1988-ci ilə qədər azərbaycanlılardan ibarət kənd olmuşdur. 30 kvadrat kilometr sahəsi olan bu kənddə 1500 nəfər əhali yaşamışdır. Hal-hazırda kənddə ermənilər yaşayır.

Görkəmli şəxsiyyətləri
Nəriman İmranov – Azərbaycan Milli Təhlükəsizlik Naziri (1993-1994)
Abuzər Xələfov — BDU-nun Kitаbхаnаşünаslıq kаfеdrаsının müdiri.
Zəki İslam – Şair, "Qızıl Qələm" mükafatı laureatı.
Xələf Xələfov — Azərbaycan Xarici İşlər Nazirliyinin müavini, diplomat.
Abbas Vəfadağlı – Dövlət xadimi,şair,el ağsaqqalı.
Zübeyit Tağıyev – fizika-riyaziyyat elmləri doktoru, professor
Şahvələd Çobanoğlu — Jurnalist, redaktor, siyasi yazar
Əvəz Ələkbərov (23 iyul 1952, Göyçə, Ermənistan SSR) – iqtisad elmləri doktoru, Azərbaycan Respublikasının sabiq maliyyə naziri (1999-2006).
Sayalı Sadıqova — Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavinidir.
İlham Mazanlı - BDU beynəlxalq jurnalistika kafedrasının dosenti, tarix elmləri namizədi.
Tahir İbrahimov - BDU-nun Fiziki coğrafiya kafedrasının dosenti.
Mikayıl Abbasov - Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin Texniki direktoru.
Azad Qurbanov - Fizika-riyaziyyat elmləri namizədi, Kitabxanaçılıq informasiya” fakültəsinin dekanı,"Kitabxanaşünaslıq" kafedrasının dosenti
Misrəddin Sadıqov - Fizika-riyaziyyat elmləri doktoru, professor.
Aşıq Müseyib (Aşıq Qasım oglu Nəsibov) - Aşıq, "Qara göz" mahnısının məşhur ifaçısı.
Şahin İmranov — İdman ustası, boks üzrə beynəlxalq yarışların gümüş və bürünc mükafatçısı
İqtisadiyyatı
Sovxozla birlikdə camaatda 13000 baş xırda buynuzlu heyvan, 2500 baş qaramal olub. Uzun müddət rayonun gəlirlə işləyən bir nömrəli təsərrüfatı olub. Tütünçülük, taxılçılıq, heyvandarlıq, və arıcılıq əsas gəlirli sahələrdən idi.


Tarix: 06.02.2015 / 18:24 Müəllif: Feriska Baxılıb: 193 Bölmə: Qərbi Azərbaycan
loading...