Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Niftalı Qocayev

Qocayev Niftalı Mehralı oğlu — fizika-riyaziyyat elmləri doktoru, professor.

Həyatı
Niftalı Qocayev 1936-cı ildə Qərbi Azərbaycanın Karvansaray (indiki İcevan) rayonunun Göyərçin kəndində anadan olub. İbtidai təhsilini əvvəlcə Göyərçin kəndində, sonra isə Polad kənd əsas məktəbində alıb. Orta təhsilini isə Gölkənd kəndində alıb və rayon tarixində ilk dəfə olaraq həmin məktəbi qızıl medulla bitirib.1953-cü ildə Azərbaycan Dövlət Universitetinin Fizika–riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olub. Təhsil müddətində əldə etdiyi xüsusi müfəfəqiyyətlərə görə "Kalinin" təqaüdünə layiq görülüb. Universiteti fərqlənmə diplomu ilə bitirdiyinə görə 1958-ci ildə Molekulyar fizika kafedrasına işə götürülüb və 1959-cu ildə aspiranturaya daxil olmaq üçün keçmiş SSRİ EA-nın Leninqrad şəhərində yerləşən Yüksəkmolekullu Birləşmələr İnistutuna ezam olunub. Molekulyar Biofizika üzrə namizədlik disertasiyasını müdafiə edərək ilk azərbaycanlı biofizik olub. 1961-ci ildə aspiranturanı bitib Azərbaycana qayıtdıqdan sonra məzunu olduğu molekulyar fizika kafedrasına müəllim vəzifəsinə işə qəbul olunub və məhsuldar əməyi nəticəsində həmin kafedranın professor və kafedra müdiri vəsifəsinə qədər yüksəlib.

Təşkilatçılığı ilə ilk dəfə olaraq 1967-ci ildə Qafqaz regionu və Rusiyanın bir çox vilayətlərini əhatə edən "Ali məktəb müəllimlərinin ixtisaslarını artırma fakültəsi" yaradılıb və o, bu fakültənin ilk dekanı olub.

1969-1984-cü illərdə "Optika və Molekulyar fizika" kafedrasına rəhbərlik edib, 1980-ci ildə isə "Molekulyar Biofizika Problem Labaratoriyası"na müdir təyin olunub. 1970-ci ildən 1980-ci ilə qədər Azərbaycan Ali Təhsil Nazirliyi nəznində olan "Astranomiya və Fizika" üzrə metodik şuranın sədr müavini, 1980-ci ildən 1992-ci ilə qədər isə sədri vəzifəsində çalışıb Eyni zamanda Azərbaycan Ensiklopediyasının fizika üzrə redaksiya heyyətinin üzvü olub və Ensiklopediya üçün 100-dən artıq məqalə yazıb.

"Bilik" cəmiyyəti xətti ilə elmin yeni nailiyyətlərinin kütləviləşdirilməsi sahəsindədə geniş fəaliyyət göstərib, oxuduğu çoxlu sayda muhazirələrlə yanaşı "Optik Kvant Generator" (1975), "Holoqrafiya" (1979) kitablarını yazaraq geniş oxucu kütləsinə təqdim edib. Eyni zamanda Amerika, Avropa və Rusiyanın elmi jurnallarında çap olunmuş 300-dən çox elmi məqalənin, Türkiyə və dünyanın başqa olkələrində çap olunmuş çoxsaylı monaqrafiyaların müəllifidir. Müxtəlif ölkələrdə təşkil olunan Beynəlxalq Elmi Konfranslarda 35 məruzə və 10 plenar məruzə ilə çıxış edib.

Onun rəhbərliyi ilə 17 elmlər namizədi yetişib ki, bunlardan da 4 nəfəri İraq, Misir Ərəb Respubilkası və Türkiyə vətəndaşlarıdır. 1992-ci ildən 1993-cü ilə qədər Ərzurumdakı Atatürk Uneversitetinin dəvəti ilə bu universitetin fizika bölümündə, 1993-cü ildən 1997-ci ilə qədər isə İstanbul Universitetinin fizika bölümündə işləyib.

Nyu-York Elmlər Akademiyasının və American Assotation For the Advancment of Sciens cəmiyyətinin üzvüdür.


Tarix: 06.02.2015 / 16:07 Müəllif: Feriska Baxılıb: 128 Bölmə: Qərbi Azərbaycan
loading...