Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saral (Hamamlı)

Tarixi
Saral – İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 7 km şərqdə, Pəmbək çayının sağ sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.219) qeyd edilmişdir. Kəndin ilk adı Sarallı olmuşdur (415, s.54).

Hamamlı (Spitak) rayonu təşkil edilənədək (1937) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin X-XII əsrlərdə salındığı göstərilir (Ermənistan Sovet Ensiklopediyası, XI c., İrəvan, 1984, s.210). Kənddə 1831-ci ildə 54 nəfər, 1873 – cü ildə 539 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 754 nəfər, 1908-ci ildə 951 nəfər, 1914 – cü ildə 1111 nəfər, 1916-cı ildə 982 nəfər azərbaycanlı yaşamışdır (415, s.54-55, 132-133). 1915-1918-ci illərdə xaricdən köçürülən ermənilər kəndə yerləşdirilmişdir və kəndin əhalisi 1919 – cu ildə azərbaycanlılarla ermənilər birlikdə 3090 nəfər təşkil etmişdir (415, s.133). 1919 – cu ilin axırlarında kənddə yaşayan azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 808 nəfər, 1926-cı ildə 851 nəfər, 1931-ci ildə 975 nəfər (415, s.54-55, 132-133), 1987-ci ildə 1856 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın 1-də kəndin sakinləri – azərbaycanlılar qırğınlarla Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. Toponim sarallı türk tayfasının adı (329, s.ll, 24, 164; 286, s.68) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi
30 noyabr 1988-ci ildə Daşnak terrorçuları Hamamlı rayonunun Saral kəndindən Həmzəçimən kəndinə yollanan qaçqın dəstəsinə basqın etmişlər. 18 nəfər qətlə yetirilmiş, Balacayev Mövsümün 8 nəfərlik ailəsi tamamilə məhv edilmişdir. 7 nəfər isə ağır bədən xəsarəti almışdır.

Tanınmışları
Əsəd Əhmədov — Azərbaycanın Milli Qəhrəmanı
Sənubər Sarallı — yazıçı
Əsgər İsayev — Professor
Fəxrəddin İsayev — Professor
Səlimxan Əliyev — Kimyaçı alim
Firdovsi Bəşirov — Fəlsəfə doktoru
Knyaz Mirzəyev — Tibb elmləri namizədi, Dosent
Çərkəz Qurbanlı — Tərcüməçi alim, elmlər namizədi
Şəkər Məmmədova — ADU-da dekan müavini, Coğrafiya üzrə fəlsəfə doktoru, Dosent.
Hidayət İsayev — Professor,
Məhəmməd İsayev — Professor
Dünyamalı isayev — Elmlər namizədi
Pənah Pənahov — Elmlər namizədi
İqtisadiyyatı
Əkinçilik və heyvandarlıq.


Tarix: 06.02.2015 / 18:55 Müəllif: Feriska Baxılıb: 122 Bölmə: Qərbi Azərbaycan
loading...