Haqqında
Göyərçin kəndi Qаrаqоyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR İcevan (Karvansara) rayonunda, rayon mərkəzindən 16 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənddir. Azərbaycanlı əhalisi 1897-ci ildə 257, 1926-cı ildə 271, 1931-ci ildə 205, 1939-cu ildə 237 nəfər olub. 1950-ci ildə yaxınlıqdakı Salah kəndi ilə birləşdirilmişdir, əhalisi də oraya köçürülmüşdür.
Tarixi
Göyərçin kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı. Kəndin məşhur tayfaları aşağıdakılardır: Göyalılar, Məmmədalılar, Dəmirli, Abdullalı. Kənd əhalisinin əsasən Qazax, Şəmkir, Tovuz və Goranboyun Tap Qaraqoyunlu kəndi ilə qohumluq əlaqələri vardır. Güman ki, əhali həmin ərazilərlə mütəmadi gediş-gəliş əlaqələri olub.
Görkəmli şəxsiyyətləri
Misir Mərdanov - riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycanın təhsil naziri
Tarix: 06.02.2015 / 18:29 Müəllif: Feriska Baxılıb: 64 Bölmə: Qərbi Azərbaycan