Tarixi
Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. 1920-ci ildən sonra kərimlilər və dəmirçililər tayfası Körpülü kəndindən 1,5 km aralı yeni yurd salmışlar. Həmin ildən Körpülü - Yuxarı Körpülü və Aşağı Körpülü kəndlərinə bölünmüşdür. Deməli, Aşağı Körpülü kəndi 1920-ci ildən sonra salınmışdır.
Kənddə 1922-ci ildə 253 nəfər, 1931-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır. Kəndin sakinləri 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir.
Toponim fərqləndirici əlamət bildirən aşağı və «çay, dəmiryolu və s. üzərindən keçmək, daşdan, taxtadan, dəmirdən qurulan tikili keçid» mənasında işlənən körpü sözlərindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Görkəmli şəxsiyyətləri
Roza Arazova (Arazova Roza Binnət qızı) - Xəzər Universiteti Tarix və Arxeologiya departamentinin müdiri
Tarix: 06.02.2015 / 18:18 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Qərbi Azərbaycan