Hortuyüz kəndi — Zəngəzur mahalının Sisiyan (Qarakilsə) rayonunda kənd. Kənd 1918-ci ildə ermənilər tərəfindən dağıdılmışdır.
Hortuyüz kəndi Qarakilsə rayonundan 10-15 km aralıda, rayon mərkəzindən qərbdə, Ərəfsə və Comərdlı kəndlərinə gedən yolun üstündə, Bazar çayının sağ sahilində yerləşib. Rayonun ərazicə ən böyük kəndlərindən biri olan Hörtuyüzün əhalisini azərbaycanlılar təşkil edib. Əhali əsasən heyvandarlıq və əkinçiliklə məşğul olub. Kənddə gəbə, palaz toxuculuğu da inkişaf edib.
1918-ci sentyabr ayının 20-də, gecə vaxtı Andranik Ozanyan başçılıq etdiyi erməni quldur dəstəsi qəflətən kəndə hücum edib və əliyalın kənd əhalisini görünməmiş vəhşiliklə qətlə yetirib. Ermənilər camaatın evlərini taladıqdan, mal-qarasını mənimsədikdən sonra kəndi yerlə yeksan ediblər. Bir gecədə 283 nəfər hörtuyüzlü erməni vəhşiliklərinin qurbanı olub. Bu hadisədən sonra qonşu Ərəfsə və Comərdli kəndlərinin azərbaycanlılardan ibarət olan əhalisi də öz ata-baba yurdlarını tərk etmək məcburiyyəti qarşısında qalıblar. Sonradan bu kəndlərin əhalisinin müəyyən hissəsi Naxçıvana köçüb. 1919-cu ildən sonra Hortyüz kəndinin sağ qalan bəzi sakinləri yenidən Ərəfsə və Comardlı kəndlərinə qayıdıb özlərinə yuva qururlar. Buna misal olaraq Vikipediyada qeyd edilən Ərəfsə doğumlu Fizika-riyaziyyat elmləri namizədi Qəzənfər Həsənovun atası İman Şirin oğlu Həsənovu və onun qardaşı Agahüsüeyin Şirin oğlun misal çəkmək olar. Həmin ailənin demək olar ki bütün üzvləri erməni quldur dəstəsi tərəfinən qurşundan keçrilmişdi. Həsənov İmanın o vaxtı 12 yaşı qardaşı Agahüseyinin 8 yaşı var idi. Söylədiyinə görə həmin günun əvvəlki günü atam nədənsə şübhələnib Məni və qardaşım Ağahüseyinlə həyətdəki Mal qaranı çıxardıb daga Daga Ərəfsə kəndi istiqaməti tərfəaparmağımızı tapşırdı ve dediki nə badə Mən sizi çağırtmamış geri gələsiniz.Bizdə mal qaranı götrüb getdik bir gün sonra eşitdimki andranik kəndi yerlə yeksan edib və malqranı dağda saxlayaraq gizli yolla qardaşımla kəndə gəldik elə qapının ağzında məhləmizdə atamın və balaca qardaşımız Şükürün meydlərini gördüm məhlənin daxilində isə 9 Bacımızin və Anamızın cəsədlərinə rast gəldik Böyük bacım isə divara şöykənmiş halda qucağnda körpəsi canın tapşırmışdi. yaxına gedəndə körpənin sağ olduğunu və bacımın cansız bədənini əmdiyini gördüm uşağı götürüb ağlaya-ağlaya iki qardaş kəntdən çıxdıq ancaq həyat təcrübəm olmadığı üçün 2 gündən sonra baçımın körpəsində itirdik.Qardaşımıda ıötürüb Naxçıvan istiqamətinə getdim. Qardaşı Ağahüseyini bir qoca kadına tapşırib özü isə nökərciliklə başını saxlmaga məcbur olub və 1930-cu illərdə isə hortüyz kəndində məskən salmaq mümkün olmadıö üçün Ərəfsə kəndinə gəlib Və burda Həsənova QızdarBəyim Şölü qızı Ailə qurur Sonra isə qardaşı Agahüseyinidə kəndə gətrib oda burda Mirimova Gülzada Misirxan qızı ilə ailə qurub. 1939-cu ildə İmanın bir Qızı olub adını Abuzəndə qoyurlar. Qardaşı Ağahüseyinin isə 1941-ci ildə qizi olur adını Abuzəndə adına uyğun olaraq Gülzəndə qoymaq istəyiblər Ancaq Ağahüseyin heç kimin xətrinə dəymədən doğum şəhadətnaməsində qızına Anası Züleyxanın adını qoyub. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayıb iki qardaşın ikisidə cəbhəyə yola düşüblər 1943-cü ildə Agahüseyinin ölüm xəbəri gəlir. 1945-ci ildə isə İman isə xəstə vəziyyətdə Bakıda müalicə olandan sonra kəndə qayıdır ancaq özüdə bilirdi ki çox yaşayan deyil 1946-ci ildə İmanın bir oğlu olur Müzəffər 1948-ci ilin may ayına İman Həsənov ömrünü sona yetirir. Bu zaman yoldaşı Qəzənfər Həsənova hamilə imiş 12 noyabr 1948-ci li tarixində Qəzənfər Həsənov Atasının ölümündən sonra atasız olaraq dünyaya göz açır.
1948 cildə Ağahüseyinin Ailəsi Azərbaycan SSR (Jdanov) Beyləqan rayonu Maşqara kəndi 5 N: li Sovxozun 1 - ci şbəsinə köçürlər.
Hal hazırda Agahüseyinin qızı Ağayeva Züleyxa Həmin kəndə yaşayır.
Həsənov İmanın Ailəsi isə 1966 ci il tarixindən Azərbaycan SSR Sumqayıt şəhərində Corarat qəsəbəsində Məskunlaşıblar.
Tarix: 06.02.2015 / 18:32 Müəllif: Feriska Baxılıb: 259 Bölmə: Qərbi Azərbaycan