Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maksim Şamil

Həyatı
Cabbarov Şamil Hümbət oğlu 1952-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub.

1971-1973-cü illərdə hərbi xidmət keçmişdir.

1979-cu ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş və doğma kəndində 1988-ci ilə qədər müəllim işləmişdir.

Hazırda Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında müəllim işləyir.

Yaradıcılığı
Onun çətinliyi artırılmış məsələ və misallardan ibarət "Riyaziyyat nəyi sevir" adlı kitabı riyaziyyat elminə böyük töhfədir.

"Tufandan tez yeli çatar" şeirlər kitabında Maksim Şamilin həyata baxışlarının ərməğanı olan ürək sözləri və şeirləri toplanmışdır. Şeirlər tərbiyəvi ruhda yazılmışdır. Ustadnamələrlə zəngin olan kitabda Sabirsayağı tənqidi şeirlər də çap olunmuşdur.

Kitabları
"Ehtimal nəzəriyyəsi və riyazi statistika", (Teymurov Fərhad, Həsənov Əvəz və Əfəndiyev Məqsəd ilə birlikdə). Bakı, “Elm və təhsil” nəşriyyatı, 2012. - 228 səh. 500 nüsxə.
"Riyaziyyat nəyi sevir". Çalışmalar (metodiki göstərişlər və həlləri ilə), Bakı, "Elm və təhsil", 2012. – 168 səh. 200 nüsxə.
"Tufandan tez yeli çatar" (şeirlər), Bakı, "Nurlan", 2013. 200 nüsxə.
"Ali riyaziyyat kursundan mühazirələr və məsələlər" (I hissə), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2013. - 368 səh. 100 nüsxə.


Tarix: 05.02.2015 / 17:39 Müəllif: Feriska Baxılıb: 123 Bölmə: Qərbi Azərbaycan
loading...