Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq İmran

Həyatı
İmran Mehralı oğlu Həsənov 1928-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub, sonradan Tovuz rayonunda yaşayıb. Sənətin sirlərini əvvəlcə əmisi aşıq Dünyamalıdan, sonar isə Məhərrəm Hacıyevdən öyrənib.

Azərbaycan aşıqlarının III və IV qurultaylarının nümayəndəsi olan Aşıq İmran bir sıra ölkələrdə beynəlxalq festivallarda iştirak edərək vətənə mükafatla qayıdıb.

Klassik aşıq yaradıcılığının mahir bilicisi olan Aşıq İmran həm də bədii yaradıcılıqla məşğul olub. Yubiley ərəfəsində onun “Sənətimin sultanıyam” adlı şeirlər kitabı da işıq üzü görüb.

Aşıq İmran Həsənov 15 dekabr 1999-cu ildə vəfat etmişdir.

2013-cü il noyabrın 4-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan klassik aşıq sənətinin son nəhənglərindən biri olan, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi aşıq İmran Həsənovun 85 illik yubileyi qeyd edilmişdir.

Sənəti
Gənc yaşlarından aşıqlıq sənətinə meyl etmiş və bu sənətin sirlərini əmisi aşıq Dünyamalıdan, Gədəbəyli Aşıq Hüseyn Quliyevdən, Göyçəli Aşıq Məhərrəm Hacıyevdən, Aşıq Hüseyn Dəmirçidən öyrənmiş, habelə, 1950-ci ildən Tovuz rayonuna köçərək ustad aşıqlar - Aşıq Əsəd və Mirzədən bəhrələnmişdir.

Zil tembrli səsə malik olduğuna görə ona "Koroglu aşığı" deyirdilər.

Yaradıcılığı
7 aşıq havasının yaradıcısı, 2 şerlər kitabının müəllifi olmuşdur, 12 aşıga ustadlıq etmiş, uzun illər yaşayıb-yaratdığı Tovuz rayonunda Aşıqlar ansanblının rəhbəri olmuşdur.

Mükafatları
1956-cı ildə Bakı şəhərində keçirilmiş Ümumrespublika müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı
1957-ci ildə Moskvada keçirilmiş Ümumittifaq müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı
1957-ci ildə Moskvada keçirilmiş tələbə və gənclərin 6-cı Ümumdünya festivalında rəhbərlik etdiyi Aşıqlar ansanblı ilə birlikdə qalib gələrək qızıl medal və 1-ci dərəcəli diplom
1959-cu ildə Moskvada keçirilmiş Azərbaycanın mədəniyyəti və incəsənətinin ongünlüyündə dəyərli iştirakina görə "Şərəf Nişanı" ordeni və Fəxri Fərmanla təltif edilmişdir.
1967-ci Azərbaycan mədəniyyəti və incəsənətində göstərdiyi xidmətlərinə görə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüşdür.


Tarix: 05.02.2015 / 16:57 Müəllif: Feriska Baxılıb: 157 Bölmə: Qərbi Azərbaycan
loading...