İbahimova Gülzar Hidayət qızı (21 dekabr 1958, Zəngəzur mahalı) — Azərbaycan yazıçısı, Yazıçılar Birliyinin üzvü (2005).
Həyatı
Gülzar İbrahimova 1958-ci il 21 dekabrda Zəngəzur mahalının Mehri rayonu Əldərə kəndində müəllim ailəsində anadan olub. 1959-cu ildə ailəsi ilə birlikdə Bakıya köcüb. (1965-1975) Oktyabr (Yasamal) rayonundakı 13 saylı orta məktəbdə oxuyub. 1977-ci ildə AzXTİ - nin (indiki İqtisadiyyat Universiteti) sənayenin planlaşdırılması fakultəsinin axşam şöbəsinə daxil olub və 1982-ci ildə bitirib. Ailəlidir.
1978-ci ildən 18 il Bakı 1 saylı tikiş fabrikində calışıb. Həmin fabrikdə əvvəl hesablayıcı-texnik, sonra iqtisadcı-mühəndis, iqtisadcı-hüquqşünas vəzifələrində işləyib. Daha sonra komsomol komitəsinin raykom hüquqlu katibi işləyərək 10000- cox gəncə rəhbərlik etmişdir. 1995-ci ildə Yasamal rayon İcra Hakimiyyətinə rayon Başçısının məsləhətçisi vəzifəsinə dəvət edilib və az bir müddətdən sonra İcra Hakimiyyəti mətbuat xidmətinin rəisi vəzifəsi də ona həvalə olunub.
1998-ci ildə ixtisas üzrə işləmək istəyi Gülzar xanımı Bakı Əmtəəşünaslıq Universitetinə aparıb cıxarıb. Universitetdə dərs dediyi dövrdə Yasamal rayon Vergi idarəsinin hesabat şöbəsində də işləyib.
2003-cü ildə seçki kompaniyası zamanı Yasamal rayonu Secki Dairəsinə katib seçilir. Və eyni dövrdə məqalələrlə qəzet və jurnallarla əməkdaşlığa başlayır. Yazdıqları oxucusunu tez tapdığını görüb daha da həvəslənir.
2004 ildən 2011 ilə qədər ANS PRESS Nəşriyyat evində calışaraq BALA DİLİ jurnalı yarandığı gündən ona rəhbərlik edərək şef-redaktoru olub.
Hazırda "Kicik Dünya" uşaqların maariflənməsinə kömək ictimai birliyinin təsisci və idarə heyətinin sədridir. İctimai Birliyin nəzdində acılmış "Sehirli Dünya" uşaq jurnalının baş redaktorudur. Uşaqları maarifləndirmə yolunda böyük layihələr həyata keçirməyi planlaşdırır.
Roman, povest, hekayə, nağıl, mənsur şeir, miniatür, şer, təmsil, tapmaca, yumoristik hekayə və bir çox səpgidə yazılar yazaraq uğurlu nəticələr əldə edir.
Amma uşaqlara olan məhəbbətindən ilk əvvəl (2000 ildə) yalnız nağıllar kitablarını çap elətdirir. Az bir müddətə sevilən "Nağıllar" kitabı nağlcı qadına yaradıcılıq yolu acır. Ya uşaqlar, ya da böyüklər ücün yazdığı hər bir yazısını cap elətdirmədən öncə tanınmış alimlərlə, dicilərlə, folklorşünaslarla, professorlarla - prof.Qara Namazov, yazıcı İlyas Tapdıq, prof.Şahın Fazıl, yazıcı Ənvər Nəzərli, yazıcı Fikrət Sadıq, yazıcı Oqtay Rza ılə məsləhətləşir, sonra onu ürəklə cap etdirir. 30 - dan cox kitabın müəllifidir. Nütəmadi Uşaq evlərinin balaları ilə görüş kecirir, kitablarından onlara hədiyyə edir, əlindən gələni etməyə calışır.
(gulzarnene.com) - uşaq saytının təşəbbüskarı, müəllifi və baş redaktorudur. Rəngarəng, maraqlı sayt, səsli nağıllarla zəngin sayt kicik yaşlı uşaqlar ücün maraqlıdır.
İbahimova Gülzar Hidayət qızı Yazıcılar arasında mənsur şeir yazarı kimi, uşaqlar arasında nağıl yazarı - "Gülzar nənə" kimi tanınır. İşini sevir və uşaqlar ücün yorulmadan yazır.
Sehrli Dünya uşaq jurnalının baş redaktoru
Əsərləri
Mən daha böyüyəm (ibtidai sinif uşaqları üçün)
"Səndən yoxmuş" mənsur şeirlər
Azərbaycan uşaq ədəbiyyatı
Su pərisi
İlanlı dərənin sirri
Göy qurşağı qardaşlarını yeddi nağılı
Dəniz balası
Dəhşətli nağıllar (böyüklər üçün nağıllar)
Sehirli nağıllar
Nağıllar
Təmraz və Gün (Qobustandan)
Gülzar nənənin nağılları
Od xəzinəsi (Azərbaycan neftindən nağıllar)
İlham və Fərizə (20 Yanvar şəhidlərindən nağıl)
Elşən, Gülşən, Küpəgirən (poema)
Sehrli Dünya uşaq jurnalı (ibtidai sinif uşaqları üçün)
Tülkü balası (ögey anadan nağıl)
Bir zalım şah vardı (Nadir şahdan, Cahan şahdan, onların məhəbbətindən nağıllar)
Bəxt axtaran qız (tarixi hadisələrdən nağıllar)
Mən uşaq deyiləm
Dostlarım məndən qaçar (nağıl və hekayələr, ibtidai sinif uşaqları üçün)
İlin neçə fəsli var şeir-tapmaca (ibtidai sinif uşaqları üçün)
Tapmaca məndən, açması səndən (ibtidai sinif uşaqları üçün)
Hansı peşəni seçim (ibtidai sinif uşaqları üçün)
Vətən, şəhidlər, sevgi haqda
Göydə neçə ulduz var (hesab öyrədici tapmacalar. İbtidai sinif uşaqları üçün)
Tarix: 06.02.2015 / 17:06 Müəllif: Feriska Baxılıb: 394 Bölmə: Qərbi Azərbaycan