Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çaybasar (Ağbaba)

Tarixi
İlanlı - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə, Arpaçayın sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kəndin sakinləri kimi qarapapaqlar göstərilir və onlar xalq kimi qeyd edilir. Amasiya rayonunda yaşayan qarapapaqlar azərbaycanlıların bir qrupu olmaqla azərbaycanlı xalqını ifadə etmişdir.

Kənddə 1886-cı ildə 137 nəfər, 1897-ci ildə 206 nəfər, 1908-ci ildə 240 nəfər, 1914-cü ildə 276 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1916-1918-ci illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 146 nəfər, 1926-cı ildə 159 nəfər, 1931-ci ildə 201 nəfər, 1970-ci ildə 501 nəfər, 1987-ci ildə 505 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin axırlarında və 1989-cu ilin əvvəllərində Ermənistan dövləti kəndin sakinlərini - azərbaycanlıları tarixi-etnik torpaqlarından deportasiya etmişdir. İndi burada ermənilər yaşayır.

Toponim ilanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çaybasar, Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Aravet qoyulmuşdur.

Görkəmli şəxsiyyətləri
Nazim Şəmilov - alim
Əkbər Qocayev - pedaqoq
Şəmsi Qoca - şair


Tarix: 06.02.2015 / 19:14 Müəllif: Feriska Baxılıb: 107 Bölmə: Qərbi Azərbaycan
loading...