Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namazi gecikdiren adam...

Namaz niyə gec qıldın?

Ömrü boyu həyatını namazlarını gec qılmaqla keçirmişdi. Həmişə vəfat etmiş nənəsinin “Oğlum, bu vaxtda da namaz qılınar?” sözü yadında idi. Amma nə fayda? Nənəsi vəfat etməzdən əvvəl də, sonra da heç dəyişməmişdi. Yenə də namazlarını gec qılırdı.

Bu gün də həmişəki kimi, işdən gəlmişdi. Saata baxdı. Məğrib namazının vaxtının çıxmasına 15 dəqiqə qalmışdı. Dəstəmaz alıb namazını qıldı. Çox yorğun idi. Divana uzandı. Yuxuya getdi...

Yuxudan yatdığı yerdə deyil, başqa yerdə oyandı. Oyandığı xeyli insan toplanmışdı. İnsanlar nəyisə gözləyirdilər. Nə olduğunu başa düşə bilmirdi. Kimsə siyahıdan insan adları oxumağa başladı. Adı çəkilənlər sırasında onun da adı var idi. Adı çəkilən kimi iki nəfər ona yaxınlaşdı və onu sürüyə-sürüyə harasa aparmağa başladılar. Onu aparanlarda zərrə qədər də olsa, mərhəmət hissi yox idi. Onların cəhənnəm mələkləri olduqlarını anladı. Onu cəhənnəmə apardıqlarını başa düşdü və ağlaya-ağlaya qışqırmağa başladı:

- Bəs mənim namazlarım? Axı mən həmişə namazlarımı qılırdım? Allahım, bağışla məni? Ya Rəbbim əfv et məni. Bəs, mənim namazlarım nə olacaq?

Onu aparan mələklər onu alov yanına gətirdilər və onu alovun içinə atdılar. Yenə də eyni sözləri təkrar edə-edə alova doğru yuvarlanırdı:

- Bəs mənim namazlarım?

Getdikcə alova daha da yaxınlaşırdı. Alova düşəcəyi anda ona doğru bir əl uzandı və onu alovdan qurtardı. Onu xilas edənin üzünə baxdı. Bu bir qoca idi. Ondan kim olduğunu soruşd və Qoca belə dedi:

- Mən sənin namazlarınam. Necə ki, sən məni həmişə gec qılardın, gecikdirərdin, mən də səni xilas etmək üçün gecikdim.

Elə bu anda azan səsi onu yuxudan oyatdı. İşa namazının azanı oxunurdu. Ayağa qalxdı. Cəld qaça-qaça dəstəmaz almağa getdi. Dəstəmaz alıb namazını qıldı. Əllərini açıb tövbə etdi. Allahdan onu əfv etməsini istədi və bu hadisədən sonra bir daha namazını gecikdirmədi.

Ey Müsəlman!!! Bəs sən namazlarını vaxtında qılırsanmı? Əgər qılmırsansa, Get tövbə et! Axirətini düşün! Allahdan qorx!


Tarix: 03.12.2014 / 15:38 Müəllif: Aziza Baxılıb: 81 Bölmə: Maraqlı melumatlar
loading...