Yaşadıqları müddətdə insanlara Allah (c.c.)dan qorxub çəkinmələrini, sonsuz cənnət və cəhənnəm həyatının varlığını, hesab günü üçün hazırlıq etmələrinin vacib olduğu bir neçə dəfə xatırladılar. Ancaq inkarçılar bu çağrılara hər dəfə mənfi cavab verər vəbu qiymətli öyüddən faydalanmazlar. Məhzbu səbəblə də, ölümlə qarşılaşdıqlarında yaşadıqları böyük peşmançılığın əsl səbəblərindən biri, “öz əlləri ilə” özlərini belə bir vəziyyətə soxmuş olmalarıdır. Kimsə onları məcbur etməmişdir, ancaq onlar bu pis sonu özləri hazırlamışdır. Ölüm anı ilə birlikdə inkarçılar böyük bir əzab çəkməyə başlayarlar. Bu əzabın başlanğıcı, Allah (c.c.)ın ayələrdə bildirdiyi kimi, ölüm anında yaşanan böyük qorxudur. O gün insanların yaşadığı qorxunu Rəbbimiz belə xəbər verir:
(Ölüm qorxusundan) ayağı-ayağına dolaşacağı zaman, aparılacağı yer Rəbbinin hüzuru olacaqdır.(Qiyamət Surəsi, 29-30)
İnkar edənlərin ölümlə birlikdə yaşadıqları böyük peşmançılıq, başlarına gələcək əzabların heç birinə maneə törədə bilməz. Allah (c.c.) inkar edənlərin canlarının ağrılı və çətinlik içərisində alınacağını bir ayədə belə bildirər:
Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq? (Məhəmməd Surəsi, 27)
Bütün həyatlarını Allah (c.c.)ın dinindən üz çevirmiş olan kəslər, ölüm anında özlərini əzabdan qurtulması və bağışlanması üçün var gücləri ilə Allah (c.c.)a yalvararlar. Peşmançılıqla bir daha dünyaya qayıtmağa, saleh əməllər etməyəvə itirdiklərini geri qaytarmaq istəyərlər. Ancaq bu istəkləri qəbul edilməz. Çünki onlara, Allah (c.c.)ın bir ayəsində bildirdiyi kimi “öyüd alacaq olanın öyüd ala biləcəyi qədər bir müddət” verilmiş, cənnət və cəhənnəm həyatı xatırladılmış, amma onlar bilə-bilə bu həqiqətən üz çevirmişlər. Özlərinə bir daha belə bir imkan verilmişolsa, onların bütün bu peşmanlıqlarını unudaraq yenə inkarı seçəcəklərini Allah (c.c.) Quranda belə bildirmişdir:
Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm!” Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. (Muminun Surəsi, 99-101)
Dünyada ikən inanmadıqları, sözlərini ciddi qəbul etmədikləri və hətta lağ etdikləri möminlər, o gün inkar edənlərin çəkdiyi əzabların heç birini yaşamazlar. Onlar bütün həyatlarını səmimiyyətlə Allah (c.c.)ın razılığını istəyərək keçirmələrindən ötəri sonsuza qədər hər nemətin ən gözəli ilə mükafatlandırılarlar. Onların canı, inkarçılarınkının tam tərsinə, heç ağrıçəkmədən “yumşaqca” alınar. (Naziat Surəsi, 2)
Allah (cc)ın bir ayəsində bildirdiyinə görəmələklər, ölüm anında möminləri salamlar və onlara cənnət müjdəsini verərlər (Nəhl Surəsi, 32). Bu, inkar edənlər üçün bir başqa mənəvi əzabdır. Çünki dünyada möminlərə verilənimkanlar özlərinə də verilmişdir. Ancaq onlar dünya həyatının keçici mənfəətlərindən faydalana bilmək üçün, bilə-bilə sonsuz cənnət nemətlərini itirmişlər. Dünyanın qısa bir sınaq yeri olduğu, axirətin əsl həyat olduğu xatırladıldığı halda bunu anlamazlıqdan gəlirdilər. Buna görə dünyada axirət üçün heç bir xeyirlər işləməmişlər. Halbuki Allah (c.c.)ın əmr etdiyi gözəl əxlaqı yaşamaq, saleh bir mömin olmaq, yalnız səmimi bir niyyət etmək və bu niyyətdə iradə göstərməklə hər insan üçün mümkündür. Bax bütün bunları düşünmək, inkar edənlərin içindəki peşmanlığı daha da artırar. Allah (c.c.) bir ayədə Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər! (Casiyə Surəsi, 21) hər kəsin həyat şəklinə görə yalnız layiq olduğu qarşılığı alacağınıxəbər verir.
İnkar edənlərin ölüm ilə başlayan bu peşmanlıqları Allah (c.c.) dilədiyi müddətcə
davam edəcək. Keçən hər dəqiqə, hər saat və hər gün heç bitməyən əzabın içində qalacaq, bu böyük və sonsuz peşmanlıqdan xilas ola bilməyəcəklər. Halbuki ölümün və axirətin həqiqətini anlamaq üçün onlarla qarşılaşmağı gözləməyə ehtiyac yoxdur. İnsan üçün Allah (c.c.)ın vədi kifayətdir.
Ölümün peşmanlığından xilas olmaq və sonsuz cənnətin gözəlliklərinə qovuşmaq istəyən insan, ölümü və sonrasını indidən düşünməli və bütün kainatı yoxdan yaradan Rəbbimizin haqq olan yolunu seçməlidir.
Tarix: 24.11.2014 / 12:52 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Maraqlı melumatlar