İslam dinində vacib buyurulan və dini rəhbərlər tərəfindən tövsiyə olunan məsələlərdən biri də saqqal saxlamaqdır. Bu haqda Məhəmməd (s) peyğəmbərdən və imamlardan çoxlu hədislər nəq olunmuşdur. Hədislərdə məsumlarımız saqqal saxlamağın faydaları və onu təraş etməyin haramlığının səbəblərini aydın şəkildə bizlərə bəyan etmişlər. Biz bu məqalədə qeyd olunan faydaları və zərərləri əziz oxuculara çatdıracağıq. İlk öncə saqqalı təraş etməyin haramlığının səbəbləri haqda buyurulmuş hədisləri qeyd etmək istəyirik:
1-Allah-Taalanın hökmü;
Saqqalı təraş etməyin haram olmasının səbəblərindən biri Allah-Taalanın Peyğəmbərə (s) əmridir. Peyğəmbər (s) bu haqda buyurdu:
ربی امرنی باعفاء لحیتی و قص شاربی
Allahım mənə saqqal saxlamağı və bığları azaltmağı əmr edib.
Bu hədisdən saqqal saxlamağın əhəmiyyəti və zəruriliyi başa düşülür. Çünki Allah-taala Peyğəmbərə (s) yalnız vacib və zəruri işlərin icrası haqda əmr göndərir.
2-Yəhudilərə və məsihilərə oxşamaq;
Bəzi hədislərdən istifadə olunur ki, yəhudilər və məsihilər Allahın və peyğəm-bərlərin göstərişinin əksinə olaraq, saqqalarını təraş edir və bığlarını saxlayırdı-lar. Buna görə də İslam dini müsəlmanlara dini hökmləri qorumaq məqsədi ilə zahiri görünüşlərini başqalarına bənzətməməyi əmr edir. Məhəmməd (s) pey-ğəmbər bu haqda buyurub:
حفوا الشوارب و اعفوا اللحی ولا تشبهو با لیهود
Bığlarınızı azaldın və saqqallarınızı uzaldın. Özünüzü yəhudilərə oxşatmayın.
Burda bir məsələni qeyd etmək yerinə düşərdi. Hədisdə saqqalı uzatmaqda məqsəd onu adi qaydada saxlamaqdır. Saqqalın ən uzun miqdarı bir yumruqdur.
Bundan artıq saxlamaq dini mənbələdə haram buyulmuşdur.
Peyğəmbərdən (s) nəql olunan başqa bir hədisdə buyurulur:
Məcusilər saqqallarını təraş edir, bığlarını isə uzadırlar.Amma müsəlmanlar bığlarını qısaldır, saqqallaını isə çox saxlayırlar. Saqqal saxlamaq və bığları azaltmaq insanın fitrətindən qaynaqlanır.
Saqqal saxlamağın faydaları
Hədislərdə saqqal saxlamağın bir çox faydaları və xeyirləri qeyd olunmuşdur. Onların bir neçəsini bəyan etmək istəyirik.
1-Saqqal əzəmət və mərdlik nişanəsidir;
İmam Sadiqin (ə) yaxın səhbələrindən olan Müfəzzəl həzrətdən saqqal saxlamağı səbəbini soruşdu. İmam buyurdu: “İnsanın üzündə tükün çıxması onun kişiliyinin, əzəmət və heybətinin nişanəsidir. Tük kişinin uşağa və qadına oxşamasının qarşısını alır”.
2-Kişilərin zinəti.
İmam Rzadan(ə) soruşdular: “Saqqal saxlamaqda nə üstünlük var ki, kişilərin saqqalı var, amma qadınların yoxdur?” İmam (ə) buyurdu: “Allah-Taala saqqalı kişilərə zinət olaraq verib. Saqqal kişilər üçün bir fəzilətdir. Kişilər saqqal vasitəsilə qadınlardan seçilirlər”.
Saqqal saxlamaq tibb elmi baxımından
İslam dini əsasən insanın əxlaqının və mənəviyyatının islahına diqqət göstərdiyinə görə, hədislərdə saqqalı təraş etməyin mənəvi fəsadlarına daha çox önəm verilmişdir. Lakin bunun həm də tibbi və fiziki fəsadları da vardır. Gəlin bunları qeyri-müsəlman həkimlərdən eşidək.
1-Amerikalı doktor Viktor Corc
“Saqqal dişləri və tüpürcək vəzilərini qoruyur”.
2-Almaniyalı doktor Handriş
“Saqqal kişinin zinətidir”.
3-Bəzi Fransa həkimləri
“Üz qırxan ülgüclər xəstəliklərin daşıyıcıları və onların insanlara keçməsinin əsas səbəblərindəndir. Saqqalı təraş etmək kişilərin sağlam üzünü məhv edir”.
Qeyd olunan dəlil və sübutlar saqqalı təraş etməyin maddi və mənəvi zərərləri olduğu üçün islam dinində haram buyurulduğunu açıqlayır. Saqqal saxlamağın isə tibbi və mənəvi faydaları olduğundan əziz Peyğəmbərimiz tərəfindən bizə vacib buyurulduğunu aydınlaşdırır.
Tarix: 05.06.2013 / 22:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 198 Bölmə: Maraqlı melumatlar