Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QEYBƏTÇININ SIFƏTLƏRI

Qeybətçi pis qoxuludur.
Cabir (Allah ondan razı olsun) belə rəvayət etmişdir: «Rəsulullah (s.ə.v) ilə birgə idik. Külək pis qoxu gətirdi. Rəsulullah (s.ə.v) «bu qoxu nədir, bilirsinizmi?… Möminlərin qeybətini edənlərin qoxusudur» dedi (Səhihdir, Imam Əhməd).
Qeybətçi qəbir (bərzax) həyatında əzab görəcəkdir.
Rəsulullah (s.ə.v) «… bu iki nəfər təharət əsnasında üstünə sıçrayan sidiyə diqqət etmədikləri və qeybət etdikləri üçün qəbirdə əzab görürlər»- buyurmuşdur (Səhih «ət-Tərqib və ət-Tərhib» kitabından).
Qeybətçi qorxaq və şəxsiyyətsizdir. Çünki, o üz-üzə gəldikdə qəlbindəkiləri onun üzünə deməyə cəsarət etmir. Əgər cəsarətli olsaydı nə işi varsa onun üzünə deyərdi.
Qeybətçi alış-verişdə zərər etmişdir. Qeybətini etdiyi kimsəyə çoxlu savab qazandırır. Çünki, Allah onun savabından alıb-qeybəti edilən adama yazır.
Qeybətçinin imanı əksilir. Çünki, Rəsulullah (s.ə.v) «Kim özü üçün dilədiyini qardaşına diləmədikcə iman gətirmiş olmaz»- buyurmuşdur. (Buxari və Müslim).
Həqiqi müsəlmanlar biri digərində gördüyü pisliklərdən çəkindirər, yaxşılığa əmr edər. Qeybətçilər isə əməl etmədikləri üçün ziyana uğrayarlar.


Tarix: 18.04.2013 / 15:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 105 Bölmə: Maraqlı melumatlar
loading...