Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peygemberimiz Mehemmed (Ona Ve Ailesine Allahın Sa

On doqquzuncu əsrin tanınmış filosofarından olan Kar Layl yazır: В«Dinləməyə və qəbul edilməyə ən layiq sözlər Məhəmmədin (s.s) sözləridir. Çünki, yalnız onun dedikləri həqiqəti əks etdirirlərВ». Vyana universitetinin dekanı professor Şepel 1927-ci ildə hüquqşünasların konfransında demişdir: В«Bəşəriyyət Məhəmməd (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) kimi bir adamın ona mənsubiyyəti ilə fəxr edir. Belə ki, öz savadsızlığına baxmayaraq bir neçə on yüz illik qabaq elə bir şəriətlə gəlmişdir ki, biz avropalılar əgər min ildən sonra onun qiymətini dərk etsək çox xoşbəxt olarıqВ». Biz bu
deyimləri müsəlman olduqlarını iddia edib, lakin Allahın nazil etmədiyi və insanın icad etdiyi qanunlarla hökmlər verənlərə ünvanlayırıq.
Allah-təala məhz onlar barədə buyurur: В«(Ya Məhəmməd!) Sənə nazil edilən Quranla və səndən əvvəl nazil edilənlərə (Tövrata və İncilə) iman gətirdiklərini iddia edənləri görmürsənmiВ» Onlar Tağutun hüzurunda mühakimə olunmaq istəyirlər. Halbuki onlara Şeytana inanmaları əmr olunmuşdu. Şeytansa onları haqq yolundan azdırmaq istəyir. Onlara: Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin! В« deyildiyi zaman, münafiqlərin səndən bütünlüklə üz
döndərdiklərini görərsənВ» (ən-nisa, 60-61). В«Qadın azadlığıВ» deyilən şey, onun nəticəsi, hər iki cinsin bərabərliyi və qarışması barədə etiraflar: В«Çağırışımın təhlükəsini başa düşdüm. Allah şükür olsun ki, bunun qarşısını aldıВ». Bu etiraf Misirdə В«qadın azadlığıВ» ideyası ilə çıxış edən Qasım Əminə məxsusdur.
Bunun mahiyyəti qadını Allaha qul olmaqdan xilas edib şeytana, nəfsə və pis işlərə qul olmağa çevirmək idi. Mərhum İbn əl-Qiyəm demişdir: Yarandıqları bəndəlikdən onlar qaçdılar. Amma nəfsə və şeytana quloldularВ». Qasım Əmin öz çağırışını elan etdikdən və xalq
içində yaydıqdan sonra öz fikirlərindən əl çəkib çağırışlarından imtina edərək demişdir: В«Bu ana qədər mən Misirliləri qadın azadlığı məsələsindəavropalılardan nümunə götürməyə çağırırdım. Mən bu mənada mübaliğəyə yol verib hətta arada olan bu pərdəni götürməyə, qadınların bütün işlərdə, ziyafətlərdəvə banketlərdə özləri ilə birlikdə iştirakını təmin etməyə çağırmışam. Lakin, mən yalnız iinsanların əxlaqında edilən təcrübələrə əsaslanıb bu çağırışın təhlükəsini dərk etdim.Mən Qahirədə və İsgəndəriyyədə çoxlu qadının hərəkətlərini izlədim ki, insanların
onlara münasibətini öyrənim.
Bu qadınlara münasibət necə ola bilər ki, onlar bayıra çılpaq çıxırlar! Mən kişilərin əxlaqının necə pozulduğuna şahid oldum. Təəssüflə Allaha dua etdim ki, mənim çağırışlarım puç olsun və camaat mənə qarşı çıxsın. Elə bir qadın və yaqız olmurdu ki, abırsız dillər ona sataşmasın. Sonra elə bir kişi dəstəsi görmədim ki, yoldan keçən qadına həm dillə, həm də əllə sataşmasınlar və i.a.В» Bütün bunlarımüəllif vəfatından iki əvvəl demişdi və bu etirafını В«ət-TahirВ» qəzetində 1906-cı ildə nəşr etdirmişdir. Qadın azadlığı barədə iddialarla çıxış edənlər bu gün nə deyirlərВ» Bu
məsələ barədə danışılan hekayələr çox maraqlıdır. Deyirlər ki, İslam Tarixçisi Rəfiq əl-Əzm Qasım Əminə işində məğlubiyyətə uğradığını əməldə sübut etmək məqsədilə bir dəfə onun evinin qapısını döyür. Xidmətçi onu görəndə tezcə Qasım Əminə xəbər verir.
Qonağı o özü qarşılşayır. Rəfiq əl-Əzm ona deyir: -Bu dəfə sizin yoldaşınızın ziyarətinə gəlmişəm. Gəlmişəm ki, onunla bir sıra ictimai problemləri müzakirə edim. Qasım Əmin onun tələbini rədd etdikdə Rəfiq əl-Əzm təəccüb içində soruşur: - Necə olur başqalarını görməyə çağırdığın bir işi öz arvadına yasaq edirsənВ» Deməli sən
milləti özünə rəva bilmədiyin bir işəçağırırsanВ» Qasım Əmin deyir: - Həyat yoladaşım tərbiyəsini (deməli adətlərini də) valideynlərindən almışdır.
O mənim çağırışlarımı xoşlamır. Rəfiq əl-Əzm gülə-gülə deyir: - Hamımız beləyik! Yaxşısı budur! Qadının işkişafı heç də onun kişilərlə görüşməsi demək deyildir.Mən sənə sübut etmək istədim ki, sənin çağırışlarını nəinki camaat, hətta öz ailən belə rədd edir. Biz bu gün qadın azadlığı iddiasında olanlaramərhum Rəfiq əl-Əzmin dediklərini deyirik: Məgər siz öz qadınlarınıza və qızlarınıza dünya qadınlarını əməl etməyə çağırdığınız bədəni və üzü
açıqlığı, açıq-saçıqlığı, kişilərlə bir yerdə olmağı rəva bilərsinizmiВ»! Düzünü deyin, əgər düz adamsınızsaВ»


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 131 Bölmə: Maraqlı melumatlar
loading...