Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) QĀDİR - QADİR - MUQTƏDİR

QĀDİR - QADİR - MUQTƏDİR
əl-Qādir – əl-Qadir – əl-Muqtədir – «Elə isə O, Allah ölüləri diriltməyə qadir deyilmi?». (əl-Qiyamə 40). «Allah hər şeyə qadirdir». (əl-Bəqərə 20). «Haqq məclisində, qadir hökmüdar (MUQTƏDİR) Allahın hüzurunda olacaqlar». (əl-Qəmər 55). “De: “Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu daddırmağa qadirdir!” Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!”. (əl-Ənam 65).
Həlimi deyir ki: «Bu isimlər heç bir şeyin Allahı aciz edə bilməyəcəyinə dəlildir. O, dilədiyini edəndir.

Heç kimsə Ona mane ola bilməz». «Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamazlarmı?». (əl-Əhqaf 33). «Allah hər şeyə qadirdir!». (əl-Kəhf 45). Xattabi deyir ki: «Muqtədir – gücü və qüvvəti tam olandır. Belə heç bir şey Onun gücünə qarşı dura bilməz. Ona mane ola bilməz. Heç bir güc Onu aciz edə bilməz. Qadir, Qədirdən daha əhatəli olub mütləqiyyət ifadə edər».

Qādir, Qadir və Muqtədir güc və qüdrət sahibi deməkdir. Qādir – üçün bir şeyi dilədiyindən edən və ya etməyəndir. Qaadir üçün diləmək bir şeyi etmək üçün mütləq olması vacib olan bir şərt deyildir. Allah qiyaməti bu an da etməyə qadirdir. Əgər O, Bunu diləyərsə edə bilər. Lakin Qiyaməti bu an etmədiyinə görə Allah bunu bu an üçün diləməməkdədir. Allahın əzəli elmi ilə qiyamət üçün müəyyən bir vaxt müəyyənləşdirməsi Onun güc və qüdrətində bir qüsur olduğunu göstərməz.
Mütləq Qādir hər varlığı tək başına və diləməsi ilə heç kimsədən kömək almadan yoxdan var edəndir. Bu da ancaq Allah üçün keçərlidir. Qul da bəzi şeylər etməyə qadirdi. Lakin onun qüdrəti olduqca naqisdir (azdır). O, bu gücünü sadəcə varlığı mümkün olan bəzi şeylər üzərində göstərə bilər. Uca Allah kimi bir şeyi yoxdan var edə bilməz. Yoxdan var etmə özəlliyi yalnız Allaha məxsusdur. Qullarının gücünü də yaradan Odur. Allah qüdrət sahibi olduğuna görə dilədiyinə hidayət verir, dilədiyi kimsələri də sapdırır. İnanclını inanclı, inkarçını inkarçı, yaxşını da yaxşı, pisi də pis edən Odur.İbrahim (aleyhissələm) və ailəsini inanclı edərək insanları Ona dəvət edən və onun əmri ilə hidayət yolunu göstərən və Firon və qövmünü inkarçı edərək insanları Cəhənnəmə çağıran dəvətçilər edən Odur.

Allah göyləri, yeri və ikisi arasında olanları altı gündə yaratmış və Ona heç bir yorğunluq da gəlməmişdir. Varlıqlardan heç birisi Onu aciz edə bilməz. Allah heç bir şeyə möhtac deyildir. Buna görə də Ona şərik qoşmaq. Övlad isnad etmək, Onun izni olmadan şəfaətçilər olduğunu söyləmək mümkün deyildir. onun sözləri tükənməz və dəyişdirilməz. Əgər bütün dənizlər və yeddi misli qədər dəniz mürəkkəb olsaydı, bütün ağaclar da qələm olsa və bu qələm və mürəkkəblərlə sözlər yazılsa, mürəkkəblər tükənər, qələmlər qurtarardı. Amma Onun sözləri tükənməz və qurtarmazdı. Çünki sözlər yaradılanlar kimi deyildir. Yaradılan mürəkkəb və qələmin tükənməməsi və qurtarmaması mümkün deyildir. Bəzilərinin iddia etdikləri kimi Allahın sözləri yaradılmış (məxluq) deyildir. Bunu iddia edənlər Allahı layiqincə qiymətləndirməyənlərdir. Buna görə də iddiaları qələm və mürəkkəbdən də daha tez yox olur. Əgər Allahın sözləri yaradılmış olsaydı onlar da digər məxluqlar kimi yox olurdular. Allahın sözləri əbədi, digərləri isə fanidir. Allah heç kimsəni günah etmədən və ya başqasının etdiyi bir günaha görə cəzalandırmaz. Həmçinin də Allah bir kimsənin gücü çatmadığı şeyləri tərk etməsi və tərk etməsi mümkün olmayan şeyləri etdiyinə görə cəzalandırmaz. Ondan daha çox üzürləri qəbul edən və ehsan edən yoxdur. O, Muhsindir, ehsan edənləri sevər, Şəkurdur, şükr edənləri sevər, Cəmildir, gözəlliyi sevər, Tayyibdir, gözəl və xoş olanı sevər, Alimdir, biliyli qullarını sevər, Kərimdir, ikram edən qullarını sevər, Adildir, ədalətli olanları sevər, Bərrdir, yaxşı olanları sevər, Sadiqdir, doğru olanları sevər, Rəfiqdir, yumşaqlığı sevər, Rəhimdir, mərhəmətli olanları sevər, Vitrdir, tək olanı sevər. Allah öz İsim və Sifətlərinin hər birini sevir. Bu İsim və Sifətlərlə Ona ibadət edən, bunlarla istəyən, dua edənləri sevər. Allah bu İsim və Sifətləri bilən, mənalarını başa düşən, bunlarla Allahı tərif edənləri də sevər. İbn Məsud  rəvayət edir ki, Peyğəmbər  buyurdu: «Allahdan daha qısqanc bir kəs yoxdur. Allah bu qısqanclığına görə açıq və gizli olan bütün çirkin əməlləri haram etmişdir. Təriflənməyi Allahdan daha çox sevən bir kimsə yoxdur. Buna görə Uca Allah Öz nəfsini tərifləmişdir. Allahdan daha çox dəlil sevən yoxdur. Bax, bunun üçün də bir çox müjdələyən və qorxudan Peyğəmbərlər göndərmişdir (Başqa rəvayətdə: Bax buna görə də Allah Peyğəmbərlərini göndərmiş və kitablarını endirmişdir) . Allah İsim və Sifətlərini sevdiyi üçün qullarına da bu İsim və Sifətlərlə əməl etməyi əmr etmişdir. Buna görə də qullarına ədaləti, ehsanı, mərhəməti, səbri, doğruluğu, elmi, şükrü, bağışlamağı əmr etmişdir. Allah bu İsim və Sifətləri sevdiyi üçün, insanlar arasında ən çox bu İsim və Sifətlərə sahib olmağa çılışanları da sevər. Sevmədiyi sifətlərə sahib olan və bu sifətlərə sahib olmağa çalışanları da sevməz. Allah təkəbbürlü, başqalarına xor baxan, ələ salan, haqsızlıq edənləri necə sevsin? Bu sifətlərə sahib olmaq ən böyük zülmdür. Buna görə də bu sifətlərin heç biri Allaha yaraşmaz. Allah bu cür sifətlərdən uzaqdır. Gözəl olmayan bir İsim Onda ola bilməz. Daima ən gözəl İsimlərlə isimləndirilir.


Tarix: 05.05.2013 / 14:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 197 Bölmə: Maraqlı melumatlar
loading...