Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qiyamətin əlamətləri hansılardır?

Sual: Sizdən çox xahiş edirəm, mənə qiyamətin əlamətlərini, bundan necə qorunmaq və xəbərdar olmaq, həmçinin bu cür fitnələr ilə qarşılaşdığımızda necə hərəkət etmək barəsində məlumat verəsiniz.

Cavab: Qiyamətin əlamətləri çoxdur.

Onlardan aşağıdakıları misal göstərmək olar:

Bunlardan: peyğəmbərin sallallahu aleyhi və səlləm Cəbrayıla verdiyi cavabı: “Qul qadın öz ağasını doğması, ayaq yalın, çılpaq, çobanların hündür bina tikməkdə bir-birləri ilə yarışmaları”

Həmçinin:
• Dəccalın peyda olması
• Məryəm oğlu İsanın (Ona Allahın salamı olsun) səmadan nazil olması
• Günəşin qərbdən doğması
• Yerdən heyvanın çıxması

Həmçinin:
• Var-dövlətin çoxalması; belə ki, birinin çoxlu mal-dövləti olacaq, lakin qane olmayacaqdır.
• Çoxlu fitnələrin baş verməsi; belə ki, elə bir ərəb evi olmayacaq ki, bu fitənədən təsirlənməsin.

Məsləhətimiz budur ki, bu barədə İbn Kəsirin (Əl-Bidəyə vən Nihəyə) kitabını oxuyasınız. Çünki bu barədə orada çoxlu təfsilat mövcuddur. Həmçinin orada məsəllər, ibrətlər və insanın özünü bu fitnədən necə qoruması barədə şərhlər var.

Tövfiq Allahdandır. Allahın salamı və salavatı peyğəmbərimizə sallallahu aleyhi və səlləm, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Fətəvə əl-Ləcnə əd-Dəimə lil Buhus əl-İlmiyyə vəl-İftə, cild 3, səh. 138, Sual ? 2, Fətva ?5253


Tarix: 04.04.2013 / 22:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 95 Bölmə: Maraqlı melumatlar
loading...