Müsəlmanların Mədinəyə hicrətləri
İkinci Akabə beyətindən sonra müsəlmanların Mədinəyə tək-tük hicrətləri olmuşdur. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bu vəziyyətiyuxusunda görüb səhabələrə danışmışdı.
"Yuxumda gördüm ki, xurmalıq bir yerə köçdüyümü gördüm. Mən bu yerin Yəmamə və ya Hicr olduğunu zənn edirəm. O, Yəsrib sehriymiş."
Müsəlmanlardan Mədinəyə ilk hicrət edən Ümmü Sələmənin əriylə Əbu Sələmə əl-Məhzumidir. Əri və oğluyla yola çıxdı, ancaq, qövmü ona mane olub Əbu Səlmanın qohumları zorla Ümmü Sələmənin əlindən oğlunu aldılar. Əbu Sələmə təkcə Mədinəyə hicrət etmək məcburiyyətində qaldı. Bu hadisə Akabə beyətindən bir il qədər əvvəl meydana gəlmişdir.
Əbu Sələmədən sonra Amir bin Rəbiə, arvadı Leyla bintu Hasmə və Abdullah bin Ümmü Məktum hicrət etdi. Beyət gerçəkləşdikdən sonra da müsəlmanların hicrəti (köçü) böyük bir sürət qazandı. Qureyşin qorxusundan gecə gizlicə aradan çıxırdılar. Fəqət, Ömər bin Xəttab (radiyəllahu anhu) ictimai olaraq və müşriklərə meydan oxuyaraq hicrət etdi. Qureyşdən heç kim ona mane olmağa cəsarət edə bilmədi. Mədinəyə iyirmi səhabəylə birlikdə gəldi.
Müsəlmanların əksəriyyəti Mədinəyə hicrət etdilər. Həbəşistanda olan müsəlmanların çoxusu oradan Mədinəyə hicrət etdilər. Məkkədə səhabələrdən sadəcə Əbu Bəkr, Əli, Süheyb, Zeyd və hicrətə gücü çatmayan bir neçə zəif müsəlman qaldı. Əbu Bəkr də artıq hicrət etməyə hazırlanırdı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ona : "Dayan, tələsmə. Mənə də hicrət etmək icazəsi veriləcəyinə ümid edirəm." dedi. Əbu Bəkr də : Atam sənə qurban olsun! Buna ümid edirsənmi? deyə soruşdu. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) "Bəli" buyurdu. Bunun üzərinə Əbu Bəkr (radiyəllahu anhu) Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a yol yoldaşlığı etməkçün hicrətini təxir etdi. Səfər üçün sahib olduğu miniklərdən ikisini bəsləyib səmərini gözəlləşdirdi.
Tarix: 02.05.2013 / 22:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 79 Bölmə: Maraqlı melumatlar