Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sieliyin Terifi

Rafiziliyin qısa tərifi və şiələrin pislənməsi
Peyğəmbər (s.a.s) buyurmuşdur: “Ya Əli! Sənə görə iki firqə həlak olacaqdır: “İfrata vararaq səni sevənlər və ifrata varıb sənə nifrət edənlər.” Bunu qeyd olunan ləfz ilə Əlidən İbn Əbi Asim “əs-Sunnə”də (rəq:983-987, 1004-1005), Əhməd “Fədail əs-Sahabə”də (rəq: 951, 952, 964, 1247) və onun oğlu Abdullah “Ziyədət əl-Musnəd”də (1/160), əl-Hakim “əl-Mustədrək”də (3/123), Əbu Yalə “əl-Musnəd”də (1/407), əl-Bəzzar “əl-Musnəd”də (3/202; “Kəşf əl-Əstar”dakı tərtibə görə rəq:2566) və “əl-Mətalib əl-Aliyə”də deyildiyi kimi Əhməd bin Muni “Musnəd”dində, Əli bin Cad “əl-Musnəd”də (rəq:124) və “Kənzul-Umməl”də (11/325-326) deyildiyi kimi əl-Aşari “Fədail əs-Siddiq”də, əl-Laləkay “əs-Sunnə”də və əl-Əsbəhani “əl-Huccə”də və əl-Xalləl “əs-Sunnə”də (rəq: 362, 790, 797) rəvayyət etmişdir.Bunlardan bəzilərinin isnadı əl-Buxari və Muslim’in şərtlərinə görə səhihdir.

“əl-Qamus”da deyilir: “Rafizilər şiələrdən bir firqədir. Zeyd bin Əliyə beyət etdilər.Sonra ona dedilər: “Şeyxeyn’dən bəraət et!” Zeyd boyun qaçırdı və dedi: “Onların hər ikisi də babamın vəziri idilər.” Onu tərk etdilər və onu rafd etdilər və buna görədə onlara rafizi adı nisbət olundu...” Buradan da anlaşılır ki, Əbu Bəkri və Öməri söymədiyinə görə bu İmamı tərk edənlər rafizilərdir. İmamiyyə məzhəbi isə Əbu Bəkri, Öməri və səhabələrin əksəriyyətini, hətta digər müsəlmanları belə söyürlər. Yalnız oz etiqadları kimi bir etiqada sahib olanları söyməzlər. Hətta,Zeyd bin Əlinin özunu belə söyürlər və onu qaralayır, dəyərini alçaldırlar. Onların kitabları ilə tanış olan kəslər bu dediklərimizi bilirlər.

ən-Nəvəvi “Şərh Muslim”də sözu gedən mövzu haqqında deyir: “Onlar “rafd” sözünə əsasən rafizi adlanıblar və “rafd” sözu tərk etmək anlamındadır. əl-Əsməiyyu və başqaları deyirlər: “Cunki,onlar Zeyd bin Əli’ni inkar etdilər, onu tərk etdilər.” (“əl-Qamus əl-Muhit”) Bunun eynisini əz-Zəhəbi “əl-Abr”da (1/154) deyir.

Bir qrup alim bu şəkildə rafizilərin onlar olduğunu acıq şəkildə deyir, digər bir qrup alim isə səhabələri qeydsiz-şərtsiz söyənlərin rafizilər olduğunu deyir. Əlidən belə rəvayyət edilmişdir: “Peyğəmbər (s.a.s) mənə dedi: “Ey Əli! Axır zamanda bir firqə çıxacaq.Onların, onunla tanınacaqları bir adları olacaqdır. Onlara “rafizi” deyəcəklər.Onlarla qarşılaşsan, öldür onları! Allah onları öldürsün.Çünki onlar kafirdirlər.” Hədisin ardı belədir: “Dedim: “Ey Allahın peyğəmbəri! Onların əlaməti nədir? Dedi: “Sənin haqqında olmayan şeyləri deyərək səni ucaldacaqlar və əshabıma tənə edəcəklər və onları söyəcəklər.” Bunu “Şəmmul-Avarid”də (təhqiqimlə səh: 105) deyildiyi kimi, İbn Əbi Asim “əs-Sunnə”də (rəq: 979) və İbn Şahin rəvayyət etmişdir.Bunu həm də əs-Suyuti’nin “əl-Cami əl-Kəbir”də 11/324; “Kənzul-Umməl”dəki tərtibi ilə rəq: 31635) dediyi kimi İbn Bəşran və Əbu Əhməd əl- Hakim “əl-Kunə” əsərində Əlinin – radiyallahu anhu – hədisindən rəvayyət etmişdir. İsnadı zəifdir. Sənədində Muhamməd bin Əsad ət-Təğləbi vardır. əl-Uqeyli və Əbu Zura deyir: “Munkərul-hədis” Buna bənzər bir digər hədisi cox zəif bir sənədlə Əbu Nueym “əl-Hilyə”də (4/329), əl-Xatib “ət-Tarix”də (12/298) və İbnul-Cəvzi “əl-Məvduat”da (1/397) və “əl-Vahiyat”da (1/164/26) rəvayyət etmişdir.

Akademik Ziya Bunyatov, Allah ona rəhmət etsin yazıb: “Rafizilər: ər-Rafizə və ya ər-Ravafiz şiələrə verilən adlardan biridir. Əl-Əşari (Məqalət əl-islamiyin, İstanbul, 1928, s 10) bu adı Əbu Bəkr və Ömərin xəlifəliyinin qanuniliyini qəbul etməyən bütün şiələri (rafaza) dolayı və onların ğulat və zeydiyələr birlikdə şiələrin 3 firqəsindən biri kimi göstərir. Ona görə ər-rafizə imamiyənin başqa bir adıdır”.( Bax Ziya Bunyatov “Dinlər, təriqətlər, məzhəblər” s 192, “Azərbaycan” nəşriyatı, Baki 1997)

Şiələrin öz mənbələrində İmamların dili ilə pislənməsi

Əli (r.a),öz şiələrini və yoldaşlarını qınayır, onları qarğayır. O deyir: “Allaha and olsun ki, mən belə zənn edirəm ki, bu tayfa öz batil işlərində yekdil olduqlarından və sizin öz haqq işinizdə yekdil olmadığınızdan, sizin bu haqq işdə öz imamınıza asi olduğunuzdan, onların öz batillərində öz imamlarına itaət etdiklərindən, onların öz hökmdarına sədaqətli, sizin öz hökmdarınıza xain olduğunuzdan, onların öz diyarlarında yararlı işlər gördüklərindən, sizin öz diyarınızda yaramaz işlər gördüyünüzdən sizə qalib gələcək. Qorxuram ki, sizin birinizə bir çarıq etibar etsəm, bağı ilə birlikdə gedər. (Sizə etibar etmək olmaz: dəvəni palanı ilə birlikdə udarsınız ). Ey Allah, mən onlardan cana doymuşam, onlar məndən; mən onlardan bezmişəm, onlar məndən. Mənə onların əvəzində onlardan yaxşılarını ver, onlara mənim əvəzimdə məndən pisini. Ey Allah, onların qəlblərini duz suda əriyən kimi ərit”. (“Nəhc əl-bəlağə”, səh 67, Beyrut çapı)

Həmçinin: “Ey adamlar, ey cismən bir yerdə olub fikrən bir-birinə zidd olanlar, səsiniz karın qulağını açar, işiniz düşmən sevindirir! Məclislərdə deyirsiniz ki, belə etmək lazımdır, elə etmək lazımdır, döyüş vaxtı gələndə deyirsiniz: Mənə nə, mənə nə! Kim sizi dəvət etsə, dəvəti cavabsız qalar, sizinlə yoldaşlıq etməli olanın qəlbi rahat olmaz. Ey yalandan özlərini xəstəliyə vuranlar, siz məndən xahiş etdiniz ki, vaxtı uzadım. Borcunuzu verəndə canınız çıxır. Zəlil adam özünə qarşı edilən ədalətsizliyə mane ola bilməz! Haqq yalnız çalışıb-vuruşmaqla əldə edilə bilər. Öz evinizi itirəndən sonra hansı evi qoruyacaqsınız? Məndən sonra hansı sərkərdə ilə birlikdə vuruşacaqsınız? Allaha and olsun ki, sizə aldanan adam kordur. Kim sizin köməyinizlə qələbə çalıb, Allaha and olsun ki, bu qələbə təsadüfən olub. Sizinlə birgə vuruşmaq küt qılıncla zərbə endirmək kimidir. Allaha and olsun ki, daha mən sizin sözünüzə inanmıram, köməyinizi istəmirəm, düşmənə sizinlə hədə gəlmirəm. Sizə nə olub? Dərdiniz nədir? Əlacınız nədir? Onlar da sizin kimi adamlardır. Ey boş danışanlar! Düşüncəsiz qafillər! Haqları olmayan şeyi istəyən tamahkarlar!”. (“Nəhc əl-bəlağə”, səh 72,73)

Əli (r.a) deyir: “Ey bədənləri qalıb ağılları getmiş, fikirləri müxtəlif, hökmdarları onlardan bəlalar görmüş tayfa! Sizin hökmdar Allaha itaət edir, siz ona asi olursunuz; Şam əhlinin hökmdarı Allaha asilik edir, onlar ona itaət edirlər. Allaha and olsun ki, Müaviyə sizi onlarla dinarı dirhəmlə xırdalayan kimi dəyişməyə razı olsaydı, sizin onunuzu verib onlardan birini alardım. Ey Kufə əhli, mən sizdə bir üç şey görmüşəm, bir də iki şey: qulaqlarınız var karsınız, diliniz var lalsınız, gözləriniz var korsunuz; üz-üzə gələndə doğru danışmazsınız, dara düşəndə bir-birinizə qardaş köməyi göstərməzsiniz. Sizi görüm başınız batsın! Ey çobanları itmiş dəvə sürüsünə bənzəyənlər! Bir tərəfdən bir yerə toplayanda o biri tərəfdən dağılışırsınız. Allaha and olsun ki, mən indi sizinlə birlikdəyəm, ancaq təsəvvür edirəm ki, vuruş başlasa, döyüş qızışsa, siz Ibn Əbu Talibdən aralanıb qabaqdan qıçlarını aralamış qadının qıçları kimi hərəniz bir yana gedərsiniz”. (“Nəhc əl-bəlağə”, səh.141,142)

Əli (r.a) öz şiələri haqqında onları lənətləyib deyir: “Ey ruhları fərqli, qəlbləri dağınıq, ağıllarını itirmiş insanlar, mən sizi (şiələri) haqqa yönəldirəm, siz isə keçi kimi qaçırsınız.” (Nəhcul-bəlağə, səh 138, 131 -ci xütbə. Mubahilə çapı, Bakı 2006)

Həmçinin: “Əgər mən düşmənlə qarşılaşanda bu qarşılaşma mənim üçün qara gün olsa belə şəhid olmaq arzusunda olmasaydım, hazırlığımı görüb sizdən uzaqlaşar, sağa-sola baxmadan başımı götürüb gedərdim; siz tənə etməkdən, başqalarına irad tutmaqdan başqa bir şey bilmirsiniz, özünüzü kənara çəkib yalan danışmaq, ara vurmaqla məşğulsunuz. Qəlbləriniz bir-birindən o qədər uzaqdır ki, sayınızın çoxluğunun heç bir faydası yoxdur”. (“Nəhc əl-bəlağə”, səh.176)

Əli (r.a) öz şiələri barədə demişdir: “Ey kişiyə oxşayıb kişi olmayanlar! Uşaq düşüncəli və qadın ağıllılar! Nə yaxşı olardı, mən sizi heç görməyəydim və tanımayaydım. Allaha and olsun ki, peşmançılıqdan, kədərdən yaxa qurtara bilmirəm. Allah sizi öldürsün! Qəlbimi irinlə doldurmusunuz, köksümü qeyzlə yükləmisiniz. Mənə sinə dolusu töhməti qurtum-qurtum uddurmusunuz. Mənim rəyimə mənə qarşı üsyan etməklə və məni arada qoyub qaçmaqla zay etmisiniz...”(“Nəhcul-Bəlağə” səh.70-71 Beyrut çapı)

Əli (r.a) demişdir: “Sizin nə elə etibarınız var ki, adam sizə etibar etsin, nə də hörmətə layiqsiniz ki, qeyrətiniz çəkilsin. Siz nə yaman ara qızışdıransınız! Aman sizin əlinizdən! Sizə aşkar bir söz deyəndə də, sirr açanda da sizdən əziyyən gördüm. Siz nə adamın səsinə səs verən səmimi dost deyilsiniz, nə də sirr açanda etibarlı qardaş”(“Nəhcul-Bəlağə” səh.183)

Həsən ibn Əli öz şiələri barədə demişdir: “Allah and olsun, mən bu fikirdəyəm ki, Muaviyə mənim üçün bunlardan daha yaxşıdır. Bunlar deyirlər ki, mənim şiələrimdirlər, özləridə mənim qətlimi istəyirlər ki, malıma sahib dursunlar. Allaha and olsun ki, yaxşı olar ki, mən Muaviyə ilə əhdi-peyman bağlayım, özümü ölümdən qurtarım, ailəmin təhlükəsizliyini təmin edim, nəinki onlar(şiələr) məni öldürsünlər, nəslim və ailəm yox olsun.”(Təbərsi “əl-İhticac” səh 148)

O həmçinin demişdir: “Mən Kufə əhlini (yəni öz şiələrini və atasının şiələrini) və onların bədbəxtliyini bilirəm: onlardan fəsadla məşğul olanlar mənim işimə yaramazlar. Onların nə vəfası var, nə də sözdə və işdə vicdanları. Onlar əslində bizimlə ixtilafda olduqları halda bizə deyirlər ki, qəlbləri bizimlədir. Onların qılıncları bizim başımız üst-də sıyrılıb”. (Təbərsi. “Kitab əl-ihticac”, Əməşin rəvayəti, səh 149)

İmam Həsən (r.a) geri çəkilərək Müaviyyə ilə sülh bağladığı zaman Hüseynə xəyanət edib,onu öldürən tərəfdarlarına müraciət edərək demişdir: ‘’Ey Kufə əhli! Mən sizdən üç şeyə görə incidim: ‘’Atamı öldürdüyünüzə, var-yoxumu əlimdən aldığınıza və məni vurduğunuza görə.” Eşidin və itaət edin! Mən Müaviyyəyə beyət etdim’’. Bu vaxt Bəni Əsəd qəbiləsindən bir adam nizəni sümüyə çatana qədər onun dizinə sancdı. (“Kəşf əl-Ğümmə,səh 540, Müfid “əl-İrşad” səh 190, “əl-Fusul əl-muhimmə”, səh 162)

Onun qardaşı Hüseyn (r.a) öz şiələrinə onlar onu Kufəyə dəvət edib ona kömək etmək və imdad göstərmək əvəzinə, əleyhinə birləşərək onun yerinə Müslim ibn Əqilə beyət gətirəndə belə demişdir: “Ey camaat, sizi görüm öləsiniz! Kədərdən, qəmdən, bədbəxtlikdən canınız qurtarmasın! Siz bizi həyəcan içərisində köməyə çağıranda dördnala çapıb sizin köməyinizə gəldik. Siz isə bir vaxt bizim əlimizdə olmuş bir qılıncı itiləyib bizim üstümüzə çəkdiniz, ümumi düşmənlərimizin əleyhinə qaladığımız tonqalın odunu bizim üstümüzə saçdınız. Öz övliyalarınıza qarşı birləşdiniz, düşmənlərinizə qarşı təkləndiniz. Bunu, onlar sizə qarşı heç bir insaf göstərmədikləri, sizə bir ümid vermədikləri halda, biz sizə qarşı bir günah işlətmədiyimiz halda etdiniz. Siz bizi bu işə məcbur edəndə utanmadınızmı? Onda qılıncınıza güvənirdiniz, soyuqqanlılıq göstərirdiniz, rəyiniz isə sağlam deyildi. Lakin,bir vaxt siz bizə beyət etməyə kəpənəklər çəyirtkə sürfəsinin üstünə cuman kimi cumdunuz, sonra da beyətinizi səfehcəsinə pozdunuz. Bu millətin şeytanlarından uzaq! Onları görüm yox olsunlar!” (Təbərsi. “Kitab əl-ihticac”, səh.145)

İmam Hüseyn (r.a) şiələrə qarşı etdiyi duada deyirdi: “Ey Allah! Əgər sən onlara möhlət versən,onları parçalanmış və yolları fərqli olan dəstələrdən et.Onları heç vaxt iqtidara gətirmə.Həqiqətən onlar bizi kömək etmək üçün çağırmışdılar.Sonra isə bizə düşmən olub,bizi öldürdülər.” (Mufid “İrşad” səh 241)

İmam Hüseyn (r.a) deyir: “Siz bizə beyət etmədə çəyitgə kimi tələsdiz və buna işığa cuman pərvanələr kimi üz tutduz.Sonra isə bunu pozduz.Dəf olun ey bu ümmətin guruhları və Allahın Kitabdan üz döndərənlər.Siz indi bizi köməksiz qoyub öldürürsüz.Allahın lənəti olsun zalımların üzərinə.” (Təbərsi. “Kitab əl-ihticac”c. 2 səh 24)

Imam Zeynəlabidin deyir: “Ey millət! Mən Allaha and verirəm.Siz bilirsinizmi ki, siz mənim atama yazdınız və sonra ona xəyanət etdiniz və siz özünüz ona vəd öhdəlik və beyət vermişdiz? Öz elədiklərinizə görə sizə lənət olsun .....hansı gözlə Peyğəmbər (s.a.s)-ə baxacaqsınız nə vaxt ki, sizə deyəcək: "Siz mənim ailəmi öldürdüz,mənim qadağalarımı aşdız və siz mənim ümmətimdən deyilsiz.” (Təbərsi “Kitab əl İhticac” c.2,səh 32)

Yenə deyir: “Bunlar bizə ağlayırlar....Bizi onlar deyildə,bəs kim öldürdü? (Təbərsi. “Kitab əl-ihticac”c. 2 səh 29)

Fatimə Suğra (İmam Hüseynin nəvəsi) Kufə əhlinə müraciətdə dedi: “Ey xainlər,fitnəkarlar və özünə arxayın adamlar! Allah Təala bizi (Əhli Beyti) sizlə,sizi də bizimlə imtahan etdi.Siz bizi küfr və yalanda ittiaham etdiz.Bizə qarşı savaşmağı caiz görüb,əmlakımızı qarət etdiz.Siz bizim babamızı onda öldürdüz.Sizin qılınclardan Əhli Beytin qanı hələ axmaqdadır.Sizə lənət olsun.Əzabı özünüzə gəlmiş kimi gözləyin.....Ey Kufə xalqı.Allahın sizə lənəti olsun.Sizin qarşınızda mən nə qədər Peyğəmbər (s.a.s)-dən moizələr oxudum.Sonra siz onun qardaşı Əli ibn Əbu Talibə,mənim babama,onun oğullarına və ailəsinə xainlik etdiz.” Kufəlilərdən biri fəxrlə ona dedi: “Biz Əlini və oğullarını Hind qılıncı və mizraqları ilə öldürdük.Onların qadınlarını isə türk qadınları kimi əsir aldıq.Onlarla qarşılaşdığımız kimi qarşılaşdıq.” (Təbərsi. “Kitab əl-ihticac”c. 2 səh 28)

Əli (r.a)-ın qızı Zeynəb Kufə əhlinə dedi: “Ey Kufə xalqı! Ey yalançı,xain və satqınlar....Sizdə lovğalıq,təkəbbür və yalandan başqa nəsə var? Siz mənim qardaşıma ağlayırsız?Allaha and olsun siz çox ağlamalısınız və az gülməlisiniz.Çünki,sizə etdiklərinizin ləkəsi düşmüşdür.Siz necə Peyğəmbər (s.a.s) nəslinin öldürülmələrinə seyrici qaldız? (Təbərsi. “Kitab əl-ihticac”c. 2 səh 29-30)

Musa ibn Cəfər öz şiələri barədə demişdir: “Mən öz şiələrimi başqaları ilə müqayisə edəndə onları ancaq boşboğaz gördüm, onları imtahan etdim, amma mürtəd gördüm.”(Kuleyni “Kitabur-ravda” səh.107 Hindistan çapı və ya 8/228)

Əbu Abdullahdan nəql olunur: “Uca Allah münafiqlər baradə elə bir ayə nazil etməyib ki,o bizim şiələrimə şamil olunmasın.” (“Ricalul Kəşşi” səh 254 “Əbul Xəttab” fəsli)

Musa Kazım deyib: “Əğər onları imtahan etsən (yani şiələri), onların mürtəd olduğlarını görərsən. Əgər lap araştırsan yalnız 1000 nəfər sadiq olduğunu görərsən” (“Kəfi” 8 çild, səh.107)

Kuleyni “Kəfi”-də Musa ibn Cəfərdən rəvayət edir: “Azzə və Cəllə olan Allahın şiələrə qəzəbi tutdu. Özümü və ya onları fəda etmək üçün sərbəst buraxdı. And olsun Allaha, mən özümü fəda edərək onları qorudum”(“Kəfi” 1 çild, 260 səhifə. Müqaisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kəfi” kitabın 429 səhifəsinə baxin)

Mufəddəl ibn Ömər Əbu Abdullahdan rəvayyət edir ki,İmam buyurdu: “Əgər Qaim Mehdi gəlsə idi,O mütləq bizim şiələrdən olan yalançılardan başlayardı və onları öldürərdi.” (“Ricalul Kəşşi” səh 253; “İbn Xəttabın tər.halı”fəsli)

İmam Cəfər demişdir: “Biz, əhli-beyt doğru danışanlarıq. Ancaq biz, bizim adımızdan yalan danışan yalançılardan azad da deyilik. Onların bizim üzərimizə yaxdıqları yalanlardan ötrü insanların nəzərində bizə etibar da azalıb...” (“Ricalul-kəşşi” səh 108)

Hətta İmam Cəfər demişdir ki; “İnsanlar bizdən bir söz eşidirlər, sonra da o sözün üstünə onunu qoyurlar.”(“Kitəbul-kəfi” 8/192)

“Bizə Cəfər ibn Muhəmməd hədis rəvayyət etdi”. Və beləcə onun adından, hamısı yalan və uydurma olan hədislər rəvayət edərlər. Və üstəlik bu yalan rəvayətlər ilə insanlardan qazanc qazanar və onlardan bu rəvayətlərin müqabilində dirhəmlər alarlar.”(“İxtiyaru mərifətur-ricəlil-məruf bi ricəlil-kəşşi”4/391, “Biharul-ənvər” 25/302 və ya 20/302)

Bir qrup Şiə İmam Əbu Abdullahın yanına gəlib dedilər: “Bizə elə ad qoyublar ki,o bizə ağır gəlir və qəlbimizi incidir.Buna görə Əmirləri də onların fəqihlərinin bildirdikləri hədisə görə bizim qanımızı halal hesab etmişlər.Əbu Abdullah dedi: “Bu Rafizi adıdır?” Onlar: “Bəli”dedilər. İmam: “Allaha and olsun ki, onlar sizə (rafizi) ad qoymayıblar. Lakin, o adı sizə Allah qoyub Tövratda və İncildə Musa və İsa (a.s) dili ilə.” (“əl Kafi” c.5,səh 34)

Cəfər Sadiq deyib ki: “Qaim (yani Mehdi) gəldikdə şiələri yalan sayanları öldürəcək” (” Riçal Kəşi” səh.253)

İmam Sadiq dedi: “Allaha and olsun ki,mən sizin aranızdan mənim dediyimi saxlayan üç mömin görsəydim,onun haqqında danışmaqdan vaz keçməzdim.” (“Usuli Kafi” c.1,səh 496)

İmam Cəfər Sadiqdən rəvayyət olunur: “İmam əlini sinəsinə qoyaraq dedi: “Əclaflardan başqa heç kəs bizim köməyimizə gəlmədi.” (Numan ibn Muhəmməd ət Təmimi “Şərhul əxbər”c.3,səh 8; Əli ət Təbərsi “Mişkətul ənvər” səh 455;Məclisi “Biharul Ənvar”c.13,səh 137;Əyyaşi “Təfsir Əyyaşi” c.2,səh 24;Kəşani “Təfsir Səfi”c.2,səh 225;Huvəyzi “Təfsir nur əs Saqaleyn”c.2,səh 55)

İmam Zeynəlabiddindən rəvayyət olunur: “Bizim Şiələrdən bir dəstə bizi o qədər sevəcəklər ki,Yəhudilərin Uzeyr haqqında,Xristianların da İsa (ə) haqqında dedikləri kimi deyəcəklər.Onlar bizdən deyil,biz də onlardan deyilik. (“Rical Kəşşi”səh 111)

İmam Baqir dedi: “Əqər insanların hamısı bizim şiələrimiz olsaydı, onların ¾ bizə şübhə ilə yanaşardılar, ¼ isə axmaq olardı”. (Səid Həsən Musəvi Kəşani “Qiyamlar” səh 144)

Cəfər Sadiq deyib: “Əqər insanların hamısı bizim şiələrimiz olsaydı, onların ¾ bizə şübhə ilə yanaşardılar, ¼ isə axmaq olardı”.( Riçal Kəşi” səh. 179)

Sədir Əssayazafi rəvayyət edir ki, Əbu Abdullah ona deyib: “Allaha and olsun ey Sədir, əgər mənim şiələrimin sayı bu çəpiş (keçi balası) qədər olsaydı, mən belə oturmazdım”. Düşdük və namaz qıldıq. Namazdan sonra, çəpişləri saydım, onların sayı 17 idi” (“Kəfi” c.2, səh. 243 “Biharul Ənvar” 47/373)

Muhəmməd Baqir Məclisi “Məcalis əl-möminin”də qeyd edir ki, İmam Musa Kazımın belə dediyi rəvayyət olunmuşdur: “Abdulla ibn Yəfurdan başqa vəsiyyətimi qəbul edib əmrimə itaət edən bir nəfər görmədim”. (Məcalis əl-möminin”, Beşinci məclis, səh.144, Tehran çapı)

Kəşşi Imam Cəfərin də belə dediyini rəvayət etmişdir: “Allaha and olsun ki, bir adamdan Abdulla ibn Yəfurdan başqa mənə itaət edən və sözümə qulaq asan bir nəfər görmədim”. (Rical əl-Kəşşi”, səh.215, Kərbəla, Iraq çapı)

İnsanlar Zeydə beyət edən zaman əmisi oğlu Davud ibn Əli ona dedi: “Ey əmioğlu! Onlar səni aldadacaqlar.Məgər onlar səndən də xeyirli olanlara kömək etməkdən imtina etmədilərmi? Onlar Həsənə beyət etdilər.Sonra onun çadırına hücum edib,onu qarət etdilər.Məgər onlar Hüseynə beyət etmədilərmi? Məgər onlar tövbə etməmişdilər? Sonra onu tərk edib,öldürmədilərmi? Ey Zeyd! Bu insanlara inanma.” Səid Muhəmməd Həsən Kəşani (“Qiyamlar” səh 171,Qum ,2005 il)


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 487 Bölmə: Maraqlı melumatlar
loading...