Əhəmiyyət verilməsi lazım olan son nöqtə, uşağın izlənilməsi, qüsurlarının tədqiq edilməsi, xəta etdikdə rüsvay edilməsi və həya pərdəsinin götürülməsi məsələsidir. Bax bu nöqtədə böyük alim İmam Qazali uşağın gözəl işlər görməsi üçün dəstəklənməsi və buna görə mükafatlanırılması məsələsini qeyd etdikdən sonra belə deyir: “...
“... Əgər bunlara bəzi hallarda bir dəfə müxalifət edərsə, buna əhəmiyyət verilməməli, həya pərdəsi götürülməməlidir... Xüsusilə uşaq bu xətasını örtər və gizləməyə çalışarsa, bunu uşağın əleyhinə açığa çıxarmaq, ümumiyyətlə ona cəsarət verər, hətta bunu açıq-aşkar işləməyə əhəmiyyət verməz bir hala gətirər. Ona görə də bu nöqtədə, əgər ikinci dəfə eyni xətanı işləyərsə, gizlincə cəzalandırılması lazımdır və bu barədə şərait daha böyük olmalıdır”.
Bax bu, uşağa qarşı duyulan mülayimlik və mərhəmətin əsasıdır. Yoxsa hər xəta və xırda səhvə görə uşağa cəza vermək olmaz. Bu vəziyyət heyvanlarda belə qanuni ikən şəxsiyyətli insanda niyə görə qanuni olmasın? Rəvayət olunduğuna görə Aişə (r.a), möminlərin anası bir dəvəyə minmiş, dəvə ona qarşı dəcəllik etmişdir. Aişə (r.a) belə deyir: “Bundan sonra onu danlamağa başladım. Rəsulullah (s.ə.s): “Mülayim davranmalısan” buyurdu”.(Müslüm) Əgər müsəlman dəvəsinin üzərindəykən belə mülayim davranmaq əmr edilibsə, bəs övladına qarşı necə davranmalıdır?
Aləmlərin Rəbbi olan Allaha həmd olsun...
Tarix: 07.05.2013 / 21:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 54 Bölmə: Maraqlı melumatlar