Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sehirbazın Qazancının Haram Olması

Əbu Məsud əl-Bədri (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) itdən gələn pulu, zinakarın qazancını və falçılıqdan gələn pulu götürməyi qadağan etmişdir".
(əl-Buxari 2237, Muslim 1567. )

Zeyd ibn Ərqam (r.a) rəvayət edir ki, Əbu Bəkrin (r.a) bir qulluqçusu var idi. Onunla şərt kəsmişdi ki, özünü satın alıb azad edəcəkdir. Hər dəfə o, bir şey gətirdikdə Əbu Bəkr (r.a) ondan soruşardı: “Bu haradandır?” Əgər cavab onu qane edərdisə yeyərdi, qane etmədikdə isə yeməzdi. Oruclu günlərin birində qulluqçusu ona yemək gətirdi. Əbu Bəkr (r.a) yeməyin haradan olduğunu soruşmağı unudaraq yeməkdən bir loxma ağzına qoydu. Xatırladığı zaman: “Bu yemək haradandır?”- deyə soruşdu. O: “Cahiliyyə vaxtı mən kahinliklə (gələcəyi xəbər verməklə) məşğul idim. Həqiqətdə isə bu belə deyildi və mən sadəcə (insanları) aldadırdım. Bu yemək də (həmin işin) əmək haqqıdır. Əbu Bəkr (r.a): “Sənin etdiyin əməl necədə pis bir işdir. Məni həlak edəcəkdin?” Sonra yediyini qusmağa çalışdı. Lakin bacarmadı. Ona su ilə çıxacağını dedilər. O da su içərək qaytarmağa başladı. Mədəsində olan hər bir şeyi qaytarmaqla təmizlədi. Ona: “Sən bütün bunları bir loxmaya görə edirsən?”- dedilər. Əbu Bəkr (r.a) dedi: “Əgər bu məndən canımla birlikdə çıxsaydı belə mən bunu edərdim. Həqiqətən mən Peyğəmbərin (s.a.v) belə buyurduğunu eşitdim: “Cəhənnəm oduna ən layiqli bədən haram ilə qidalanandır".
(əl-Buxari 3843, Əbu Nuym 1/ 31, əl-Beyhəqi 5760, əl-Albani “Səhih”. )

Bəlağət Sehirdimi?
- Sehr ümumi bir addır. Bunun içərisinə sehrin digər növləri də daxildir. Hər biri də bir-birindən hökmünə görə fərqlənir. Bəlağət də sehr adlanmışdır. Burada şeytandan kömək yoxdur. Lakin dil cəhəddən sehrin içərisinə daxildir. Gizli olaraq insanların qəlblərinə təsir edir. Bəlağətli insan danışığı ilə yalanı doğru olaraq insanlara çatıra bilər və bununla insanların qəlblərinə təsir edərək onları əsir alır. İnsanlar artıq onun yalanına inanmağa başlayırlar. Bu sehr hökümdə də birincidən fərqlənir. Sehrdə böyük şirk vardır. Lakin bu sehr digərinin hökmündə deyildir. Qılıncla öldürülmək həddi də bu sehr növünə aid deyildir.
İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v)buyurdu: "Bəlağətdə də sehrdən bir pay vardır".
(əl-Buxari 5146, Muslim 869, Əbu Davud 5007, ət-Tirmizi 2028, İbn Hibban 5795, Əbu Yəla 5639. Gözəl danışmaq sehr kimi təsir edir. Çünki, gözəl danışan adam həqiqəti yalan, yalanı isə həqiqət kimi təqdim edir. Cahil insanların ürəkləri buna meylli olur və onlar yalanı qəbul edib həqiqəti inkar etməyə başlayırlar)

İbn Ömər (r.a)rəvayət edir ki, bir gün şərq tərəfdən iki nəfər gəlmişdi və onlar öz bəlağətli sözlərilə insanları məst etmişdilər. Bu xəbər Peyğəmbərə (s.a.v) çatdıqda buyurdu: "Həqiqətən də bəlağətli danışıq (insana) sehrin təsiri kimi təsir göstərə bilər".
(əl-Buxari 5767. )

Həmçinin –
Nəmmamlıq da insanlara sehr kimi təsir edir. Sehr iki sevən insanı bir birindən ayırdığı kimi, nəmmamlıq edərək müsəlmanların arasını vuran kimsə də sehr kimi təsir edir. Qəlblər arasında düşmənçilik, kin, nifrət yaradır. Ən böyük sehirbazlar bilirsizmi kimdir? İslam alimlərini gözdən salmağa çalışanlar, insanlar arasında onlara qarşı nifrət yaratmaq istəyənlərdir. Tövhid insanın gözünü açır, bizə kimin-kim olduğunu öyrədir. İbn Məsud (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Mən sizə nəyin sehrə aid olduğunu deyimmi? Bu nəmmamlq və insanlar arasında söz gəzdirməkdir".
(Muslim 2606, əl-Beyhəqi 10/ 246, Əbu Yəla 5363. )


Tarix: 11.04.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 197 Bölmə: Maraqlı melumatlar
loading...