Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Dəvətə icab (qəbul)edənlərin sayı azdır”iddiası

Allah rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Peyğəmbərlərdən heç birinin mənim qədər ardıcılları olmayacaq. Həqiqətən peyğəmbərlərin arasında elələri olacaqdır ki, ona iman edənlərin sayı sadəcə bir nəfər olacaqdır”.

İmam Muhəmməd Nəsirəddin Albani (hicrətin 1420-cü ilində vəfat etmişdir) bu hədisi şərh edərkən demişdir: “Bu hədisdə açıq-aydın dəlil vardır ki, ardıcılların sayının çox olması və yaxud az olması, olmaması dəvətçinin haqq üzərində və yaxud batil üzərində olmasına dəlalət edən meyar, ölçü deyil. Belə ki, bu peyğəmbərlərin-Allahın salamı onların üzərinə olsun-dəvəti bir, dinləri bir olsa da onlara tabe olanların sayına görə onlar müxtəlif idi. Onların bəzilərinə tabe olanların sayı çox, bəzilərində isə bu rəqəm bir neçə nəfərdən ibarət idi. Hətta elələri var idi ki, bir nəfərdən başqa ona iman edən olmamışdır. Və əlbəttə, onların arasında eləsi də var idi ki, ona heç bir nəfər belə iman etməmişdi!

Nəticə etibarilə, bizim bu dövrümüzdə dəvət edənlər və dəvət olunanlar üçün bunda dərin bir ibrət var. Ona görə də dəvət edən insanın bu həqiqəti xatırlaması vacibdir. Uca Allaha dəvət etmək yolunda uzun müddət səbat göstərməli və onun dəvətinə cavab verənlərin sayının az olmasına heç bir fikir verməməlidir, çünki onun üzərinə düşən sadəcə risaləti açıq-aydın təbliğ etməkdir, başqa bir şey deyil. Və onun üçün gəlib-getmiş peyğəmbərlər ən yaxşı örnəkdir, belə ki, o peyğəmbərlərin dəvətinə bir və yaxud iki kişidən başqa heç kəs icab etməmişdir!

Ona görə də, haqqa tabe olmağa dəvət edilən insan, dəvət edən kəsin çağırışına cavab verənlərin sayının az olmasından dolayı ümidsizliyə düşməməli və haqq dəvətə şübhə etmək, nəticədə isə haqq dəvətə imanı tərk etməkdə bunu özü üçün bir səbəb olaraq görməməli, götürməməlidir (özünə bəraət qazandırlmamalıdır). Dəvətçiyə heç kəs tabe olmur və yaxud da həmin insanın dəvətinə az insan cavab verir, tabe olur iddiası ilə bu iddiasını dəvətin batilliyinə dəlalət edən bir şey kimi qəbul etməsindən hələ danışmırıq. Bundan başqa, dəvətçinin dəvəti haqq olsa idi belə insanların əkəriyyəti ona tabe olmazdı!

Qüdrətli və Uca Allah buyurur: “Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir”. (Yusif 12:103)


Tarix: 05.04.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 148 Bölmə: Maraqlı melumatlar
loading...