Bir gün, bir nurani yaşlı kişi ilə bir yerdə
oturdu.
Söhbət əsnasında "Müəllim," dedi, "Mən
qədərin mahkumuyam. İstəyirəm, amma
namaz qıla bilmirəm. Mənim qədərimdə
namaz qılmaq yox imiş."
Yaşlı kişi lətifəni sevən birisiydi. Dedi: "Sən
mənim illərdir axtarıb da tapa bilmədiyim
adamsan. Demək qədəri oxuya bilirsən. Söylə,
mənim qədərimdə nə var?" Cavan çaşıb qalır,
deyəcək bir şey tapa bilməmişdi.. Yaşlı kişi
davam etdi:
"Bax burada bulaq var. Qollarını sıva,
dəstəmaz al, ardından burada iki rükət namaz
qıl, bax o zaman qədərin necə deyişəcək.
Qədərində namaz qılmaq olacaq."
Nədənsə qədər daha çox günahlarda istifadə
edilir. Tələbələr zəif qiymət aldıqda "Müəllim
verdi" demələri kimi, günahlara batan kəslər
də bunu qədərin verdiyini zənn edirlər.
Sözgəlişi bir günəş və ya bir alma ağacı üçün
belə bir azadlıq yoxdur. Günəş həqiqətən
qədərin məhkumudur, Ona təyin olunan
orbitdə yol almağa məcburdur. Alma ağacı,
alma verməyə məcburdur.
Amma insanın qarşısında tək yol deyil, yollar
vardır. Tək seçim deyil, çox seçimlər vardır. O,
istəsə iman edər, istəsə küfrü seçər. İstəsə
şükr edər, istəsə nankorluq edər. İstəsə itaət
edər, istəsə üsyan edər.
O, bir robot deyil. O, küləyin qarşısında
sovrulan bir yarpaq deyil. Əli, qolu bağlanıb
dənizə atılmış, özünə "Haydı, üz görək!"
deyilmiş də deyil. Belə olunca o məsuldur.
Çünki o, sınanılmaqdadır ...
Tarix: 06.06.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Maraqlı melumatlar