Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ömərin mələklər ilə söhbəti

Buxari bu hədisi Əbu Hüreyrədən və o da Peyğəmbər(s)-dən nəql etmişdir. Hədisdə deyilir: “Sizlərdən əvvəl bəni İsrail övladlarından elə şəxslər var idi ki, peyğəmbər olmamaqlarına baxmayaraq mələklər onlar ilə söhbət edərdilər. Mənim ümmətimdən elə bir şəxs olarsa, Ömər özü olacaqdır.”
Əbu Hüreyrənin Peyğəmbər(s)-dən nəql etdiyi başqa bir hədisdə deyilir: “Keçmiş ümmətlər arasında elə şəxslər var idi ki, mələklər ilə birbaşa əlaqədə olar və onlar ilə söhbət edərdilər. Əgər mənim ümmətimdən onlar kimi bir şəxs olsa, Ömərin özü olacaqdır.”
Əbu Hüreyrə bu hədisi Ömər vəfat etdikdən bir neçə il sonra Peyğəmbər(s)-in dilindən nəql etmişdir. (Ömər ibni Xəttab isə Peyğəmbər(s)-dən on iki il sonra vəfat etmişdir).
Hökuməti əldə saxlamaq üçün Peyğəmbər(s)-in ailəsi haqqında təhqiramiz hədislər nəql olunmalı, Əbu Bəkr və Öməri məsumluq dərəcəsinə çatdırmaq lazım idi. Xəlifə Ömərin zamanında belə bir hədisin nəql olunması qeyri-mümkün idi, çünki onu hamı yaxşı tanıyırdı və artıq heç bir tərif və tənqidə ehtiyac yox idi.
Müaviyə isə tam başqa bir insan idi. Ona yalnız şan-şöhrət və islam ümməti üzərində güclü hakimiyyət qurmaq lazım idi. Haqqı batildən ayıran əql sahibləri yaxşı bilirlər ki, mələklər ilə ünsiyyətdə olan yalnız peyğəmbərlər və onların məsum naibləri (canişinləri) olmuşlar. Peyğəmbərlər vəhy yolu ilə, onların naibləri isə Allahdan ilham alaraq mələklərlə ünsiyyətdə olmuşlar. Xəlifə Ömər isə nə Peyğəmbər, nə də peyğəmbər(s)-in naibi deyildi. Deməli onun mələklər ilə ünsiyyətdə olması (danışması) qeyri-mümkündür.
Mələklər ilə ünsiyyətdə olan naiblər isə heç olmazsa Harun, Yuşə və Şəm”un (ə)-ların kəsb etdikləri məqama nail olmalı idilər.


Tarix: 06.06.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 63 Bölmə: Maraqlı melumatlar
loading...