Sual 114765: Şeyxlərdən biri deyir ki, peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: “Kim zöhr namazından əvvəl dörd və sonra dörd rəkət namaz əda edərsə, cəhənnəm odu onun cəsədinə toxunmayacaqdır. Birincisi, xahiş edirəm mənə bu hədisin səhih olub-olmadığını söyləyin, ikincisi mən hər gün zöhr namazından əvvəl və sonra mütləq dörd rəkət namaz qılıram. Lakin cümə namazında dörd rəkət namaz qılmaq barəsində çaş-baş qalmışam. Lakin bilirəm ki, cümə namazı zöhr namazı kimi deyil, ona görə də sadəcə cümədən əvvəl və sonra iki rəkət qılıram. Cümədən əvvəl və sonra dörd rəkət namaz qıla bilərəm? Yoxsa zöhrdən əvvəl və sonra hər gün dörd rəkət qılmağıma baxmayaraq, cümədə sadəcə 2 rəkət qılmaq kifayətdirmi?
Cavab:
Həmd Allaha məxsusdur.
Birincisi: Bəli, Peyğəmbərdən sallallahu aleyhi və səlləm onun belə söylədiyi sübut olunmuşdur: “Kim zöhr namazından əvvəl və sonra dörd rəkət namazı qoruyarsa (qılarsa) Cəhənnəm ona haram ediləcəkdir”. (Əbu Davud (1269) və Tirmizi (428); İmam Nəvəvi “əl-Məcmu” (4/7) əsərində və Şeyx Albani “Səhih Əbi Davud”da hədisi səhih olaraq təsnif etmişdirlər.
İkincisi: Cümə namazından əvvəl sünnət namazı yoxdur. Çünki, bu Peyğəmbərdən sallallahu aleyhi və səlləm sübut olunmamışdır, həmçinin səhabələrdən cümədən əvvəl hər hansı xüsusi ratibə (daima qılınan) Sünnət namazının olduğunu göstərən heç bir rəvayət nəql olunmamışdır. Əksinə, sadəcə rəvayət olunmuşdur ki, heç bir (xüsusi) say müəyyən etmədən ümumiyyətlə nafilə namazlar qılmaq olar.
Cümə namazı ilə Zöhr namazı arasında qiyas edərək cümədən əvvəl ratibə sünnət namazının qılınmasının zöhrdə olduğu kimi müstəhəb olduğunu söyləmək səhih, doğru deyil. Çünki cümə namazı bir çox yöndən zöhr namazından fərqlənir. Çünki bu cür qiyas Peyğəmbərimizin sallallahu aleyhi və səlləm açıq-aşkar Sünnəsinə ziddir. Sünnə budur ki, o sallallahu aleyhi və səlləm Cümədən əvvəl hər hansı davamlı sünnət namazı qılmamışdır. Yolların ən üstünü Peyğəmbərin sallallahu aleyhi və səlləm yoludur. Peyğəmbər sallallahu aleyhi və səlləm cümədən əvvəl hər hansı namaz qılmış olsaydı, bunu bizə rəvayət edərdilər. Bu barədə rəvayət olmadığına görə, biz bilirik ki, o sallallahu aleyhi və səllləm cümədən əvvəl hər hansı davamlı sünnət namazı qılmamışdır.
Cümədən sonra namaz qılmağa gəldikdə, bu barədə Peyğəmbərdən sallallahu aleyhi və səlləm bir sıra hədislər rəvayət olunmuşdur.
Allah daha yaxşı bilir.
Tarix: 05.04.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 122 Bölmə: Maraqlı melumatlar