Mütə-faydalı şey, ümrə ilə həcci birləşdirmə, boşanan qadına verilən əşya, bir qadınla müvəqqəti
evlənmə kimi mənalara gəlir. Fiqhi termin kimi mütə bir kişinin bir qadınla aralarında qərarlaşdırdıqları müəyyən bir zamana qədər və müəyyən miqdar pul qarşılığında qurulan müvəqqəti bir evlilik növüdür. Mütədə kişi maliyyə baxımdan qadından məsul deyil, lakin əgər qadın uşaq dünyaya gətirsə, kişi həmin uşağın xərclərini qarşılamaq məcburiyyətindədir. Bununla yanaşı, təyin edilmiş müddət bitəndə mütə nikahı ləğv olur. Bu evlilikdə miras məsələsi olmadığı kimi, müddətində və sayısında da sərhəd yoxdur. İstər mütə nikahı ilə, istərsə də daimi nikahla evli bir adam məbləği ödəyərək istədiyi qədər və hətta bir, və ya yarım saatlığına mütə nikahı bağlaya bilər. Bu cür nikahı qəbul edən şiə alimlərinin ümumi görüşünə görə, bu nikah üçün şahid də, valideynin icazəsi də (qızın atası mütəya inanmayan bir süni də olsa) şərt deyil. Bütün bu saydığımız yönləri ilə mütə dini örtü altında fahişəliyə bənzəyir. Mütə cahiliyyə dövründə tətbiq olunurdu. Rəvayətlərə görə Peyğəmbər Əfəndimiz bir-neçə dəfə buna icazə vermişdir. Bu icazə şəriət qanunlarının son şəklini almadan əvvəl verilmişdir. Mütə nəhayət qəti qadağan edilmiş və əbədi haram qılınmışdır. Rəvayətlərə görə Rəsulullah (s.ə.s.) mütəyə ilk dəfə Xeybər döyüşündən əvvəl üç gün icazə vermiş, daha sonra da onu qadağan etmişdir. Bir dəfə mütənin halal olduğuna inanan bir nəfər Hz. Əli (r.a.) ilə bu mövzuda mübahisə edəndə Hz. Əli ona Allah Rəsulunun mütəni və eşşəyin ətinin yeyilməsini Xeybər günü qadağan etdiyini deyir. (Buxari, "Nikah", 31; Müslim, "Nikah", 29-32; İbn Macə, "Nikah", 44) Bu hədisi-şərif şiə hədis kitablarında da mövcuddur. Allah Rəsulunun mütəyə ikinci dəfə icazə verməsi də Məkkənin Fəthində baş vermişdir. Üç günlük icazədən sonra Rəsulullah mütəyə təkrar, lakin bu dəfə qiyamət gününə qədər qadağa qoydu. (Müslim, "Nikah", 22) Səbrə ibn Məbəd əl-Cühənidən müxtəlif yollarla nəql edilən bir hədisi-şərif də Mütənın sonsuza qədər qadağan edildiyini ifadə edir. Rəsulullahla (s.ə.s.) bərabər Məkkə fəthində olan Səbrə Rəsulullahın (s.ə.s.) Həcəri-Əsvədlə Kəbə qapısı arasında dayanaraq belə buyurduğunu nəql etmişdir: "Ey insanlar, mən sizə qadınlarla mütə etmənizə icazə vermişdim. Şübhəsiz ki, Allah, onu qiyamət gününə qədər haram etmişdir. Kimin yanında (mütə ilə saxladığı) qadın varsa, onu sərbəst buraxsın. Onlara verdiklərinizdən heç bir şeyi geri almayın” (Müslim, "Nikah", 19, 22, 24). Bəzi rəvayətlərdə bunun Vida həccində baş verdiyi də ifadə edilir. (Əbu Davud, "Nikah", 13; İbn Mace, "Nikah", 44) Deməli, Allah Rəsulu (s.ə.s.) Məkkənin fəth edildiyi gün elan etdiyi qadağanı Vida Həccində təkrar etmişdir. Çünki Vida Həccinə çox sayda müsəlman qatılmışdı. Peyğəmbər Əfəndimiz (s.ə.s.) orada əvvəl də bildirdiyi bir çox məsələni təkrar etdiyi kimi, "mütə"nin haram olduğunu da təkrarlayaraq eşitməyənlərə yenidən çatdırmışdır. Beləliklə, mütənin qiyamətə qədər qətiyyən haram olduğu ifadə edilmişdir. (Baxın. İbn Həcər, Fethu'l-Bari, 11/74; Nevevi, Şərhi Müslim, 9/180) Mütə qiyamət gününə qədər haram edilmişdir. Bu hökm kitablardakı mövzu ilə əlaqəli hədislərlə də təsdiq edilir: (Müslim, "Nikah", 19, 22, 24; İbn Macə, "Nikah", 44; Darimi, "Nikah", 16; Müsnəd, 3, 406). Mütənin halal olduğu, daha doğrusu, hələ qadağan edilməmiş bir dövr olduğu üçün, mənbələrdə halallığı barədə hədislərə də rast gəlmək əlbəttə mümkündür. Lakin əsas olan son hökmdür.
İslamın mənimsədiyi sünni nikaha bir çox yöndən zidd olan mütəni Peyğəmbərimiz bir dəfəyə qadağan etməmişdir. Beləliklə, mütənin qəti haramlığını bildirən son hökmdən əvvəl müvəqqəti icazəni bildirən hədisləri əsas qəbul edərək, son hökmü bildirən nəssləri görməzlikdən gəlmək və "mütəyə icazə verildiyini" söyləmək İslama böhtan atmaq deməkdir.
Burada çox əhəmiyyətli bir məsələ də var. Nə Quranda, nə də Rəsulullah Əfəndimizin hədislərində mütə halal qılınmamışdır. Mütə cahiliyyə dövründən qalma bir evlilik şəkli idi. Necə ki, İslam bir çox hökmlərini tətbiq və təbliğ edərkən tədrici bir yol izləmişdir, mütənın haram qılınmasında da belə bir tədricilik var. Eyni ilə içkinin tədricən haram qılınması kimi. (Baxın. İbrahim Canan, Namus Fitnəsi Mütə, s. 25-29) Mütə də bu şəkildə tədricən qadağan edilmişdir. Bu tədricən qadağan edilmə müddətində nəsx cərəyan etmişdir ki bu, bir hökmün başqa bir hökmlə əvəz edilərək əvvəlki hökmü ləğv etmək deməkdir. Peyğəmbər Əfəndimiz (s.ə.s.) mütənin haram qılınma periodu ilə əlaqədar çox mühüm olan bir xüsusu bu şəkildə ifadə etmişdir: "Mütəni Nikah, boşanma (boşama), iddət və miras (ilə əlaqədar ehkamın təşri) haram etmişdir". (Əbu Yala, Müsned, 11/503; Darakutni, Sünen, 3/259; Heysemi, Mecmaü'z-Zevaid, 4/267) Mütənin (müvəqqəti evliliyin) Peyğəmbərimiz tərəfindən haram edildiyini bir çox səhabə rəvayət etmişdir. Bu səhabələrin arasında Hz. Əli, Hz. Ömər, Hz. Sələmə ibn Əqva, Hz. Səbrə ibn Məbəd, Hz. Əbu Hüreyrə, Hz. Cabir, Hz. Sələbə ibn Hakim, Hz. Abdullah ibn Ömər, Hz. Əbu Zər, Hz. İbni-Abbas, Hz. Haris ibn Gaziyyə, Hz. Səhl ibn Sad, Hz. Kab ibn Malik, Hz. Abdullah ibn Məsud, Hz. Ənəs ibn Malik, Hz. Hüzeyfə və Hz. Aişə (r.a.) kimi məşhur səhabələr var. (Baxın. Kasani, Bədaiüs-Sanai, thk. Əli Məhəmməd Muavvəz, Adil Əhməd Abdülmövcud, haşiyələr, 3/473-477) Mütənin haramlığında icma (alimlərin fikir birliyi) vardır. (Təhanəvi, İlaus-Sünən, 11/58-59; Kasani, Bədaiüs-Sanai, 3/476-478) Bununla bərabər, bir neçə səhabədən fərqli görüş nəql edilir. Bunlar, mütənın qəti qadağan edildiyindən xəbəri olmayan, mütə ilə əlaqədar icazənin davam etdiyini zənn edənlərdir. Belə ki, Hz. Ömər mütənin Allah Elçisi tərəfindən qətiyyən qadağan edildiyini səhabənin hüzurunda dilə gətirmiş və səhabə tərəfindən etirazsız qəbul edilmişdir. Bəzi səhabələrin müəyyən məsələlərin haram və halallığını sonradan öyrənmələri sadəcə mütəyə xas deyil. Məsələn, Hz. Əbu Bəkir kimi Rəsulullaha ən yaxın olan bir səhabəyə “cəddə”, yəni nənəyə nəvədən düşən miras miqdarını soruşanda bu barədə Allah Rəsulundan heç bir şey eşitmədiyini demiş və bir günorta namazından sonra camaata: "İçinizdə cəddə mirası haqqında Allah Rəsulundan bir şey eşidən varmı?" -deyə soruşmuşdur. Muğirə İbn Şubə kimi sonradan müsəlman olmuş bir səhabə isə ayağa qalxıb Allah Rəsulunun cəddəyə südus (altıda bir) təqdir etdiyini demiş, Məhəmməd ibn Məsləmə də bunu təsdiq etmişdir. Və Hz. Əbu Bəkir məsələni bu bilgiyə görə hökmə bağlamışdır (Tirmizi, "Fəraiz", 10; İbn Macə, "Fəraiz", 4; Əbu Davud, "Fəraiz", 5). İbni-Abbasın zərurət və ehtiyac halında (aclıqdan ölmək üzrə olan bir insanın leş yeməsi kimi) mütəyə icazə verdiyi, lakin sonradan bu fikirindən döndüyü barədə mənbələrdə keçir. Məsələn İbni-Abbas: "Mütə İslamın ilk dövrlərində vardı. Bir kimsə yad bir ölkəyə gələndə orada qalacağı zaman əşyalarını qoruyacaq və ona xidmət edəcək bir qadınla evlənərdi". İbn Abbas: "O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar" (Muminun, 23/5, 6) ayəsi üçün belə demişdir: "Bu iki münasibət xaricində bütün yollar haramdır" (Tirmizi, "Nikah", 29.) İbn Abbasın vəfatından əvvəl də mütə ilə bağlı əvvəlki fikirlərinə Allaha tövbə etdiyi barədə rəvayətlər də var. (Baxın. Kasani, a. g. e, 3/469 haşiyə)
Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
Mähämmäd bin Äli Äli bin Talibdän(r.a) bunu esidib ;"Allahin räsulu (s.a.s) xeybär günü müväggäti nigahi vä essäk ätini yemäyi gadagan etdi.(ÄL-Buxari5/172)
Ailä -müsälman cämiyyätinin vacib hissäsidir vä buna görä Allahin säriaätindä ona xüsusi yer ayrilib. Insan säriätä uygun nigah sayäsindä öz täbii ehtiyaclarini än gözäl säkildä ödämäk imkani gazanarag, sakitlik vä äminamanlig ,äldä edir , naslini davam etdirib Allahin mükafatina sahib olur vä öz häyatini nizamlayir, onda öz ailäsinä vä usaglarinin tärbiyäsinä görä mäsuliyyät hissi oyanir.Amma öz häyatini basga insanin häyati ilä baglayarkän gäräk bunu ömürlük edäsän.
ALLAH bizləri haqq yoldan çıxartmasın!
Bu gün həqiqətən də bizim gəncləri çaşdıran və zəlalətə aparan ən böyük məsələ siğə məsələsidir. Çünki onlar bu məsələdə həqiqəti bilməyən kimsələrin sözlərinə uyaraq özlərini təhlükəyə atırlar. Ona görə təhlükə deyirəm ki, hər bir kiçik günah insanı ondan daha böyük bir günaha aparır. Həmçinin hər bir kiçik savab iş də insanı daha böyük savab və xeyirli işlərə yönəldir. Doğru yola müvəffəq edən isə Allahdır. Allah bizim gəncləri doğru yola müvəffəq etsin. Amin! Hər birimizin bütün kiçik və böyük günahlarımızı bağışlasın. Amin! İnsanı kiçik günahlardan böyük günahlara aparacaq və hər iki dünyada günahlara görə çəkiləcək cəzalar və bu barədə alimlərin ibrətli nəsihətləri www.islamevi.az saytında dərc olunub. Orada günahlar barədə oxuya bilərsiniz. Bizim öz siğəylə bağlı mövzumuza keçək.
Beləliklə növbəti araşdırmada əvvəlkilərində olduğu kimi “Kutubu Sittədə” (Altı hədis kitabı) “Nigah” fəslində olan qadağan edici hədislərin hamısını qeyd edəcəyik. Əbu Hüreyrənin (r.a) bir rəvayətində Allahın rəsulu (s.ə.s) belə buyurmuşdur: “Siğəni talaq, iddət (gözləmə) və miras haram etmişdir” (Daraqutni). Yəni, əvvəl siğə müharibə şəraitində icazə verilirdisə, artıq o məsələ haram elan olundu və siğənin yerini talaq – boşadıqdan sonra qadının haqqını vermək, iddət və qadınlara verdiyiniz mirasın onlarda qalması icra olunmağa başladı.
Əbu Zərr (r.a): “İki mütə (yəni təməttu həcci və siğə nigahı) ancaq biz səhabələrə halal idi, sizə halal deyildir” demişdir (Müslm, Həcc, Tahavi).
Beyhaqinin rəvayətində “Qadınlarla siğə nigahı Allah rəsulunun (s.ə.s) biz səhabələrinə yalnız üç gün halal edildi, sonra Allah rəsulu (s.ə.s) onu qadağan etdi” deyilir (Beyhaqi).
Abdullah ibn Ömərin (r.a) yanına bir nəfər gələrək siğə nigahı haqqında soruşur. Abdullah: “Haramdır!” dedikdə soruşan insan İbn Abbası nəzərdə tutaraq: “Axı bunu filankəs icazəli görür!” deyir. Abdullah ona belə cavab verir: “Allaha and olsun! Hamı bilir ki, Allahın peyğəmbəri (s.ə.s), Xeybər döyüşü ərəfəsində onu haram etdi. Artıq biz zinakarlardan deyilik” (Tahavi).
Başqa bir rəvayətdə Abdullah ibn Ömər, özünə İbn Abbasın siğə nigahına icazə verdiyini deyincə: “Subhanallah (Allaha təriflər olsun)! İbn Abbasın belə bir fətva verəcəyini zənn etmirəm!” deyir. Ancaq orada olanlar xəbəri dəqiqləşdirdikdə, İbn Ömər dedi: “Allahın rəsulu (s.ə.s) həyatda olarkən İbn Abbas kiçik bir uşaq idi. Allahın peyğəmbəri (s.ə.s) siğəni bizə qadağan etdi. Artıq zinakarlardan deyilik” (Heysəmi, Məcmau'z-Zəvaid 4, 265).
Digər bir rəvayət İbn Ömərin bu sözünü qüvvətləndirir: “Bir kişiyə, sadəcə İslam nigahıyla evləndiyi qadın halaldır. Bu nigahda mehir vardır, kişinin qadına, qadının kişiyə miras haqqı vardır. Qadını müəyyən bir müddətə ala bilməz. Əgər alsa, artıq onun xanımıdır. İkisindən biri ölərsə digəri ona varis olar” (Beyhaqi).
Abdullah ibn Zübeyr, siğə məsələsinə şiddətlə qarşı çıxan səhabələrdəndir. Müslimin bir rəvayətində, onun xütbədə siğənin icazəli olmasını mənimsəyən bir adama etiraz edərək: “Bu şübhəsizdir ki, Allah bəzi insanların gözlərini kor etdiyi kimi, qəlblərini də kor etmiş ki, siğə nigahına fətva verirlər!” dediyini görürürk. Rəvayət hücuma uğrayan şəxsin “Sən həqiqətən çox nəzakətsiz, qeyri-ciddi birisən. Ömrümə and içirəm ki, siğə müttəqilərin imamı olan Allahın rəsulu (s.ə.s) zamanında edilirdi!” şəklində olan cavabına İbn əz-Zübeyr meydan oxuyaraq belə cavab verir: “Elə isə başla sınamağa! Əgər sən bu əməli etsən, Allaha and olsun ki, səni daşlarla rəcm edərəm!” (Müslim). Alimlər, Abdullah ibn Zübeyrin (r.a) bu açıq-aşkar və cürətli davranışını, özünə siğənin nəsxi ilə bağlı xəbərin çatmış olması və bununla da onun haramlığı barəsində zərrə qədər də tərəddüdünün olmamasıyla izah edirlər (Nəvəvi Müslimin şərhində belə deyir).
Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
Mäshur alim äl-Beyhagi Cäfär ibn Mähämmdin siygä hagginda sorusulguda "zinadir" demäsi etmisdir. Imam Müslimin "Sähih" äsarindä Säbura ibn -Mäbäd äl-Guhanidän -Allah indan razi olsun rävayät etdiyi hädisdä isä belä deyilir:" Män sizä gadinlarla sigä etmäyä icäzä vermisdim. Allah isä onu Giyämät gününä gädär haram etdi.Kimdä onlardan bir sey varsa onu da, onlara verdiyini tärk etsin .
ALLAH bizləri haqq yoldan çıxartmasın!
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 328 Bölmə: Maraqlı melumatlar