Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quranı başqa kitablardan fərqləndirən onun hansı xüsusiyyətidir?

Həzrət Məhəmmədin (s) Şəqqül-qəmər kimi möcüzələri olduğu halda, nə üçün o məhz Quranı özünə möcüzə hesab etmişdir? Quranın möcüzə olması barədə ayə və hədislərdə kifayət qədər məlumat verilir. Maraqlıdır, Quranı başqa kitablardan fərqləndirən onun hansı xüsusiyyətidir?

Musa peyğəmbərin (ə) dövründə sehrbazlıq, İsa peyğəmbərin (ə) dövründə təbabət olduqca güclü idi. Bu səbəbdən də, Allah-təala Musaya (ə) əjdahaya dönən əsa, İsaya (ə) ölülərin dirildilməsi kimi möcüzələr vermişdi. Həzrət Məhəmmədin (s) dövrü isə şerin, söz sənətinin intibah dövrü idi. Belə bir dövrdə həzrət Peyğəmbərin (s) ərəb ədəbi mühitini öz ecazı ilə heyrətə gətirən Quranla silahlandırılması tam məntiqə uyğundur. Quran bu günədək dəyişikliyə məruz qalmamış yeganə ilahi kitabdır. Quran öz ecazı və məntiqi ilə bütün həqiqətsevər düşüncələri səcdəyə gətirir.

İslamın on dörd əsrlik tarixi boyu mütəmadi olaraq Quranın ilahi kitab olduğunu təsdiqləyən faktlar aşkarlanmışdır. Son dövrdə dini araşdırmalar mərkəzlərindən birində belə bir açıqlama verilmişdir ki, Quranı təşkil edən 6666 ayənin hər birinin nazil olduğu vaxta uyğun ölçüsü vardır. Başqa sözlə, hər bir ayə özündən əvvəl nazil olmuş ayədən uzun, özündən sonra nazil olmuş ayədən qısadır. Bu qanunauyğunluq mülahizələri ilə üst-üstə düşür. Məsələn, ən gec nazil olmuş böyük surə «Maidə» surəsinin ilk ayələri, əslində ilk illərdə nazil olmuşdur. Rəvayətə görə, həzrət Peyğəmbərin (s) göstərişi ilə bu ayələr «Maidə» surəsində yerləşdirilmişdir. Ayələrin ölçüləri uyğun fikiri tam təsdiq edir. Qurani-kərimdə ayələrinin belə bir ölçü ilə nazil olması, insan düşüncəsinin imkanlarından xaricdir.


Tarix: 04.06.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqlı melumatlar
loading...