Sual: Uzun müddət təfəkkür etdikdən sonra şeytanın surətini soğru –sual etməyə başladım. Bu sualın müəyyən həddi olmalıdır, lakin mən təəccüblənirəm ki, şeytan özünün son mənzilinin cəhənnəm olduğunu bildiyi halda nə üçün fitnə-fəsad, şərr işləməyə çalışır? Belə ki, hər halda, o cinlərdəndir. İnsanlar şeytanın təsiri altında şərrə, fitnəyə meyl edirlər. Lakin şeytan nəyin təsiri altında şər işləyir? Nə üçün? O qəti olaraq cəhənnəmin yanacağı olacağını bilmirmi? Cin olduğundan dolayı, onun da insanlar kimi seçim azadlığl yoxdurmu?
Cavab: Həmd Allaha məxsusdur.
İblis və digər cinlər və insanlar Allaha itaətdə və Ona asi olmaqda sərbəst iradə və seçim azadlığına sahibdirlər. Allah təala buyurur: “Və de: “Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun)”. (əl-Kəhf 18:29)
Allah təala buyurur: “Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir)”. (Əl-İnsan 76:3)
Allah iblisə Adəmə səcdə etməsini əmr etmişdi, lakin o imtina etdi və təkəbbürlük etdi və kafirlərdən oldu. Ona görə də Allah təala onu Öz rəhmətindən uzaqlaşdırdı və qiyamət gününə qədər onu lənətlədi.
Allah təala buyurur: “(Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu”. (Bəqərə 2:34)
Allah təala buyurur: “Bundan sonra mələklərin hamısı ona (təzim məqsədilə) səcdə etdilər.
31 - Təkcə İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.
32 - (Allah buyudu: ) “Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?”
33 - (Şeytan) dedi: “Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!” (Adəmə səcdə etmək mənim üçün düz olmaz, çünki mən oddan yaranmışam. Od isə torpağı yandırdığına görə ondan üstündür!)
34 - (Allah) buyurdu: “Oradan (Cənnətdən və ya səmalardan) çıx. Sən məlunsan! (Dərgahımdan qovulmuş və rəhmətimdən kənar edilmişsən!)
35 - Sən qiyamət gününə qədər lənətlənmişsən!”(Əl-Hicr 15:30-35)
İblis Qiyamət Gününə kimi Allahdan möhlət istədi və Allah bu möhləti ona verdi.
Allah təala buyurur: “(İblis) dedi: “Ey Rəbbim! İnsanların (qəbirlərindən qalxıb) diriləcəkləri günə (qiyamətə) qədər mənə möhlət ver!”
37 - (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən”
38 - Ancaq məlum vaxtın gününə (İsrafil surunu birinci dəfə çalana və bütün məxluqat məhv olana) qədər!” (Əl-Hicr 15:36-38)
İblis həlak olanlardan olacağına əmin olduqdan sonra, həmçinin təkəbbürlük və Rəbbinə qarşı nankör, naşükür olduqdan sonra Allahın qullarından bacardığı qədər insanları azdırmağa qərar verdi ki, cəhənnəmdə həmin insanlar onunla birlikdə olsunlar.
Allah təala buyurur: “(İblis) dedi: “Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!
40 - Yalnız Sənin sadiq bəndələrindən başqa!” (Əl-Hicr 15:39-40)
Öz ardıcıllarının və ona ibadət edənlərin sayını artırmaq üçün insanları azdırmaqda və korlamaqda, yoldan çıxarmaqda o hərisdir. O insanlar ki, onun taleyini bölüşənlərdən olacaqdır.
İblis son mənzilinin cəhənnəm olduğunu bilir və paxıllıq, küfr və inadkarlıqdan dolayı özü ilə bərabər hər bir kəsi cəhənnəmə götürməyi ümid edir.
Adəmin əleyhissəlam uşaqları olan insanlara nifrət edir və onlara qarşı ədavətlidir, düşməndir. Çünki o lənət olunmuşdur və insanların atası Adəmə əleyhissalam səcdə etməkdən imtina etdiyindən dolayı Allahın rəhmətindən kəsilmişdir.
Allah təala buyurur: “Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır”. (Fatir 35:6)
İblisə vəsvəsə vermək üçün heç kəs lazım deyil. Çünki o bütün fitnənin, şərrin mənbəyidir.
Mömin kəs Rəbbinə itaət etməklə və Onun dinindən möhkəm tutmaqla şeytanın hiylələrindən və tələsindən, torundan xilas ola bilər. Çünki şeytanın möminlər üzərində heç bir qüdrəti yoxdur.
Allah təala buyurur: “(Ya Rəsulum!) Quran oxumaq istədiyin zaman məlun Şeytandan Allaha sığın! (“Əuzu billahi minəş-şeytanır-rəcim” sözlərini de!)
99 - Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur!
100 - Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (İnsanların Allaha şərik qoşmalarının əsas səbəbi onların Şeytana itaət etmələri, Şeytanı özlərinə dost, havadar seçmələridir!)”. (Əl-Nəhl 16:98-100)
Allah daha yaxşı bilir.
Tarix: 14.04.2013 / 13:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 216 Bölmə: Maraqlı melumatlar