Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

!!!~=Hər şey Günahdır?=~!!!

Sual: “Nə etsək, günahdır” deyilir. İslamda hər şey günahdır?
CAVAB
Xeyr, dinimizdə hər şey günah deyil. Halal olan şeylərə görə haramlar çox azdır. Bütün meyvələr, bütün səbzilər və zəhərli olanları xaric, bütün otlar mübahdır. Dəniz həşəratı xaric, bütün balıq növləri; sərxoş edənlərdən başqa bütün içiləcək şeylər halaldır. Məhrəm olan qohum və dinsiz olanlardan başqa yad qadınların hamısıyla evlənmək mübahdır. İpəkdən başqa bütün paltarlar mübahdır. İmam Rəbbani həzrətləri buyurur:
Allahu-təalanın mübah etdiyi və icazə verdiyi şeylərin növü və sayı daha çoxdur. Haram etdiyi və qadağa qoyduğu şeylər isə çox azdır. Mübahlardakı fayda və ləzzət haramlardan daha çoxdur. Allahu-təala mübah iş görəni sevər, haramla məşğul olanı isə sevməz. Ağıllı olan insan tez keçib gedən bir ləzzətə görə Allahu-təalanı incitməyi, əlbəttə, istəməz.

Allahu-təala qullarına mərhəmət və hörmət edərək mübahlardan zövq almağa izn vermiş və bir çox şeyi mübah etmişdir. Halal olan bu saysız zövq və ləzzətləri buraxıb haram edilən bir neçə zövqə meyl etmək Allaha qarşı ədəbsizlik olar. Bununla belə, haram etdiyi ləzzətləri artıqlamasıyla mübahlarda da yaratmışdır. Halal olan müxtəlif nemətlərin zövqü bir yana, Rəbbinin insanın işindən razı olmasından daha böyük zövq ola bilərmi? Bir kölənin işini ağasının bəyənməməyindən daha böyük dərd varmı? Biz quluq və sahibimiz olan Allahın əmrindəyik. Başıboş deyilik.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 86 Bölmə: Maraqlı melumatlar
loading...