Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günahlar Yeni Günahlara Səbəb Olur

Allaha asilik arxasınca yeni günahlar gətirir və yaradır və onlardan ayrılma qula ağır görsəndikcə beləcə davam edir. Sələflərimizdən biri deyib: “Günah işləmənin bir hissəsinin cəzası – digər günahın işlənməsidir və saleh əməlin işlənməsinin mükafatının bir hissəsi növbəti yaxşı əməlin işlənməsidir”.

Qul xeyirli əməl işlədikdə digər xeyir deyir: “Məni də et”. O, onu etdikdə üçüncüsü də eyni şeyi deyir və s. Bunun sayəsində xeyir çoxalır və bərəkət artır. Bu eyni ilə pis əməllərə də aiddir. Beləliklə, Allaha itaət və ya Ona asilik xüsusi xasiyyət və ayrılmaz keyfiyyət olur. Həmçinin Allaha itaətdən çəkildikdə saleh insanın qəlbi sıxılır və yer genişliyinə baxmayaraq ona dar görsənir və saleh əməllərə qayıtmayınca özünü susuz balıq kimi hiss edir. Yalnız o zaman o sakitlik əldə edir və ləzzət alır.
Günahkarın qəlbinə isə günahları etməyib Allaha itaət etdikdə əksinə narahatlıq gəlir. Qəlbi sıxılır və günahların işlənməsinə qayıtmayınca həyat ona sıxıntılı gəlir. Iş o yerə çatır ki, fasiqlərin çoxu heç bir ləzzət almayaraq və sadəcə günah işləmədikdə keçirdikləri üzüntü hissindən başqa heç bir şey onları buna sövq etmədən Allaha asi olurlar.
Qul Allahın razı qaldığı əməli işləyirsə, onları sevir və onlara üstünlük verirsə, onda Allah Sübhanə və Təala saleh əməllər işləməyə və ona yatağında sakit uzanmağa imkan verməyən və yerindən qalxmağa və xeyirlə məşğul olmağa həvəsləndirən mələkləri göndərir. Əgər qul Allaha asiliyi sevirsə və günahlara üstünlik verirsə, onda O asiliyə çəkən şeytanları göndərir. Birinci qüvvə saleh işlərin görülməsinə həvəsləndirir və insana bunda böyük kömək edir, ikinci qüvvə isə günahlara çəkir və insana bunda yardım edir.


Tarix: 12.04.2013 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 114 Bölmə: Maraqlı melumatlar
loading...