Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vitr namazı vacibdirmi, vitr namazının qəzası necə olur?

Sual: Vitr namazı vacibdirmi, bəzi günlər bu namazı qılıb bəzən qılmayan kəs buna görə hesaba çəkiləcəkmi?

Cavab:

Vitr namazı mömin bir insanın qoruması lazım olan müəkkəd (qılınması təkidlə bildirilən) sünnətdir. Bəzi günlər bu namazı qılıb, bəzən qılmayan insan buna görə hesaba çəkilməyəcək, lakin həmin insana nəsihət etmək lazımdır ki, vitr namazını müntəzəm qılsın. Bundan əlavə, vitr namazını buraxan insan bunun əvəzinə gün ərzində iki rəkət namaz qıla bilər. Çünki peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bu cür edərdi. Aişənin (Allah ondan razı olsun) belə söylədiyi sübuta yetirilib:

Yuxu və ya xəstəlik gecə namazından onu saxladıqda Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) gündüz on iki rəkət namaz qılardı. Müslim bu hədisi Səhih əsərində rəvayət edir. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) gecə əksər vaxt on bir rəkət namaz qılardı, hər iki rəkətdən sonra salam verərdi, sonra bir rəkət ilə vitr qılardı. Lakin yuxu və ya xəstəlik bunu etməkdən onu saxladıqda gündüz on iki rəkət namaz qılardı. Necə ki, Aişə (Allah ondan razı olsun) bunu bildirmişdir.
Buna əsaslanaraq deyirik ki, əgər mömin bir insan gecə beş rəkət namaz qılmağı adət edibsə, lakin hər hansı bir səbəbdən yatıb qalırsa və yaxud hər hansı bir şey onu bundan saxlayıbsa, gündüz altı rəkət namaz qıla bilər və hər iki rəkətdən sonra salam verməlidir.

Eləcə də, üç rəkət namaz qılmağa adət edibsə, o zaman iki salam (təslim) ilə dörd rəkət namaz qıla bilər.

Əgər yeddi rəkət namaz qılmağa adət edibsə, hər iki rəkətdən sonra salam verməklə səkkiz rəkət qıla bilər. Sitatın sonu.

Daimi Heyətin Fətvalarından, 7/172


Tarix: 03.04.2013 / 22:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: Maraqlı melumatlar
loading...