1.Əbu Hüreyrədən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Allah-taala Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gün yeddi qrup insanı Öz kölgəsi altına alacaqdır». Həmən o yeddi nəfərdən biri də sədəqəni gizli verərkən sağ əlin verdiyindən sol əlin belə xəbəri olmayandır». Hədisi Buxari və Müslim rəvayət etmişdir.
2.Üqbə ibn Amirin belə deməsi rəvayət olunur: «Allah elçisinin (sav) belə deməsini eşitdim: “Hər bir şəxs, [qiyamət günü] insanlar üzərində məhkəmə bitənəcən öz sədəqəsinin kölgəsində olacaq”». Hədisi İbn Hibban və Hakim rəvayət etmişdir.
3.Əbu Səid əl-Xudridən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Müsəlman çılpaq bir müsəlmana libas geydirərsə, Allah da ona Cənnətin yaşıl libasını geydirər. Müsəlman ac bir müsəlmanı yedizdirərsə, Allah da ona Cənnət meyvələrindən yedizdirər. Müsəlman susuzluqdan əziyyət çəkən bir müsəlmana su içizdirərsə, Allah da ona xalis, möhürlü cənnnət şərabı içizdirər».
Hədisi Əbu Davud zəif isnadla rəvayət etmişdir.
4.Həkim ibn Hizamdan rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Yuxarıda dayanan əl, aşağıda dayanan əldən daha yaxşıdır. Öhdəndə olandan başla! Sədəqənin ən yaxşısı ehtiyacdan artıq olan maldan verilən sədəqədir. Allahdan gözütoxluğu diləyəni Allah gözütox edər, zənginliyi istəyəni isə zəngin edər». Hədisi Buxari və Müslim rəvayət etmişdir. Hədisin mətni Buxariyə aiddir.
5.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisindən (sav) soruşdular: «Ey Allahın elçisi! Ən yaxşı sədəqə hansıdır?». O dedi: «Ən yaxşı sədəqə maddi çətinliklər içində yaşayanın ən az malından verdiyi sədəqədir və öncə öhdəndə olanlardan başla». Hədisi Əhməd və Əbu Davud rəvayət etmiş, İbn Xüzeymə, İbn Hibban və Hakim isə səhih hesab etmişdir.
6.Yenə də Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Sədəqə verin!» Bir kişi dedi: «Ey Allahın elçisi! Məndə bir dinar var». Peyğəmbər (sav) dedi: «Onu özün üçün xərclə». Kişi yenə dedi: «Məndə bir dinar da var». Peyğəmbər (sav) : «Onu da övladın üçün xərclə» –deyə cavab verdi. Kişi yenə təkrar etdi: «Məndə bir dinar da var». Peyğəmbər (sav) dedi: «Onu da həyat yoldaşın üçün xərclə». Kişi dedi: «Məndə bir dinar da var». Peyğəmbər (sav) dedi: «Onu da qulluqçun üçün xərclə». Kişi yenə dedi: «Məndə bir dinar da var». Onda Peyğəmbər (sav) belə dedi: «Onu artıq nəyə sərf edəcəyini sən yaxşı bilirsən». Hədisi Əbu Davud və Nəsai rəvayət etmiş, İbn Hibban və Hakim isə səhih hesab etmişdir.
7.Aişədən rəvayət olunur ki, Peyğəmbər (saav) buyurmuşdur: «Əgər qadın israfçılığa yol vermədən öz evinin yeməyindən kimə isə versə, verdiyinə görə özü, qazandığına görə əri, evin anbarına görə məsuliyyət daşıdığı üçün də anbardar bərabər dərəcədə mükafat alacaqlar».
8.Əbu Səid əl-Xudridən rəvayət olunur ki, İbn Məsudun yoldaşı Zeynəb Peyğəmbərin (sav) hüzuruna gəldi və dedi: «Ey Allahın elçisi! Sən bu gün sədəqə verməyi əmr etmisən. Mənim özümə aid zinət əşyalarım var. Mən onları sədəqə vermək qərarına gəlmişəm. İbn Məsud isə deyir ki, bu bahalı əşyalara mənim sədəqə verəcəyim adamlardan daha çox onun və uşaqlarının haqqı çatır». Peyğəmbər (sav) onu dinlədikdən sonra dedi: «İbn Məsud haqlıdır, bu əşyalara sənin sədəqə verəcəyin adamlardan daha çox ərinin və uşaqlarının haqqı çatır». Hədisi Buxari rəvayət etmişdir.
Hədisi Buxari və Müslim rəvayət etmişdir.
9.İbn Ömərdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Elə insanlar vardir ki, qiyamətə qədər adamlara ağız açır, onlardan nə isə istəyirlər. Qiyamət günü gəldikdə isə həmən o adamların üzündə bir tikə də olsun ət qalmayacaqdır». Hədisi Buxari və Müslim rəvayət etmişdir.
10.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Varlanmaq məqsədi ilə insanlardan sədəqə istəyən yanar kömür istəmiş olur. Bundan sonra ya az, ya da çox istəsin». Hədisi Müslim rəvayət etmişdir.
11.Zubeyr ibn əl-Əvvamdan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Sizlərdən biri kəndirini götürüb dağa çıxması, bir şələ odunu belində gətirərək satması və bununla öz ləyaqətini qoruması insanların ona nə isə verib-verməyəcəyini bilmədən gedib onlara əl açmasından daha yaxşıdır». Hədisi Buxari rəvayət etmişdir.
18.Səmurə ibn Cündubdan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «İnsanın rəhbərdən yardım istəməsindən, yaxud da istənilməsi zəruri olan bir yardımı istəməsindən başqa kimə isə əl açması üzünü cırmaqlamasına bənzər». Hədisi Tirmizi rəvayət etmiş, eyni zamanda da səhih hesab etmişdir.
Tarix: 25.04.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Maraqlı melumatlar