Ey Allahin qulları !.. Allahdan haqqı ilə qorxun və onun razılıqına gedən yolu axtarın. Ona təvəkkül edin və Ona tövbə edin. Allahdan gözəl şeylər gözləyin, qorxaraq və ümid edərək Ona dua edin. Uşaqları qocaldan, qiyamət günündə onun önündə duracağınızı xatırlayın . O gün insan qaçacaq öz qardaşından; Anasından, atasından; Zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır). (Əbəsə surəsi, 34-37)
Ey müsəlmanlar! Bəla gəldiyi və müsibətlər həqiqətləşdiyində, hadisələr qarışıb, fəlakətlər yayıldığında insanlardan bir qrupunun zehnləri ağılları qarışır və təşvişə düşürlər. Sonradan birdən, bildikləri həqiqətin bir çoxunu tərk edirlər və bildikləri doğrunu unudurlar. Bax o zaman çaşqınlıq baş qaldırır, şayələr yayılır. Həqiqətlər və əsillər tərk edilir. Zənnlərə və nəfslərə xoş gələn şeylərə tabe olunur. Hadisələr haqqında bilgisizcə və heç bir dəlil olmadan hökm verilir.
Qəflət içində olan insan Allahın qullarını imtahan etmədəki qanunlarin həqiqətliyini unudur. Amma o, sabah-axşam Rəbbinin kitabini oxuyarkən bunu necə unuda bilər Çünki orada bu heç bir gizlilik və əlavə olmadan açıqlanmışdır. Allah sübhənəhu və taələ belə buyurur: Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir. (Ali-imran surəsi, 186) və belə buyurur: Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!" deyirlər. Onları Rəbbi tərəfinfən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır! (Əl bəqərə surəsi, 155-157) və yenə belə buyurur: (Ey möminlər!) And olsun ki, Biz içərinizdəki mücahidləri və (əziyyətlərə) səbr edənləri ayırd edib bilmək (ümmətə məlum etmək) üçün sizi imtahana çəkəcək və sizə dair xəbərləri (əməllərinizi) də yoxlayacağıq. (Elə edəcəyik ki, Allahın sizin barənizdə əzəldən bildikləri - kimin həqiqi, kimin yalançı mömin olduğu zahirə çıxıb Onun bütün bəndələrinə bəlli olsun!) (Məhəmməd surəsi, 31)
Ey Allahın qulları! Bu məqamlarının ucalığına və şərəfinə, Rəbbləri qatındakı dəyərlərinə baxmayaraq Allahın peyğəmbərlərini və rəsullarını belə istisna etmədiyi rəbbani və ana bir qanundur. Allah onları insanların ən şiddətli bəla və imtahanlara düçar olanlardan etmişdir. Tirmizi, Nəsai və ibn-Məcənin Sünnənlərində, İmam Əhmədin Müsnədində, ibn-Hibbanın Səhihində səhih bir sənədlə rəvayət etdiyi bir hədisdə Sad ib. Əbi Vaqqas radiallahu ənhu belə deyir: Dedim ki: Ey Allahın rəsulu! İnsanlardan hansı bəlaya düçar olma yönündən daha şiddətlidir Belə buyurdu: Peyğəmbərlər, sonra sırası ilə ardıcıl olaraq böyüklükdə onlara daha yaxın olananlar. İnsan dini nisbətində bəlaya düçar olur. Əgər dində sağlamdırsa imtahanı şiddətli olur, əgər dinində zəiflik varsa, o da dini nisbətində imtahan edilir. Belə qulu başdı-başına buraxmaz. Ta ki, o qul, xətasız olaraq yer üzündə gəzincəyə qədər
Rəsulallah (s.ə.s)-in başına da, onun həyat hekayəsinin bir qismini də olsa oxuyan hər kəs tərəfindən bilinən bəlalar gəlmişdir. Qövmünün ona əziyyət etməsi, onu yalanlamaları, onu ələ salmaları, insanları onun yolundan çəkindirmələri, onu vətənindən və torpağından ayrılmağa məcbur etmələri, ona savaş elan etmələri, insanları ona düşmənlik etməyə təşfiq etmələri və birlikdə hicrət yurduna, dövlət mərkəzinə, ailəsinin və səhabələrinin olduğu yerə hücum edib yox etmək istəmələri, dinini diri-diri basdırıb kökünü kəsmək istəmələri, Mədinədəki münafiqlər və Yəhudiləri ona qarşı dəstəkləmələri, onların da ona tələ qurmaları, onunla etdikləri anlaşmaları pozmaları, ona qarşı savaşda müşriklərlə birləşmələri, savaş meydanında istədiklərinə çatmadan ümidlərini kəsincə hiylə və xəyanət yolu ilə onu öldürməyə çalışmaları bu bəlalara kifayət qədər misaldır.
Rəsulallah (s.ə.s) müsibətlərlə imtahan yolunda ondan öncəki peyğəmbər qardaşları kimi idi. Müsibətlər qarşısında qərarlı və bəlalara qarşı səbrli idi. Allahın fəthə yardımı gələnə qədər Allah yolunda haqqı ilə cihad etdi. İnsanlar bölük-bölük Allahın dininə girdi, hidayət nuru nəfsləri zəbt etdi və qəlblərə iman sevinci doldu. Rəbbini razı edərək və ondan razı olaraq, gözü aydın və könlü rahat bir şəkildə Rəbbinə qovuşdu və Yaradıcısına tərəf getdi. Özündən sonrası üçün səhih hədisdə göstərdiyi kimi ümmətinə, onlara sarıldıqları zaman əsla azmayacaqları iki şey buraxdı: Allahın Kitabı və özünün sünnəti.
Allahın qulları ! Rəsulallah (s.ə.s)-in, özündən öncəki peyğəmbərlərin və özündən sonra ona uyanların bəlaya səbr etmədə, bu yolda olmaları çaşılacaq bir şey deyildir. Çünki onlar qəti olaraq bilirdilər ki, Allah qullarına bu qanunu onları həlak etmək və öldürmək üçün yazmamışdır. Onu nəfsinin daralacağı və bütün genişliyinə baxmayaraq yer üzünün ona dar gələcəyi sahələrə sürmək, bunun nəticəsində dünyadakı vəziyyətini və axirətdəki sonunu pozmaq üçün yazmamışdır. Əksinə, sayılmayacaq qədər uca hikmətlər, böyük faydalar və gözəl məqsədlər üçün yazmışdır. Bunlardan biri də bu bəlaların Allahın onlarla qullarının səbrini yoxlaması və imtahan etməsi üçün gəldiyidir. Bu şəkildə Allahın dostlarına və qurtuluşa çatanlardan olması üçün uyğunluğu ortaya çıxar. Sıxıntılara qatlanar və bəlalara səbr edərsə onu sevər, ona şərəf və fəzilət paltarı geyindirər, əcr və mükafat verər, etdiklərini qəbul edər, ona razı olacağı bir son hazırlayar. Allah dostlarını ona yardımçı edər. Əgər qul, bəla qarşısında səbr etməz və tam tərsinə dönərsə, qovulur və uzaqlaşdırılır, ondan razı olunmaz, üzərinə Allahın qəzəbi yazılır, onun üçün bəlaya yol açan səbəblər çoxalır, bədbəxtlik orduları ona hücum edər, bəlaların artdığını və məğlubiyyəti o anda hiss etməz, amma daha sonra bir tək müsibətin onun üçün müsibətlərə döndüyünü hiss edər.
Bu iki mövzu arasında, yəni səbr və səbirsizlik mövzusu arasında, imam İbnul Qeyyim rahimahullahın göstərdiyi kimi bir vaxt səbr etmə və qəlbi o anda cəsarətləndirmə dönəmi var. Müsibət səbr edəni də, səbr etməyəni də tərk edəcəkdir. Fəqət səbr edən şərəf və xeyir növləri ilə tərk edər, səbr etməyən isə məhrumiyyət və üzü üstə buraxaraq tərk edər. Çünki bu mütləq üstün və hər şeyi bilən Allahın qədəridir. Bu Allahın lütfüdür və Allah onu dilədiyinə verir. Allah uca lütf sahibidir, elə isə səbr, qula verilən ən xeyirli nemətdir. Buxari və Muslimdə Əbu Səid əl Hudri radiallahu anhu yolu ilə Rəsulallah (s.ə.s)-in belə buyurduğu rəvayət edilir: Heç kimsəyə səbrdən daha xeyirli və daha bol bir nemət verilmədi
Ey qardaşlar! Müsibətlə imtahan edilmənin hikmətlərindən biri də Allaha qulluq etmənin həqiqətləşməsidir. Çünki Allahu Taəla qullarını bolluğa və darlığa qarşı, nemətə və bəlaya qarşı əyir. Beləcə qul, bütün vəziyyətlərdə Allaha qulluq edir. Çünki, həqiqi qul vəziyyətlər dəyişsə də Allaha qulluq edir. Sadəcə bolluqda və nemətdə qul olan isə şübhə və təşviş ilə, dininə güvənsizlik ilə və tək bir hal üzrə Allaha qulluq edəndir. Ona bir xeyir dəyərsə rahatlar, əyər bəşına bir bəla gələrsə üz döndərər. Beləsi Allahın ona toxunması üçün seçdiyi və ibadəti ilə şərəfləndirdiyi, ibadət ilə onlara gözəl bir son vəd etdiyi qullarından deyildir.
Ey Allahın qulları!.. Müsibətlə imtahan qəlbləri təmizlər, imanın gücünü ortaya çıxarır, səmimiyyətin və Allaha təslimiyyətin dəlilidir. Aləmlərin Rəbbi Allaha boyun əymənin şahididir. Xəstənin yararına olanı bilən bir həkimin xəstəyə verdiyi dərman kimidir. Ağıllı xəstənin etməsi lazım olan, səbr edərək bu dərmanın acısını da, dadlısını da içməsidir. Əsəbləşib şikayətçi olmamalıdır ki, dərmanın yararı zərərə dönməsin. (Allahın düşmənlərinə qarşı) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi.Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz. (Bəqərə 216) Elə isə bəlalar başa gəldiyində, müsibətlər və sıxıntılar baş göstərdiyində müsəlmana düşən bəla və müsibətlərin gücü nə qədər şiddətli və atəşi nə qədər yandırıcı olursa-olsun sarsılmamaq və sabit qalmaqdır.
Ey qardaşlar! Şübhəsiz bu qərarlılığın göstərilməsinə yardımçı olan və qərarlığı asanlaşdıran bir növ təsirlər vardır. Bunlardan biri də Allaha səmimi bir şəkildə sığınmaqdır. Tam anlamı ilə ona dayanmaq və israrla ona yalvarmaqdır. Bütünü ilə ona dönmək, günahlardan və xətalardan uzaq duraraq ona tövbə etməkdir. Möminlərin əmiri Əli ibn Əbutalib radiallahu ənhu belə deyib: Hər bir bəla ancaq bir günah səbəbi ilə enər və ancaq tövbə ilə qaldırılır. Eyni şəkildə əsas olaraq din qardaşları, ümumi olaraq müsəlmanların idarəçiləri və elm əhli haqqında gözəl zənndə olmaq lazımdır. Onların sözlərini və davranışlarını ən gözəl yönə çəkməkdir. Elmdə dərinləşən alimlərə baş vuraraq, bilmədiyini soruşmaqla anlamadığının açıqlanmasını istəməkdir. Öz görüşünü bəyənməkdən çəkinmək və hökm vermədə tələsməməkdir. Müxtəlif mövzularda bir çox qaynaqdan gələn izahların təsirində qalaraq hadisələri təfsir etməkdə tələsməməlidir. Bu izahlar ağlı, inancının doğruluğu, niyyətinin və qəsdinin səmimi olub-olmadığı, keçmişinin təmizliyi bilinməyən insanlardan gəlirsə, bu izahlar həva və həvəslərə görədir. Bu səbəblə çoxca yalan, xəta və zülüm olur. Eyni şəkildə Allahın qulları üçün xoşlamadığı dedi-qodunu da tərk etmək lazımdır. Buxari və Muslimin Muğirə b.Şubə radiallahu anhu ittifaqla rəvayət etdiyi hədisdə Rəsulallah (s.ə.s) belə buyurur: Şübhəsiz Allahu Təalə analara pis davranmamanızı, qızlarınızı diri-diri basdırmamanızı, borcu yerinə yetirməyib insanlardan haqqınız olmayan bir şeyi istəmənizi haram etdi. Dedi-qodu etmənizi, (əbəs yerə) çox sual vermənizi və malı boşa xərcləmənizi çirkin gördü
İnsanın hər duyduğunu danışması dedi-qodu anlamına gəlir. Peyğəmbər (s.ə.s) Muslimin səhihində Əbu Hureyrə radiallahu anhu yolu ilə rəvayət etdiyi bir hədisdə bundan çəkindirmişdir. İnsana hər eşitdiyini danışmağı yalan olaraq kifayətdir əbu Davudun sünənində isə səhih bir sənədlə bu rəvayət edilir: İnsana hər eşitdiyini danışmağı günah olaraq kifayətdir
Müsəlmanın hər zaman bu doğru və sağlam metodu təqib etməsi lazımdır. Sıxıntı və müsibət anlarında daha çox bu metoda tabe olması lazımdır. Allah sübhənəhu və təalə nə doğru buyurur (Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: "Allahın köməyi nə vaxt gələcək?" - demişdilər.Bilin ki, Allahın köməyi (sizə) yaxındır (əl Bəqərə 214)
Ey Allahın qulları! Allahdan haqqı ilə qorxun və bilin ki, sizlər ona qovuşacaqsınız, ona təvəkkül edin. Allaha qarşı səmimi olun və Onu birləyin. Çünki, qulun Rəbbini birləməsi güvənliyinin və qazancının təminatıdır, xoşbəxtliyin təməlidir, cənnətə girişinin və cəhənnəmdən qurtuluşunun səbəbidir. Bilin ki, kitablardan ən xeyirlisi Allahın kitabı, yollardan ən xeyirlisi Peyğəmbər (s.ə.s)-in yoludur. İşlərdən ən pisi isə sonradan uydurulanlardır. Hər sonradan uydurulan bidət, hər bidət zəlalət və hər zəlalət atəşdədir. Camaata (müsəlmanların birliyinə) bağlı qalın, çünki Allahın əli camaatın üzərindədir. Camaatdan ayrılan cəhənnəmdə yalnız qalar. Sonra bilin ki, Allah kitabında Peyğəmbərlərin sonuncusu, təqva sahiblərinin imamı və aləmlərə rəhmət olaraq göndərilənə salam etmənizi əmr edərək belə buyurur. Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!) (əl Əhzab surəsi 56)
Allahin salamı və xeyir-duası üzərinizə olsun!
Tarix: 13.04.2013 / 17:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 682 Bölmə: Maraqlı melumatlar