Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmanın altıncı şərti, Qədərə İman (II hissə)

5) Qulların hərəkətləri

Uca Allahın kainatda yaratdığı hərəkətlər iki qismə ayrılır.
Birincisi: Uca Allah’ın məxluqatın hərəkətlərini, onların istək, iradə və seçmə haqları xaricində istiqamətləndirməsi, öz istəyinə görə şəkilləndirməsidir. Çünki Uca Allah sadəcə öz istədiyini edər. Öldürmək, diriltmək, xəstəlik və şəfa vermək kimi hərəkətlər bu qəbildəndir. Uca Allah belə buyurmuşdur:
- Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!”( əs-Saffat (Səf-səf duranlar) surəsi, 96-cı ayə)

və belə buyurmuşdur:
“- Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.” (əl-Mulk (Mülk və ya hakimiyyət) surəsi, 2-ci ayə).

İkincisi: İradə və istəyi olan hər cür yaradılmışın öz istək və arzuları istiqamətində etmiş olduqları hərəkətlərdir. Uca Allah bu barədə belə buyurmuşdur:
“- Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün...”( ət-Təkvir (Sarınma) surəsi, 28-ci ayə)
Və belə buyurmuşdur:
- Və de: “Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. (Cəhənnəmin qalın divarları zalımları əhatə edəcəkdir). Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!”
Qul etmiş olduğu gözəl işlərlə tərif, pis işlərlə də qınama hiss edər. Şübhəsiz ki, Allah heç kimə öz əlində olmayan bir şey üzündən əzab etməz. Çünki uca Allah buyurmuşdur:
“ - Mənim hüzurumda söz güləşdirməyin. Mən bəndələrə (əbəs yerə) zülm edən deyiləm!” (Qaf surəsi, 29-cu ayə)
İnsan bir işin, bir hadisənin öz istəyi xaricində cərəyan etməsi ilə öz arzuları istiqamətində baş verməsi arasındakı fərqi başa düşə bilər. Belə ki, bir insanın binanın damından nərdivanla aşağı düşməsi ilə, birinin onu damdan zorla aşağı itələməsi buna bir misaldır. Nəticə olaraq ikisi də aşağıya enmişdir. Amma birincisi öz arzusu, digəri isə məcbur olaraq enmişdir.

6)- Allah’ın qulun hərəkətlərini yaratması və qulun hərəkətləri işləməsi

Uca Allah qulu və onun hərəkətlərini də yaratmışdır. Ona o hərəkəti edə bilmə gücü və istəyini də vermişdir. Qul o hərəkəti həqiqətdə edən, hərəkət ilə təmas halında olandır. İnsan əgər iman edərsə bu onun öz gücü və istəyi ilə etmiş olduğu bir şeydir. Əgər inanmayıb inkar edərsə buda yenə onun istəyi ilə meydana gəlmişdir. Bu eyni bir meyvə bu ağacdandır, bu məhsul bu torpaqdandır deməyimiz kimidir. Yəni ondan meydana gəlmişdir deməkdir.
Uca Allah hər şey üçün bir başlanğıc nöqtəsi və buna bağlı olaraq yaşamağını, davamını bu nöqtələrdən təmin edən məxluqatı yaratmışdır. Ağacı yaradan Allahdır, meyvə ağacdan Allahın istəməsi ilə törəmişdir. Meyvə ağacdandır, amma onu yaradan Allahdır. Bunun kimi daha bir çox misal göstərilə bilər. Bax bu şəkildə Allhın yaratması ilə qulun hərəkəti işləməsi arasında bir əlaqə vardır, aralarında hər hansısa bir uyğunsuzluq yoxdur. Uca Allah buyurmuşdur:
“- Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” (əs-Saffat (Səf-səf duranlar) surəsi, 96-cı ayə)
Və başqa bir ayədə belə buyurmuşdur:
“ Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa, Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə, Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik! Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa, Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa, Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)” (əl-Leyl (Gecə) surəsi, 5-10 cu ayələr).

7)- Qədərə imanda lazım olanlar

Qulun qədərə inanmasında iki məsələ ona lazım və vacib olar.
Birincisi: Qulun edilməsi özünə qadağan olunan şeylərdən çəkinməsinə və özü üçün təqdir edilənə (fərzlərə və sünnətlərə) əməl edərək Allahdan kömək istəməsi, onu asana yönəldib, çətinliklərdən uzaqlaşdırması üçün Allaha dua etməsi ona vacib olar. Beləcə qul Allaha təvəkkül edər və pisliklərdən Ona sığınar, xeyirə çatıb şərdən çəkinmədə Allahın köməyinə möhtac olduğunu bilər. Peyğəmbər(s.ə.s) buyurmuşdur:
(( احرص على ما ينفعك واستعن بالله ولا تعجز وإن أصابك شيء فلا تقل لو أني فعلت كذا لكان كذا ولكن قل قدر الله ما شاء فعل فإن لو تفتح عمل الشيطان )) (رواه مسلم)
“Sənə faydalı olanı tələb et və Allahdan kömək istə. Acizlik etmə. Əgər sənə bir müsibət üz verərsə əgər (kaş) belə etsəydim belə olardı demə. Lakin belə de: Allah istədiyini təqdir etdi. Əgər (kaş) demək şeytanın əməlini açar (şeytanın işini asanlaşdırar).” (Müslüm rəvayət etmişdir.)

İkincisi: Qul özü üçün təqdir edilmiş müsibətlərə səbr etməli, ümidsizliyə qapılmamalıdır. Gələn müsibətin Allahın qatından gəldiyini bilib razı olmalıdır. Beləcə dünyada salamatçılıq tapar. Bilər ki, özünə bir müsibət gələrsə o müsibəti ondan uzaqlaşdıracaq heç bir qüvvət yoxdur. Eyni zamanda özü üçün təqdir olunmamış bir müsibət heç bir vaxt ona gələ bilməz. Buna görə də peyğəmbər (s.ə.s) belə buyurmuşdur:
(( واعلم أن ما أصابك لم يكن ليخطئك وأن ما أخطأك لم يكن ليصيبك)) (رواه الترمذي)
“Bil ki, sənə gələn müsibət (şübhəsiz sənə çatacaq) xəta etməz və (sənin üçün təqdir edilməmiş) müsibətdə sənə gələn deyildir.” (Tirmizi rivayət etmişdir.)
8)– Qəza və qədərə razı olmaq

Qul özü üçün təqdir edilən qədərə razı olmalıdır. Çünki qədərə olan razılığı onun uca Allahın rəbb olduğuna tam mənası ilə iman etməsindən irəli gəlir. Hər müsəlman Allahın iradəsinə uyğun şəkildə cərəyan edən qədərin əsası olan qəzaya iman etməsi, razılıq göstərməsi imanın şərtlərindən biridir. Uca Allah etdiyi hər işi ədalət və hikmətlə edər, qulun qəlbinin Allahın verdiyi müsibətin səhv olaraq özünə gəlməyəcəyinə, səhv olaraq özünə gələcək bir müsibətin də Allahın iradəsi və qəzası olmadan ona gəlməyəcəyinə inanması, onun meydana gələn hadisələr qarşısında tərəddüdə düşməsinə və heyrət içərisində qalmasına əngəl olar. Stres və narahatçılıqdan təmizlənər, salamat olar. İtirdiyi şeylərə üzülməz, gələcəyindən qorxmaz. Beləcə insanların ən sevinclisi, ağlı və fikr rahat olanı olar. Hər kim ömrünün sərhədli olduğunu, qorxaqlığın ömrünü uzatmadığını, ruzisinin məlum olduğunu, paxıllığının ruzisini artırmayacağını bilərsə qəlbi və könlü rahat olar, xoşbəxt olar. Özünə gələn müsibətlərə səbr edər, etmiş olduğu səhv işlər üçün tövbə edər, uca Allahın onun üçün təqdir etdiyinə razı olar. Beləcə özünə gələn müsibətlərə səbr etdiyi kimi əmr edilənləri də etmiş olar, bu ikisinin arasını birləşdirmiş olar. Uca Allah buyurmuşdur:
Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. (O, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər). Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir! (ət-Təğabun (Qarşılıqlı aldanma) surəsi, 11)
Və belə buyurmuşdur:
(Ya Peyğəmbər! Allahın əmrinə, müşriklərin əziyyətinə) səbr et. Allahın (sənə və möminlərə verdiyi zəfər) vədi haqdır. (Ümmətinin sənin özünə aid etdiyin) günahının bağışlanmasını dilə. (əl-Mumin (Mömin) surəsi, 55).


Tarix: 08.05.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 195 Bölmə: Maraqlı melumatlar
loading...