Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qeybət nədir?

Həmd və səna yalnız Allaha məxsusdur. Xeyir dua və salam Rəsulullaha (s.ə.v), onun ailəsinə və əshablarının və qiyamətə qədər onların yolunu davam etdirənlərin üzərinə olsun.
Allah təala insanlara çox böyük nemətlər bəxş etmişdir. Bu nemətlərin Islamdan sonra ən böyüklərindən biri də, dillə danışmaq qabiliyyətidir. Dil insan üçün həm xeyirli, həm də zərərli ola bilər. Allaha itaət yolunda - Quran oxumaq, yaxşı əməlləri əmr edib, pisliklərdən çəkindirmək (əmri bi məruf, nəhyiənil munkər) fağıra yardım etmək, elm öyrətmək kimi işlərdə və ümumən Allaha şükr etmək işində, insana yardımçı ola bilər. Amma şeytana itaət yolunda isə, yəni yalan danışmaq, müsəlmanlar arasına ixtilaf salmaq, söz gəzdirib ara vurmaq, lağ etmək, müsəlmanları söymək, Allah və Rəsulunun (s.ə.v) haram buyurduğu şeyləri halal edib, insanlar içində fitnə-fəsad törətməklə özünə zərər gətirə bilər. Deməli, dil insana həm fərəh, həm də kədər gətirə bilər.

Haram yeməkdən, zinadan, oğurluqdan, içkidən, insan özünü qoruya bilsə də, dildən özünü qorumaq çox çətindir. Hətta bəzi adamlar var ki, dünya nemətlərinə meyl etmir, itaət və təqva sahibi kimi tanınır. Buna baxmayaraq Allahın qəzəbinə səbəb olacaq sözləri düşünmədən istifadə edir. Bəziləri də, zülm və günahdan qaçmağa cəhd edir, lakin dili ilə, müsəlmanların ölü və dirilərinə söyər, bunda bir qəbahət, məsuliyyət hiss etməzlər.
Allahın Rəsulu (s.ə.v) demişdir: «Bir kimsə vardır ki, Allahı qəzəbləndirən sözü fikirləşmədən deyər və bu sözü ilə cəhənnəmin dibini qazanmış olar».
Dil yarasının tək və cəm halda ümmət üçün çox təhlükəli olduğunu nəzərə alaraq bu risaləni hazırladıq. Bu risalənin insanlar üçün faydalı olmasını Allahdan diləyirik. Şübhəsiz ki, Tofviq (müvəffəqiyyət) Allahdandır.
Hədis alimi Müslimin rəvayətində Allahın Rəsulu (s.ə.v) qeybəti belə tanıdır: «Qeybət nədir, bilirsinizmi?». Səhabələr cavab verdi: «Ən yaxşısını Allah və Rəsulu (s.ə.v) bilər». Rəsulullah (s.ə.v) dedi: «Qardaşınızın xoşuna gəlmədiyi şeyi söyləməkdir». Səhabələrdən biri sual etdi: «Əgər söylədiklərim onda varsa necə?» Allahın Rəsulu (s.ə.v) «Əgər söylədiklərin onda varsa qeybət etmiş olursan, əgər yoxdursa onda ona iftira (böhtan) etmiş olursan» cavabını verdi.
Buradan aydın olur ki, qeybət insanın nöqsanını, eybini, qüsurunu yanında oldüğü və olmadığı halda, onun xoşlamadığı şəkildə insanlara çatdırılmasıdır. Deməli, bu adam öz qardaşına qarşı günah işlədərək qeybət etmiş olur, yox əgər bu xüsusiyyətlər onda yoxdursa, ona qarşı daha böyük günah işlədərək iftira yaxmış olur.


Tarix: 18.04.2013 / 15:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 137 Bölmə: Maraqlı melumatlar
loading...