Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Bilmirəm" deməsini bilmək

Toxunmaq istədiyim mövzu, məlumatımızın olmadığı mövzularda susmaq. Biz din haqqında bütün məlumatı Qurandan alırıq. Allah bizə istədiyi məlumatları bildirə bilər, dilədiklərini da bildirməz. Məlumatımız olmayan bir mövzuda, özümüzü də parçalasaq heç bir məlumat əldə etmərik. Belə hallar tez-tez başımıza gəlir. Xüsusilə dinlə əlaqəsi olmayan insanlar qəribə və gərəksiz suallarla bir mömini asanca sıxa bilər. Bəzi Mömin qardaşlar da hər sorulana cavab verə bilmə narahatlığıyla cavabı bilinməyən suallarda belə özlərini məcbur edərək, şərh gətirərək bir cavab verməyə çalışırlar. Mən bunun səhv olduğunu düşünürəm. İnsan professor da olsa xəbərinin olmadığı mövzularda özünə "bilmirəm" deməsini öyrətməsi lazımdır. Allah, "Haqqında məlumatın olmayan şeyin ardına düşmə" deyir.

Gərəksiz və əsassız şərhlərlə o mövzular üzərində çox iş xərcləmək vaxt itkisi olmaqla birlikdə olduqca təhlükəlidir. Məlumat sahibi olmadığımız mövzularda sıxlaşmaq yerinə, bizə məlumatı verilmiş mövzularda yoğunlaşmamız daha faydalı olacaq. Məsələn bizə bəhs edilməmiş Peyğəmbərlərin həyatlarından dərslər çıxara bilmərik. Amma Quranda adı keçən Yunis, Saleh, Şuayb, Musa, Məhəmməd kimi Peyğəmbərlərin həyatlarına baxaraq ya da həlak edilmiş qövmləri araşdıraraq bir çox dərs çıxarmamız mümkündür.

Gerçək bir mömin bu ana qədər əldə etdiyi məlumatlar üçün Allahına şükr edər. Bilmədiyi mövzularda da "bilmirəm" deməsini bilər.


Tarix: 04.06.2013 / 21:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 107 Bölmə: Maraqlı melumatlar
loading...