Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səcdədə müstəhəb və məkruh əməllər

Səcdədə müstəhəb əməllər

Məsələ 977: Səcdədə savab ümidi ilə bir neçə əməl bəyənilir:
1. Rükudan qalxdıqdan sonra bədən aram olduğu halda səcdəyə getmək üçün təkbir söyləmək. Eləcə də, birinci səcdədən sonra və ikinci səcdəyə getmək üçün təkbir söyləmək bəyənilir.
2. Kişilər əvvəlcə əllərini, qadınlar isə dizlərini yerə qoysunlar.
3. Alından əlavə burunu səcdə ediləsi bir şeyin üzərinə qoymaq.
4. Səcdə halında əl barmaqlarını birləşdirmək və qulaqlar bərabərində üzü qibləyə yerə qoymaq.
5. Səcdədə dua etmək, öz ehtiyacını Allahdan diləmək. Münasib dualardan biri budur:
يَاخَيرَ المَسئُولِينَ وَيَا خَيرَ المُعطِينَ اُرزُقنِى وَارزُق عِيَالِى مِن فضلِكَ فَاِنَّكَ ذُوالفَضلِ العَظِيم
“Ya xəyrəl-məsulinə və əvsəəl-mutinə urzuqni vərzuq iyali min fəzlikə fəinnəkə zul-fəzlil-əzim”.
Duanın tərcüməsi: “Ey insanların çağırdığı ən üstün kəs, ey bağışlayanların ən üstünü, mənə və ailəmə öz fəzlindən ruzi ver. Sən böyük fəzl sahibisən.”
6. Səcdədən sonra sol bud üzərində oturmaq, sağ ayağın üstünü sol ayağın alt hissəsinin üzərinə qoymaq. (Bu hal “təvvərük” adlanır.)
7. İki səcdə arasında bədən aram vəziyyətdə “Əstəğfirullahə və ətubu iləyh” söyləmək.
8. Səcdəni uzatmaq, Allaha təsbih, Həmd deyib onu zikr etmək. Muhəmməd və Ali-Muhəmmədə salavat göndərmək.
9. Oturan vaxt əlləri budların üzərinə qoymaq.
10. Ayağa qalxarkən əvvəlcə dizləri, sonra əlləri qaldırmaq.

Səcdədə məkruh (bəyənilməyən) əməllər

Məsələ 978: Səcdə halında Quran oxumaq məkruhdur. Eləcə də, səcdə yerindən toz-torpağı təmizləmək üçün üfürmək bəyənilmir. Əgər üfürən zaman ağızdan iki hərflik bir söz çıxsa, irad var.

(Ayətullahül-üzma Nasir Məkarim Şirazi)


Tarix: 06.06.2013 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 108 Bölmə: Maraqlı melumatlar
loading...