Həmd, tövbə edənlərin günahları nə qədər böyük olsa da tövbələrini qəbul edən bəxş edən, bağışlayan və hər şeyə sahib olan Allaha məxsusdur. Şəhadət edirəm ki, Allahdan başqa tövbələri qəbul edən və qulların Ona yönələrək saleh əməl etdikləri zaman pisliklərini yaxşılıqlarla əvəzləyən ilah yoxdur. O, təkdir, şəriki yoxdur. Və şəhadət edirəm ki, Məhəmməd Onun qulu və Qiyamətdən əvvəl müjdələyən, xəbərdar edən və Allahın izni ilə Onun dininə çağıran bir peyğəmbər və sanki nurlu bir çıraqdır. O, risələti çatdırdı, əmanətə sadiq qaldı, ümmətə tövsiyə etdi və Allah yolunda layiqincə cihad etdi. Ona, ailəsinə, səhabələrinə və Qiyamət gününədək gözəl şəkildə onlara tabe olanlara Allahın salavatı və salamı olsun!
Ey insanlar! Bilin ki, Allah taala mühüm bir məsələyə diqqət yetirməyinizi əmr etmişdir: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (əz-Zariyat, 56) Siz bu dünyada bədənlərinizi bəsləmək üçün deyil, Allaha ibadət üüçün yaradılmısınız! Əgər yaradılışınızda məqsəd bədənlərinizi bəsləmək olsaydı, heyvanlarla sizin aranızda heç bir fərq qalmazdı. Lakin Allah taala sizə ağıl vermiş və kitablar nazil edərək, peyğəmbərlər göndərərək ağlınızı daha da artırmış, beləcə sizi yaradılmışların zirvəsinə çatdırmışdır. Allah taala buyurur ki, “Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda mindirib sahib etdik, təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik”. (əl-İsra, 70) Ey insanlar, Allahın sizi yalnız Ona ibadət etmək üçün yaratdığını billdinizsə, Allahdan qorxun və Ona tövbə edin ki, asilikdən itaətə, Allaha uzaq olmaqdan Ona yaxınlaşmağa, günah içində çabalamaqdan ondan təmizlənməyə çevriləsiniz! Həqiqətən, Allah tövbə edənləri və təmizlənənləri sevir. Heç bir insan xətasız deyildir. Bütün Adəm övladı xəta edəndir. Xəta edənlərin ən xeyirlisi isə tövbə edənlərdir. Allaha dərhal tövbə etmək vacibdir, onu gecikdirmək və ya səhlənkar yanaşmaq olmaz. Tövbənin gecikdirilməsi özü də tövbəyə ehtiyacı olan günahdır. Günahlara görə tövbə etmək vacibdir. Çünki, Allah taala öz kitabında belə əmr etmiş, rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) sünnədə belə buyurmuşdur. Dünya və axirət həyatının xoşbəxtliyi və səadəti onun üzərində qurulmuşdur. Allah taala buyurur ki, “Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə mükafatını ehsan buyursun. Əgər üz döndərsəniz, bilin ki, mən böyük günün sizə üz verəcək əzabından qorxuram”. (Hud, 3) Başqa bir ayədə Uca Allah buyurur: “Ey möminlər, hamınız Allaha tövbə edin! Bəlkə nicat tapdınız!” (ən-Nur, 31) Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurur ki, “Ey insanlar, Allaha tövbə edin və Ondan bağışlanma diləyin! Mən gün ərzində yüz dəfə tövbə edirəm”. Əbu Hureyrə (Allah ondan razı olsun!) rəsululldan (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) belə eşitdiyini rəvayət edir: “Mən gün ərzində yetmiş dəfədən çox Allahdan bağışlanma diləyir və tövbə edirəm”.
Ey Allahın qulları, Allaha dərhal tövbə etmək vacibdir. Çünki, Allah və rəsulunun (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) əmrlərinin hamısı onu tezləşdirməyə və gecikdirməməyə dəlalət edir. Tövbənin gecikdirilməsinə dair şəriətdə heç bir dəlil yoxdur. Tövbə gecikdirilərkən, üst-üstə günahlar yığılır və onların daşınması qəlbə ağır gəlir. Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurduğu bir hədisdə qeyd olunur ki, mömin günah işlətdikdə, qəlbində qara bir nöqtə əmələ gəlir. Allahdan bağışlanma diləyib tövbə etsə, həmin qara nöqtə qəlbindən yox olar. Yox əgər günahlar artsa, nöqtə də çoxalar və bütün qəlbini bürüyər. Allah taala bu halı qeyd edərək buyurur: “Xeyr, əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır”. (əl-Mutaffifin, 14) Ey insanlar, Allaha səmimi qəlbdən tövbə edin ki, Allah da onunla günahlarınızı bağışlasın, pislikləri sizdən uzaq eləsin və dərəcənizi yüksəltsin! “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların nuru önlərindən və sağ tərəflərindən axıb şö’lə saçarkən onlar belə deyəcəklər: "Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” (ət-Təhrim, 8) Bilin ki, tövbə o zaman səmimi və məqbul tövbə olur ki, orada aşağıdakı beş şərt cəmlənsin: Birincisi, xalis Allah üçün olmalıdır. Orada Allaha sevgi, təzim, mükafatını diləyib əzabından qorxmaq yer almalıdır. Insan etdiyi tövbə ilə heç kəsə yaltaqlanmamalı, dünyanı üstün tutmamalıdır. İkincisi, insan etdiyi günahlara görə peşman olub təəssüflənməlidir. Belə ki, onun günah etməmək niyyətində olması zəruridir. Çünki, peşmançılıq insanı izzət və cəlal sahibi olan Allah qarşısında saflaşmağa və Ona yönəlməyə sövq edir. Üçüncüsü, günahlardan qorunmaqdır. Əgər günah haram əməllərdən biridirsə, onu dərhal tərk etmək, yerinə yetirilməyən vacibatlardandırsa, imkan daxilində onu dərhal yerinə yetirmək, qul haqqı ilə birbaşa əlaqəsi varsa, onunla halallaşmaq lazımdır. Qeybət edə-edə tövbə etmək və ya alış-verişində sələm edə-edə sələmə tövbə etmək doğru sayılmaz. Insanların çoxuna günahdan çəkinmək barədə tövsiyə edərkən, deyirlər ki, Allah özü bizə kömək edər! Doğrudur, Allahın inayəti olmadan qulun xilası yoxdur. Lakin bilmək lazımdır ki, belə sözlər batili nəzərdə tutan həqiqətdir. Belə deyən insan üzr etməyi bacarmır, əksinə günahında davam etməyini bildirir. Qul Allahdan kömək diləməyə, ona faydalı işlərə həvəs göstərməyə əmr olunmuş və buna möhtacdır. Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurur ki, “Sənə faylı olan işlərə meyl et, Allahdan kömək dilə və aciz olma!” Camaat namazını tərk edə-edə və ya yalan danışıb xəyanət edə-edə tövbə etməyin faydası olmaz. Bir günahı davamiyyətli işlədə-işlədə necə tövbə etmək olar və ya o tövbənin hansı faydası olacaq?! Bu cür tövbə edən Allahın dininə istehzamı edir? Beləsi Allahdan bağışlanma və tövbələrin qəbulu deyil, düşmənçilik qazanır. Ey müsəlmanlar, Allahdan qorxun və Rəbbinizə tövbə edin! Günahlardan qorunun və gələcəkdə onlara bir daha qayıtmayacağınıza dair söz verin! Tövbəkar gələcəkdə etdiyi günaha bir daha qayıtmayacağına dair söz verməlidir. Əks təqdirdə, tövbəsi qəbul olunmaz. Bu, tövbənin qəbul olunmasında dördüncü şərt idi. Çünki, tövbə edən günhaı bir daha etməyəcəyinə dair söz verməsə, günahdan dayanma onun üçün müvəqqəti olacaq, fürsət yaranan kimi həmin günaha yenidən dönəcək. Beşincisi, tövbə qəbul olunan vaxtda edilməlidir. Yəni, əcəl gəlməmişdən əvvəl və günəşin batdığı yerdən çıxacağı gündən əvvəl edilməlidir. Əgər tövbə əcəl yetişdikdə və ya ölüm anında edilərsə, Allah taalanın da buyurduğu kimi, qəbul olunmaz: “Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" – deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!” (ən-Nisə, 18) Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurur ki, “Qulun ruhu çıxan anadək Allah onun tövbəsini qəbul edər”. Həmçinin, Günəş həmişə batdığı yerdən çıxacağı günədək tövbə qapısı açıqdır. Allah taala buyurur: “Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə imanı heç bir fayda verməz”. (əl-Ənam, 158) Burada nəzərdə tutulan günəşin batdığı yerdən doğmasıdır. İndi günəş Allahın əmrilə hərəkətdədir və Yer onun ətrafında fırlanır. Görünüş etibarilə, şərqdən çıxır, qərbdən batır. Qiyamət saatı yaxınlaşdıqda isə günəş qərbdən çıxacaq və bunu görən insanların hamısı iman gətirəcəklər. Lakin onların imanları fayda verməyəcək. Abdullah bin Amr bin əl-Asdan rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) belə buyurduğu rəvayət olunur: “Günəş batdığı yerdən doğduğu günədək tövbələr qəbul olunar”. Əbu Hureyrədən rəvayət olunan başqa bir hədisdə peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurur: “Kim günəş batdığı yerdən doğan günədək tövbə etsə, Allah onun tövbəsini qəbul edər”. Ey müsəlmanlar, Allaha tövbə edin və təslim olun! Bilin ki, günahlar nə qədər böyük olsa da onlara görə tövbə etmək vacibdir. Allah taala buyurur: “De: "Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz! Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə tabe olun! Bir kəs: "Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən istehza edirdim!" - deməsin. . Yaxud: "Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!" - söyləməsin. Və ya əzabı gördüyü zaman: "Kaş bir dəfə də qayıda biləydim; yaxşı işlər görənlərdən olardım!" - deməsin! "Xeyr, Mənim ayələrim sənə gəlmişdi, amma sən onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən olsun!” (əz-Zumər, 53) Allahım, keçmiş günahlarimizin bağışlanmasına, işlərimizin uğur qazanmasına və dərəcələrimizin yüksəlməsinə səbəb olan səmimi tövbəni bizə nəsib et! Allahım, bizi söz eşidib ən doğrusuna tabe olanlardan et! Allahım, bizə Sənə tövbə etməyə tələsməyi nəsib et ki, ümüdlərimizin çoxuna sipər çək günahlardan xilas olaq! Allahım, pisliklərimizi dəf et və bizi xeyirxahlarla bir yerdə et! Öz sözümü deyib Allahdan mənim, sizin və bütün müsəlmanlar üçün günahlara görə bağışlanma diləyirəm. Siz də Ondan bağışlanma diləyin! O, bağışlayan və mərhəmətlidir.
Məhəmməd bin Saleh Əl-Useymin
Tarix: 17.04.2013 / 16:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 482 Bölmə: Maraqlı melumatlar