Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dua və qədər

Belə fikir yayılıb ki, duada istədiyin şey qədərdə varsa onda o qulun dua edib etmədiyindən asılı olmayaraq mütləq olacaq. Əgər həmin şey qədərdə yoxdursa, onda qulun bu barədə dua edib etmədiyindən asılı olmayaraq o olmayacaq.

Bəziləri bu fikri ədələtli hesab edir və dua etməyi saxlayırlar. Onlar duanı faydasız hesab edirlər. Bunlar son dərəcə cahil və azmış insanlardır. Bununla yanaşı onların sözləri ziddiyətlidir, çünki onların yolu ilə gedilərsə onda istənilən səbəbdən imtina etmək lazımdır. Onlara demək lazımdır ki: “Əgər sizə yeyib içmək yazılıbsa, onda sizin yeyib içməyinizdən asılı olmayaraq bu mütləq olacaq. Əgər sizə övladlarınızın olması yazılıbsa onda zövcənizlə yaxınlıq edib etməməyinizdən asılı olmayaraq uşaqlarınız olacaq. Yox əgər yazılmayıbsa, onda bu baş verməyəcək və evlənməyə və kəniz almağa heç bir ehtiyac yoxdur və s.”

Məgər şüurlu insan belə bir şey deyə bilər? Hətta heyvanlar da başa düşürlər ki, həyatın saxlanılması üçün müvafiq səbəblərdən tutmaq lazımdır. Elə çıxır ki, heyvanlar mal-qaraya bənzər olan və daha duzgün olmayan yolla gedən bu insanlardan şüurludurlar. Onlardan bəziləri hazırcavablıq nümayiş etdirərək dedilər: “Dua yalnız Allahın mükafatlandırdığı ibadət forması kimi lazımdır, lakin o nəticəyə çatmağa heç bir təsir göstərmir”. Bu dərrakəli kişilərin fikrinə görə arzulanan nəticəyə çatmaq üçün dil və qəlblə edilən dua ilə susmaq arasında heç bir fərq yoxdur. Onlar hesab edir ki, duanın təsiri susmağın təsiri kimidir.
Onların aralarından olan daha dərrakəliləri dedilər: “Dua – sadəcə Uca Allahın insanların ehtiyacını ödədiyinə dair əlamətdir və əgər Allah qulu dua etməyə həvəsləndiribsə onda bu o deməkdir ki, onun ehtiyacları ödənəcək. Bu sənin qış günündə tezliklə yağacaq yağışın əlaməti olan soyuq, qara bulud gördüyün hala bəzəyir”.
Onların düşüncələrinə əsasən Allahın razı qaldığı əməllər, küfr və gunahlar da mükafatın və cəzanın əlamətləridir, onların səbəbləri deyildir. Sındırma, yandırma, qətl – bunların heç birini onlar səbəb hesab etmirlər. Onlar aralarında səbəb-nəticə bağlantısına fikir vermədən əməlləri son nəticə ilə yalnız sözlərlə bağlayırlar. Bununla onlar hissiyat təcrübəsinə, sağlam düşüncəyə, insan təbiətinə habelə digər şüurlu insanlara qarşı çıxırlar. Bundan əlavə, şüurlu insanların gülüşünə səbəb olurlar.
Düzgün baxışlar əvvəlki rəylərlə razı olmayan üçüncu dəstəyə aiddir. Onlar hesab edirlər ki, hər bir şey səbəblə yazılıb və onlardan biri də duadır. Heç bir şey səbəbsiz yazılmayıb və hər şeyin qədərlənmiş səbəbi mövcuddur. Qul səbəbi həyata keçirdikdə yazılan hadisə baş verir. Belə ki, doymaq və susuzluğu yatızdırmaq yeyib içməklə, uşağın olması isə cinsi yaxınlıqla, bəhərin yığılması səpinlə, heyvanın ölməsi onun kəsilməsi ilə bağlıdır. Eyniliklə, Cənnətə düşmək bir sıra əməllərlə bağlıdır, Cəhənəmə düşmək isə digərləri ilə. Bu düzgün rəydir və bunun əksini söyləyənlər belə dərketmədən məhrumdurlar.


Tarix: 12.04.2013 / 20:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 199 Bölmə: Maraqlı melumatlar
loading...