Sual: Həddindən artıq boş vaxt keçirmək problemindən əziyyət çəkirəm. Bunun ucbatından özümü qəribə hiss etməyə başlamışam. İbadətim məni azdıran, yayındıran bir şeydən dolayı deyil, sıxıldığımdan dolayı nəzərəçarpacaq dərəcədə azalmışdır.
Müəllimlə Quranı əzbərləmək üçün dərs alıram, lakin hələ də “Ammə Cüzdəyəm (30-cu cüz)”. Məndən tələb olunanları əzbərləyirəm, lakin yenə də kifayət qədər artıq boş vaxtım var. Özümü bu sıxıntıdan xilas etmək cəhdilə televizoru qoşuram, lakin buna nifrət edirəm və əslində televizora baxmaq istəmirəm, lakin 10 saatlarla televizorun qarşısında əyləşirəm. Siz buna inana bilirsiniz-10 saat? Əvvəllər az baxırdım. Bilmirəm. Xahiş edirəm mənə nəsihət edin, bu boş vaxtı mən necə keçirim.
Cavab:
Həmd Allaha məxsusdur.
Vaxt Allahın qullarına bəxş etdiyi ən böyük nemətlərdəndir.
Allah bəzi hallarda hətta vaxta and içir. Allah təala buyurur: “And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki,” (əl-Əsr 103:1)
-vaxtın mühüm və nemət olmasından dolayı Allah buna and içir.
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:
“Beş şeydən əvvəl beş şeyə fikir verin:
1. Ölümdən öncə həyata
2. Xəstəlikdən öncə can sağlığına
3. Məşğul olmaqdan əvvəl boş vaxta
4. Qocalıqdan əvvəl cavanlığa
5. Yoxsulluqdan əvvəl zənginliyə
Bax: “Səhih əl-Cami, ?1077”.
Lakin insanların əksəriyyəti bu nemətin əhəmiyyətindən qafildirlər və vaxta qarşı öz vəzifələrinə etinasız yanaşırlar, yəni bu vaxtı şükür və Allaha itaətlə keçirməkdə etinasızdırlar. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “İki nemət vardır ki, insanların çoxu onda aldanmışlar: can sağlığı və asudə vaxt”. (Əl-Buxari 6412 rəvayət etmişdir).
Əl-Tibi demişdir: Peyğəmbər sallallahu aleyhi və səlləm müsəlmanı (öz əməllərindən cavabdeh) sərmayəyə sahib və qazanc əldə etmək, eyni zamanda isə öz sərmayəsini qorumaq istəyən bir tacirə bənzətmişdir. Bunu həyata keçirmək üçün yol saleh insanları axtarmaqdır. O özü doğru-dürüst olacaq və aldanmamaq üçün ağıllı hərəkət edəcəkdir, diribaş olacaqdır. Gözəl səhhət və boş vaxt bizim sərmayəmizdir, biz Allahla iman vasitəsilə əlaqə saxlamalıyıq, nəfsimizin şərli istəklərindən, meyillərindən və dinimizin düşmənindən, yəni şeytandan qorunmalıyıq, ona qarşı mübarizə aparmalıyıq ki, bu dünya və axirətdə ən yaxşısına nail olaq. Bu Allah təalanın ayədə bildirdiyinə bənzəyir:
“Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin?” (əl-Səff 61:10)
Nəfsin əmrlərinə tabe olmaqdan çəkinməli və şeytandan uzaq olmalıyıq ki, həm sərmayəmizi, həm də qazancımızı itirməyək.
Fəth əl-Bari, İbn Həcər.
Bir halda ki, vaxt bu qədər mühümdür, elə isə müsəlmanın boş vaxt anlayışı olmamalıdır, müsəlman bir ibadətdən sonra digərinə, bir itaətdən sonra isə digər itaətə keçməlidir. Bütün vaxtını bir itaət və ibadətdən digərinə dəyişməklə keçirə bilmirsə, o halda vaxtını mübah, icazə verilən şeylərlə keçirə bilər. Lakin bunu edərkən niyyətinin doğru olduğundan əmin olmalıdır ki, bununla o savab qazansın. Necə ki, Muaz Allah ondan razı olsun demişdir: “Oyanıram və yatıram, oyanarkən ümid etdiyim şeyi, yatdığımda da ümid edirəm”. Buxari 6923; Müslim 1854.
Bacımızın əziyyət çəkdiyi problem bir neçə şeydən qaynaqlana bilər:
Birincisi: bacımız vaxtın dəyərini başa düşmür. Yuxarıda qeyd olunduğu kimi bu insanların əksəriyyətində belədir. Hətta bundan daha acınacaqlısı odur ki, bu böyük nemətə etinasız yanaşmaqla bacımızın asudə vaxtı onun üçün həlak edici bir şeyə çevrilmişdir və vaxtı düşmən hesab edərək onu öldürmək istəyir, lakin o dərk etmir ki, bununla o yalnız özünü öldürür.
İkincisi: qadın özünü sıxıntılı hiss edir. Şübhəsiz ki, vaxtı və həyatı israf etmək insanda dərin sıxıntıya səbəb olur. Çünki insan hiss edir ki, o heyvan kimidir, yeyir ki yatsın, yatır ki yesin. Belə ki, bir çox kafirlərin sıxıntıya məruz qaldıqdan və digər müalicə olunmaz xəstəliklərə tutulduqdan sonra öz həyatlarına intiharla son qoyduqlarının şahidi oluruq. Allah bizləri onları imtahan etdikləri şeylərdən əmin və sağ-salamat etsin. Sıxıntının ən başlıca səbəblərindən biri Allaha asilik, üsyandır. Şözsüz ki, televizora baxmaqla insanın vaxtını israf etməsi insanı günaha sürükləyir, məsələn haram şeylərə baxır və qulaq asır, vaxtını israf edir və bu şərli cihazın müxtəlif fəsadlarına məruz qalır. Bu bacının Quran əzbərləmək üçün dərs dövriyyələrinə qoşulmaqla əldə edəcəyi böyük faydalar televizorun qarşısında oturmaqla tam olmasa da müəyyən dərəcədə silinməsinə səbəb olur. Yaxşı əməllər pis əməlləri sildiyi kimi, pis əməllər də yaxşı əməllərin itirilməsi ilə nəticələnir.
Üçüncüsü: Vaxta gəldikdə o bundan əl çəkmişdir və öz vaxtını faydalı işlərlə doldurmaq üçün onda əzm, qətiyyət yoxdur.
Bu problemi həll etmək üçün bacı aşağıdakılara nail olmaq üçün səy göstərməlidir:
1. Zikrləri oxumaq, namaz qılmaq, Quran tilavət etmək, oruc tutmaq və Allahın ayələri və nemətləri haqqında təfəkkür etməklə ibadət edin.
2. Qurana xüsusi diqqət yetirin. Çünki bacımız deyir ki, o Qurandan yalnız tələb olunan qədər əzbərləyir, daha sonra isə onun boş vaxtı olur və bu vaxtı televizora baxmaqla öldürür. Nə üçün həmin boş vaxtı Allahı xatırlamaq və Quran oxumaqla keçirmir, Quranı tamamilə əzbərləmək üçün daha çox əzbərləmir? Bütün bunları həyatın cavabdehlikləri, məsuliyyəti ilə yüklənməmişdən qabaq etməlidir, əks halda gec olacaqdır. Quranın hər bir hərfinin oxunuşuna görə həsənət var, hər həsənət on qat savab gətirir. Hər bir ayə insanın məqamını artırır və savabını artırır. Necə ki, peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Oxu və (məqamca Cənnətin dərəcələrinə) yüksəl, bu dünyada tərtil (ağır-ağır) ilə oxuduğun kimi elə oxu, çünki sənin (axirətdə) məqamın oxuduğun son ayəyə görə müəyyən olunacaqdır”. (Əbu Davud 1464; Şeyx Albani “əl-Səhihə 2240” hədisi səhih olaraq təsnif etmişdir)
3. Yaşadığınız ölkədəki qadınlarda riqqət oyatmaq üçün bir işlə məşğul olun. Məsələn, müsəlman qızları öyrətmək, dərs demək üçün onlara kömək edin, xeyirxah layihələr həyata keçirin və s.
4. Görüşmək və bir araya gəlmək üçün yaxşı və saleh rəfiqələr tapın.
5. Xüsusilə islami kitablar, ümumiyyətlə isə faydalı qissələr oxuyun.
6. Dəvətlə, həmçinin islami mərkəzlərdə qadınlara aid əməllərlə məşğul olun.
7. Kasset və xütbələrə qulaq asın, qısa xülasələr yazaraq digərlərinin faydalanması üçün onlara paylayın.
8. Yemək bişirmək, toxumaq və s. kimi dünyəvi elmin faydalı sahələrini öyrənin.
9. Kompüter və faydalı proqramları öyrənin, çünki bu böyük bir sahədir. Çox vaxt aparır və çoxlu xeyir və faydalı işlər görmək üçün bu proqramlardan istifadə etmək olar. Bu proqramlar ilə məşğul olmaq sizi televizorun qarşısında oturmaqdan çəkindirəcəkdir. Çünki televizorun qarşısında oturmaq sizə istənilən halda kömək etmir, xeyirdən daha çox zərər verir.
10. Vaxtın əhəmiyyəti, qiymətindən və onu necə keçirməkdən bəhs edən bəzi kitablar oxuyun. Bu mövzuda həmçinin bəzi faydalı xütbələrə də qulaq asın.
Xeyir olan bütün işləri görməkdə Allah sizə və bizə yardım etsin.
Tarix: 13.04.2013 / 17:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 383 Bölmə: Maraqlı melumatlar