Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KİÇİK ŞİRK

Kiçik şirk insanı İslamdan çıxartmadığı kimi Tövhidin əslinə də zərər verməz. Lakin Tövhidin kamilliyinə zərər verir. Kiçik şirk böyük şirkə aparan əməllər, sözlər və niyyətlərdir.

("Qavlus-Sədid fi Məqasidit-Tövhid" s. 31, 54.)
Burada bir məsələ də vardır ki, kiçik şirk böyük şirkə aparan yoldur. Əgər bir kimsə etiqad etsə ki, “hər bir şeydən qoruyan Allahdır, sadəcə bu gözmuncuğunu səbəb olaraq taxmışam”- bu kiçik şirkdir. Lakin etiqad etsə ki, xeyr, mənə kömək edən, şəfa verən bu gözmuncuğudur və s. artıq bu əməl böyük şirkə çevrilir. Bunların hər ikisindən də çəkinmək lazımdır. Çünki, kiçik şirkin özü belə böyük günahlardan da böyükdür.


ƏMƏLDƏ ŞİRK

Halqa Taxmağın, İp Bağlamağın, Gözmuncuğu, Həmayıl Və Tilsimlər Haqqında - Qayda

Allah nəticəni əldə etmək üçün müəyyən səbəblər qoymuşdur. Bu səbəblər Şəri və Kovni (dünyəvi) ola bilər.
Məs: 1. Şəri səbəb - Şəhadət kəliməsi İslam dininə girmək üçün vasitədir, Peyğəmbərin (s.a.v) şəfaətinə nail olmağın yollarından biridə azandan sonra edilən duaıdr.
Məs:Fatihə surəsi şəri bir səbəbdir. Nədən? Gözdən, bədnəzərdən şəfa tapmaq üçün. Ümumiyyətlə Quran möminlər üçün şəfadır. Bu Quran və Sünnə bunu təsdiqləyən şəri bir səbəbdir.

2. Kovni (dünyəvi) səbəb iki şərtlə qəbul edilir:
1. Quran və Sünnədə ona qadağa olmasın. Çünki, şəriətin qadağan etdiyi şeylər faydalı səbəblər ola bilməz. 2. İnsanlar arasında bilinən bir şey olsun. Məs: Baş ağrısından müalicə üçün dərmanlar vardır. Qəbul etdikdə baş ağrıları keçir. Susuzluqdan su içməklə, aclıqdan yemək yeməklə qurtarmaq olar. Bu da insanlar arasında məşhur olan və şəriətin qadağan etmədiyi bir səbəbdir. İnsanlar arasında məşhur olub, şəriətin qadağan etdiyi bir əməl olarsa bu da qadağandır. Lakin bir kimsə susuzluğa qarşı əlinə ip bağlasa ki, “bu susuzluğumu aparacaq” və ya “baş ağrım bununla keçəcək”, bu nə şəriətdə əmr edilən bir şeydir, nə də dünyəvi bir əmrdir. Bir kimsə etiqad etsə ki, “əlimdə olan bağlama öz-özlüyündə xeyirin gəlməsinə və şərin getməsinə kömək edir”- Rububiyyət Tövhidində böyük şirk etmişdir. Çünki, belə bir kimsə Allahla yanaşı başqa bir yaradıcının olmasına etiqad edir. Lakin səbəb kimi qəbul etsə - kiçik şirkdir. Çünki, bu ip, halqa, gözmuncuğu və s. öz-özlüyündə heç bir şeyə qadir deyildir. Allah bu əməli (ipi, dəmiri) gözdən və s. qorunmaq üçün səbəb etməmişdir. Nə Quran, nə də Sünnə belə bir əmələ icazə verməmişdir. Bal müxtəlif xəstəliklərdən şəfadır. Dünyəvi tərəfdən baxdıqda təcrübədən götürülüb ki, bal müalicə olunmağa səbəbdir. Quran oxumaq möminlər üçün şəfa və rəhmətdir; “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır”. (əl-İsra 82). Şəriət tərəfdən bu icazəlidir. Lakin Allah bütlər, qəbirlər vasitəsilə (şəfa, övlad və s.) istəməni nəticəni əldə etmək üçün səbəb qoymamışdır; "De ki: "Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz onun zərərini aradan qaldıra bilərlərmi?" Yaxud: "Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?" De ki: "Mənə təkcə Allah kifayət edər". (əz-Zumər 38). "Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətinə maneçilik edə bilməz". (Yunus 107).

İmran ibn Hüseyn (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) bir dəfə qolunda sarı halqa (qolbağ) olan bir nəfəri görüb buyurdu: "Bu nədir?" Adam: "Zəiflik üz verməsin deyə gəzdirirəm (çiyində, qolda olan ağrılardan)"- dedi. Peyğəmbər (s.a.v) : "Dərhal onu çıxart, çünki o, sənin zəifliyini daha da artırır. Əgər qolunda bu qolbaqla ölsən heç vaxt rahatlıq tapmazsan".
(Əhməd 4/ 445, İbn Məcə 3531, İbn Hibban 1410, 6088, əl-Hakim 8502.)

Uqbə ibn Amir (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Boynuna Təmimə - (tilsim, həmayıl, amulet) asana Allah xeyirli sonluq verməsin, Vədə - gözmuncuğu gəzdirənə Allah rahatlıq verməsin (həm asmaq, həm də bağlanmaq)".
(Əhməd 4/ 154, İbn Hibban 1443, 6086, əl-Hakim 8501. )

Əbu Səadə deyir ki: "Gözmuncuqları ərəblərin uşaqların boynuna taxdığı muncuqlardır, onlar (muncuqların uşaqları nəzərdən qoruduğunu) güman edirdilər. Lakin İslam bütün bunların boş bir şey olduğunu isbat etdi". Peyğəmbər (s.a.v) buyurdu: "Kim Təmimə - tilsim assa şirk etmiş olur".
(Əhməd 4/ 156, əl-Albani “Səhih Cəmi” 6394, “Səhih Silsilə” 492. )

Əbu Hatim rəvayət edir ki, Huzeyfə (r.a) əlində qızdırmaya qarşı ip bağlamış bir nəfəri gördükdə ipi qırdı və bu ayəni oxudu: "İman gətirənlərin əksəriyyəti Allaha şərik qoşmadan inanmırlar". (Yusuf 106). İnsanların Allahdan üz döndərib uşaqlarını muncuqlarla və kəndirlərlə inandırmağa nə vadar edir? "Allahdan qeyrisini özlərinə dost seçənlər özünə yuva qurmuş hörümçək kimidirlər. Evlərin ən zəifi isə şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər! Şübhəsiz ki, Allah onların Allahı qoyub nəyə dua etdiklərini bilir. O, yenilməz qüvvət və hikmət sahibidir". (əl-Ənkəbut 41,42). Bəladan uzaq olmaq və sıxıntıları dəf etmək məqsədilə halqa, ip və s. taxılması şirk sayılır. Peyğəmbərin (s.a.v) ondan soruşması onun, o halqanı qoluna nə üçün taxdığının səbəbini öyrəmək və ya qınamaq üçün idi.Ola bilər ki, o kimsə bunu gözəllik və s. məqsədlərlə taxardı. Lakin Peyğəmbər (s.a.v) dəqiqləşdirdikdən sonra: “Dərhal onu çıxart, çünki o, sənin zəifliyini daha da artırır. Əgər qolunda bu qolbaqla ölsən heç vaxt rahatlıq tapmazsan”- deyə ona əmr etdi.

Şirk insanların zənn etdiyi kimi xeyirdən çox zərər gətirir. Belə şeylər insanın iradəsini də zəiflədir. Həmin o halqalar bağlandığı üçün insanın xəstəliklərə qarşı mübarizəsi zəifləyir, Allaha təvəkkülü azalır. Etiqad edir ki, nə qədər ki, bu qolbaq məndədir xəstəlik olmayacaqdır. Bu qolbaq çıxdıqda xəstələnəcəyəm. Artıq onun həyatı bu qolbaqdan asılı olur. İstənilən şirk edən bu cür bəlaya düşür. Allah belə bir kimsəyə xeyirli sonluq verməz. Gözdəymədən, həsəddən, paxıllıqdan qorunmaq üçün boyunlarına, yaxalarına sancaq vururlar. Fovzan – hafizahullah - deyir ki: “Allah ona rahatçılıq verməz – yəni ona vəsvəsələr, kədər, qəm verər, ona düşmənlərini göndərər ki, rahatçılıqda olmasın”. Bu da günümüzdə olan müsəlmanların halıdır. Çünki, müsəlmanlar bu gün Allahdan başqa qolbağına,ağaca, daşa,pirə qəlblərini bağlayıblar.


Əbu Bəşir əl-Ənsari (r.a) rəvayət edir ki, Peyğəmbəri (s.a.v)səfərlərin birində müşayət edirdim. Peyğəmbər (s.a.v) dəvələrin boynundakı köhnəlmiş (gərilmiş) yay ipindən olan boyunbağıları (həmayılı) çıxarmağı və qırılmamış bir dənə də olsun boyunbağı saxlamamaq əmri ilə qasid göndərərdi".(əl-Buxari 3005, Muslim 2115, Əbu Davud 2552, Əhməd 5/ 216, Malik 2/ 937. )
Cahiliyyə ərəbləri etiqad edirdilər ki, bu kimi şeylər mal-qaranı gözdən qoruyur. Ruveyfi (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Ey Ruveyfi! Bəlkə sən çox yaşadın. Ona görə hamıya söylə: “Kim saqqalına düyün (hörük) vursa, köhnəlmiş yay ipindən boyunbağı gəzdirsə və ya heyvan peyini və sümüyü ilə təmizlənsə Muhəmməd o adama cavabdeh deyildir (uzaqdır)".
(Əbu Davud 36, ən-Nəsai 8/ 135, Əhməd 4/ 108, əl-Albani səhih deyib. )

Useymin deyir ki: “Qövm başçıları təkəbbürlükdən saqqallarına hörük vurardılar və gözəl saqqalı olduğuna görə ona göz dəyməsindən qorxurdu. Ona görə də hörük vururdu ki, insanların gözü dəyməsin”. Səid ibn Cubeyr (r.a) deyir ki: “Bir kimsədən tilsimi qırıb atmaq bir qulu azad etmək kimidir"(Vəki rəvayət etmişdir, İbn Əbi Şeybə 5/ 36. )

İbn Məsud (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Ruqyə (ovsun), Təmimə (amulet) və Tivələ (kişi qadını sevmək üçün edilən sehr) şirkdir".
(Əbu Davud 3883, İbn Məcə 3530, Əhməd 1/ 381, əl-Hakim 4/ 418, əl-Albani səhih deyib.)

Təmimə - Amulet - Həmayıl - Gözmuncuğu

Uşaqların boyunlarından onları göz dəymə və şərdən qorumaq üçün asılır. Göz formasında, dəridən də ola bilər. Bəzən dənizdən çıxan balıqqulağı da taxırlar. Əksər hallarda kiçik uşaqlara asılır və ya taxılır. Lakin bu hamıya – uşağa və ya böyüyə - qadağandır.
Həmçinin – bəzi müsəlmanlar qabların içinə, evlərin divarlarına, miniklərinə məzmunu Quran ibarət olan ayələri asırlar. Əgər bunları öyrənmək məqsədilə edirlərsə heç bir problem yoxdur, bundan qeyri məqsədlər üçün istifadə edilərsə icazəli deyildir. Çünki, Allah bu ayələri asmaq, minikdə gəzdirmək üçün deyil, öyrənib əməl etmək üçün nazil etmişdir.


Tarix: 10.04.2013 / 21:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 460 Bölmə: Maraqlı melumatlar
loading...