Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölümqabağı An (KAFİRLƏRİN ÖLÜMQABAĞI ƏZABLARl)

Uca vƏ Rəhmli Allah buyurub: "...Kaş sən zalimləri ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərlni uzadıb: "Çıxarın canlarnızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cazalandırılacaqsnız!" - deyəndə görəydin!" ("Ənam", 93).

Allah-Təala həmçinin buyurub: "(Ya Məhəmməd!) Kaş sən kafirləri mələklər onların üzünə va yanlanna vura-vura: "Dadın atəşin əzabını!"-deyib canlarını alanda görəydin! Bu (əzab) sizin öz əllərinizlə qazandığnız (əllərinizin torətdiyi) günahlara ğörədir. Yoxsa Allah bəndələrinə əsl zülm edən deyildlr!" ("Ənfal", 50-51).
Bu ayələrin mənası ondadır ki, əgər sen kafirlərin həyatla necə vidalaşdığını görsəydin, həqiqətən bu dəhşətli, qorxulu və xoşagəlməz mənzərənin şahidi olardın. Onlar ölüm uçurumunda onun əzabı və pislikləri ilə kədərlənirlər.
Mələklər onları gözləyən cəhənnəm əzabları, cəzalar, odlu zəncirlər və qandallar, yandıran alov, qaynayan su və Rəhman və Rəhimli Allahm əzabı haqda xəbər verir. Kafirlərin ruhuna bədəni tərk etməsini əmr edirlər, ancaq o, tabe olmağı arzulamır və o zaman mələklər üzünü və kürəyini döyürlər.
Onlar kafirləri söyür və onlarla pis davranırlar, çünki onlar bunu öz pis əməlləri ilə qazanıblar. Bu isə öz yaratdıqları ilə heç vaxt ədalətsiz davranmayan Uca yaradanın ədalətli əvəzidir. Ona həmd olsun!
Məhəmməd Peyğəmbər (s.a.v.) hədisdə Allahın belə buyurduğunu bildirir: "Mənim bəndələrim! Mən ədalətsiz hərəkət etməyi özümə qadağan etmişəm və sizə də qadağan edirəm, buna görə ədalətsiz olmaym... mənim bəndələrim! Mən bütün sizin əməllərinizi nəzərə alacam va hamısımn artıqlaması ilə əvəzini verəcəm. Sizlərdən kim xeyirli olsa, Allaha həmd etsin, başqa birini alan isə ancaq özünü qınasın"(Müslim rəvayət etmişdir.)

Xalid ibn Əbdürrəhman aş-Şayi Sultan ibn Fahd ar-Raşid


Tarix: 17.04.2013 / 16:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Maraqlı melumatlar
loading...