Allah təala buyurur: “Onlara: “Yer üzündə (küfr və günah işlədərək, möminləri aldadaraq) fəsad törətməyin!”-dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”, -deyə cavab verirlər.Bilin ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər”. (Bəqərə 2:11-12).
Münafiqlərin insanlar, camaat arasında şər, dedi-qodu yaymağa can atdıqlarını, səy göstərdiklərini və yaxud yalandan şəhadət etdiklərini, şahid olduqlarını və ya iki qardaş, ata ilə övlad arasında dava, mübahisə yaranmasına səbəb olduqlarını görmək mümkündür. Münafiqlər müsəlmanları, möminləri ləkələmək, iftira atmaq, şərləmək üçün özlərini bu yolda sərf edirlər və şəhərləri viran edirlər, yandırırlar necə ki, saman odda yanır. Beləliklə cəmiyyəti fəsada uğradırlar, xarab edirlər. Bir kəs onlara: “Ey filankəs! Vay olsun sənə Allahdan! Allahdan qorx!” dedikdə, onların cavabı: “Allaha and olsun ki, mənim niyyətim başqa şeyd deyil, yalnız sülh, islahdır. Allah şahiddir ki, mən bu ailəni, bu cəmiyyəti, bu tayfanı birləşdirmək istəyirəm”şəklində olur. Lakin Allah bilir ki, onun niyyəti, qəsdi fəsad yaratmaqdır.
Ailələr və yaxud tayfalar arasında baş göstərən fəlakətlərin, fəsadların əksəriyyətinin səbəbi bu münafiqlərdir. Onladan birinin ya yalan şahidlik verərək, ya da məsələni şişirtməklə, nifaqla (ikiüzlülük etməklə) öz məqsədinə nail olmasına çalışdığının şahidi olursunuz.
Allah təala buyurur: “İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır. (O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz!” (Bəqərə 2:204-205).
Fitnə-fəsada səbəb olmaq münafiqliyin əlamətlərindəndir. Fitnə-fəsad yayan, yaradan münafiq, bir kişi ilə qardaşı arasında bir balaca pis zənn və yaxud düzgün anlaşmamazlığın olduğunu sezən kimi, dərhal məsələyə müdaxilə edir və deyir: “Sizin aranızda nə baş verib! Mənə dedilər ki və yaxud mən eşitdim ki, sizin aranızda belə-belə bir şeylər baş vermişdir və həqiqətən bu cür hadisə məni çox üzür. Hətta dünən gecə yata bilməmişdim!”. Halbuki, o dünən gecə yatmış və o qədər dərin yuxuya getmişdir və dərindən xoruldamışdır ki, hətta harada yatdığından da xəbəri yox idi. Bayıra çıxdıqda isə iddia edir ki, onun niyyəti heç bir şey deyil, yalnız və yalnız sülh, islahdır. Lakin Allah onun gizli, xəlvəti, yalan arzularını və niyyətlərini əlbəttə ki, bilir.
ALLAH TƏALA DAHA YAXŞI BİLİR
Müvəffəqiyyət Allahdandır.
Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.
Tarix: 15.04.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Maraqlı melumatlar