Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NEMƏTLƏRƏ KÜFR ETMƏK VƏ ONUN CƏZASI

Əgər insan günahlarında dərinə getsə, izzət və cəlal sahibi olan Allahı zikr etməyi tərk etsə və onun nemətlərinə küfr etsə, artıq bunlar onun bir çox istiqamətdən əzaba düçar olmasına zəmin yaradar.
1. Nemətin yox olması: Allah taala buyurur: “Bu əzab ona görədir ki, bir tayfa özünə bəxş edilən dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən deyildir”. (əl-Ənfal, 53) İbn Kəsir (Allah ona rəhmət eləsin!) deyir: “Allah taala hökmlərindəki ədalətinin kamilliyindən xəbər verir və bildirir ki, bir kəsdən nemətini yalnız etdiyi günah səbəbilə alar. Necə ki, Allah taala buyurur: “Bir qövm olanlarını dəyişmədikcə, Allah onu dəyişən deyil. Əgər Allah bir qövmə pislik istəsə, ondan qaçış yoxdur. Onların Ondan başqa hamisi yoxdur”.

2. Bərəkətin zəvalı və yağışın kəsilməsi: Bu, bəlalardan biridir.
3. Hər şeyin qəflətən itməsi: Allah taala buyurur: “Edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən nemətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar məhrum oldular”. (əl-Ənam, 44) Bu hal tarixdə bir çox xalqların başına gəlmişdir.
4. Tufan, zəlzələ, şiddətli qasırğalar və müxtəlif səbəblərə görə Allahın əmrilə baş verən digər təbi fəlakətlər.
5. Insanların bir-birilərini öldürməyə cəhd göstərməsi: Allah taala buyurur: “Allah birinizə digərinizin zorunu daddırmağa qadirdir”. (əl-Ənam, 65) Bu ümmətə düçar olan bəlalardan biri də düşmənlərinin ölüm hədəfinə çevrilməsidir.
6. Ixtilafların, ayrılıqların və münaqişələrin ortaya çıxması: Allah taala buyurur: “De: "Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu daddırmağa qadirdir!" Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!” (əl-Ənam, 65)
7. Mənəvi sıxıntılıq, qəm-kədər, xəstəliklər və ictimai təhlükəsizliyin olmaması: Bu, bəzi ölkələrin qarşılaşdıqları əsas problemlərdən biridir. Allah taala buyurur ki, “Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik”. (Taha, 124) Nuh, Ad, Səmud, Firon və Lut qövlərinin, Qureyş kafirlərinin və sairlərinin başına gəldiyi kimi bir çox əvvəlki millətlərin başlarına gələn fəlakətləri dərindən düşünən və diqqət yetirən insan neməti küfr etməyin və Allahdan qafil qalmağın törətdiyi nəticəni anlıyar. Qurani-Kərim Allahın nemətlərinə küfr edən millətlərin hansı aqibətə düşmələri haqda çoxlu sayda nümunələr gətirir: “Sizdən əvvəl bir çox vaqilər olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün!” (Əli İmran, 137) Allah taala yalançıların aqibətini və onlardan necə intiqam aldığını xatırladır. Allah taala buyurur: “Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir!” (əl-Bəqərə, 211) Başqa bir ayədə isə Uca Allah belə buyurur: “Biz onların hər birini öz günahı ilə yaxaladıq. Kiminin başı üstünə qızmar daş yağdırdıq, kimini dəhşətli səs yaxaladı, kimini yerə gömdük, kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər”. (əl-Ənkəbut, 40) Allah taala Qarunun var-dövləti və ticarətinin məhv olması haqda Allah taala buyurur: “Nəhayət, onu sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək bir camaat da yox idi. O özü də özünə heç bir kömək edə bilmədi. (əl-Qəsəs, 81) Başqa bir ayədə Uca Allah yenə də misal çəkərək buyurur ki, “Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin Allahın ne’mətini inkar etdi, Allah da həmin şəhərə etdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı”. (ən-Nəhl, 112)
8. Aclıq və qorxu: Bu ikisi əzabın növlərindəndir. Allah sübhənahu taala neməti əzabla dəyişdirməyə qadirdir. Bu hal Yəməndəki Səba xalqının tövhiddən, Allaha ibadətdən üz döndərdiyi və günəşə ibadətə meyl etdiyi vaxt başlarına gələn bəla idi. Allah taala buyurur: “Səba yurdunda bir nişanə var idi. Sağdan və soldan iki bağça var idi. "Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. Gözəl bir diyar, bağışlayan bir Rəbbdir!" Lakin onlar üz döndərdilər, Biz də üstlərinə Ərim selini göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik. Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz heç nankordan başqasına cəzamı verərik?” (Səba, 15-17) Onlar tək Allaha ibadətdən, verdiyi nemətlərə görə Ona şükr etməkdən üz çevirdilər və Allahdan qeyrisinə - günəşə ibadət etməyə başladılar. Hudhud Süleyman əleyhissəlama belə demişdi: “Sənə Səbadan doğru bir xəbər gətirmişəm. Mən onlara padşahlıq edən bir qadın gördüm. Ona hər şey verrilmişdir. Onun çox böyük bir taxtı vardır. Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan əməllərini onlara gözəl göstərmiş, onları yoldan sapdırmışdır. Buna görə də haqq yolunu tapa bilmirlər ”. (ən-Nəml, 22-24) Bu ümmətə verilən nemətlər haqda soruşulacaq. Allah taala buyurur ki, “Sonra da həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” (ət-Təkasur, 8) İbn Kəsir (Allah ona rəhmət eləsin!) ayəni izah edərək deyir ki, Alahın sizə verdiyi sağlamlıq, təhlükəsizlik, ruzi və başqa nemətlər haqda sorqu-sual ediləcəksiniz. İbn Abbas (Allah ondan razı olsun!) qeyd edir ki, ayədəki nemətlər bədən sağlamlığı, eşitmə və görmə qabiliyyətləridir. Allah taala qullarından da gözəl bilə-bilə onların bu nemətləri necə istifadə etdikləri haqda hesaba çəkəcək. Necə ki, Allah taala buyurur: “Qulaq, göz və qəlb hamısı hesaba çəkiləcək”.
Nemətlər Allahı şükr və zikr etməklə əldə qalar və artar. Uca Allah buyurur: “Yadınızı salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: "Əgər şükür etsəniz, sizə artıracağam. Yox, əgər nankorluq etsəniz, Mənim əzabım, həqiqətən şiddətlidir!” (İbrahim, 7) Rəbbimiz buyurur: “Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin” (ən-Nisə, 147) O, şükr etməyi əmr etmiş və şükrün əvəzində çoxlu xeyir vəd etmişdir. Bizim Allaha şükr etdiyimiz təqdirdə, O bizə əzab verməz. Ən doğru bilən Allahdır.


Tarix: 18.04.2013 / 14:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 263 Bölmə: Maraqlı melumatlar
loading...