Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.s) həyatı-Şam səfəri və Xədicə ilə ticarət etməsi

Şam səfəri və Xədicə ilə ticarət etməsi

Huveylidin qızı Xədicə (radiyəllahu anhə), Qureyşin ən soylu və varlı qadınlarından biri idi. Malını tacirlərə verir və müəyyən bir məbləğ ilə ticarətini onlara etdirirdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) düzlüyünü eşitdikdə, ona özü üçün ticarət etməsini təklif etdi. Başqasına verəcəyindən daha yaxşı bir məbləğlə onu Şama göndərdi.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Xədicənin xidmətçisi Meysər ilə birlikdə Şama getdi. Ən gözəl şəkildə alış-verişini edib böyük qazanclar əldə etdi. Allah, onun bu ticarətinə böyük bir bərəkət verdi. Daha sonra Məkkəyə qayıdaraq əmanəti sahibinə qaytardı.


Tarix: 03.05.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 50 Bölmə: Maraqlı melumatlar
loading...