Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Münəccimlərə getmək və onların söylədiklərini təsdiqləmək

Sual- Münəccimlərin (kahinlərin) yanına gedərək onların dediklərini təsdiqləmək olar yoxsa olmaz? Ən-Nəsai Allah ona rəhmət etsin rəvayət edir ki, peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Münəccimin yanına gedib onun dediklərini təsdiq edənin namazı qəbul deyil”. Bu doğrudur? Xahiş edirəm sizdən bizə peyğəmbərdən sallallahu aleyhi və səlləm bu barədə varid olanları və alimlərin bu barədə sözlərini açıqlayın.

Cavab - Həmd Allaha məxsusdur.

Bunun haram olmasına dəlalət edən bir çox hədislər peyğəmbərdən sallallahu aleyhi və səlləm sabit olmuşdur. Bunlardan biri Safiyə bint Əbi Ubeydin, peyğəmbərin sallallahu aleyh və səlləm zövcələrindən birinin rəvayət etdiyi hədisdir. O rəvayət edir ki, peğəmbər sallallahu aleyhi və səlləm dedi: “Kim falçının yanına gedərsə və ondan bir şey haqqında soruşarsa və onu (dediklərini) təsdiqləyərsə, onun namazı 40 gün qəbul olunmur”. Müslim Səhih əsərində rəvayət etmişdir.

Qubeysə ibn əl-Müxariq demişdir: “Mən Allah rəsulunun sallallahu aleyhi və səlləm belə dediyini eşitdim: “Əl-ayəəfə, əl-tiyarə və əl-turuq (fala baxmağın növləri) bunların hamısı əl-cabtdan (sehr və yaxud bütpərəstlik) sayılır. Əbu Davud bu hədisi həsən isnadla (sənədlə) rəvayət etmişdir. Əbu Davud demişdir: “Əl-ayəəfə, əl-xatt və əl-turuq-bunların hamısı fala baxmağın növləridir, belə ki, burada quşu buraxırlar və sonra baxırlar ki, görsünlər quş sağa uçacaq yoxsa sola uçacaqdır. Quş sağa uçarsa bunu yaxşı əlamət kimi sayırlar, quş sola uçarsa onu pis əlamət sayırlar. Əl-Cəvrəhi demişdir: əl-cabt bütlərə, kahinlərə, sehrbazlara, münəccimlərə və s. şamil olunan bir sözdür.

Rəvayət olunur ki, İbn Abbas Allah ondan razı olsun demişdir: “Allah rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Kim ulduzlardan elm əldə edərsə sehrin şöbələrindən birini əldə etmişdir...” Əbu Davud səhih isnadla rəvayət etmişdir.

Rəvayət olunur ki, Müaviyə ibn əl-Həkəm demişdir: “Mən dedim: “Ey Allahın rəsulu, mən hələ də cahillik (yəni islamda yeniyəm) dövrünə yaxınam. Allah bizə İslamı gətirmişdir, lakin bizim aramızda bəzi insanlar var ki, kahinlərin yanına gedirlər. O dedi: “Onların yanına getməyin”. Mən dedim: “Həmçinin aramızda insanlar var ki, falçılıqla (bəxt, əlamət üçün quşlara baxırlar, müşahidə edirlər) məşğul olur. O dedi: “Bu onların uydurduqları bir şeydir. Onları təsdiq etməyin”. (Müslim rəvayət etmidşir)

Əbu Məsud əl-Bədri rəvayət edir ki, Allah rəsulu sallallahu aleyhi və səlləm itin qiymətini, fahişənin pulunu və kahinə ödənişi haram etmişdir. (Əl-Buxari və Müslim rəvayət etmişdir)

Rəvayət olunur ki, Aişə radiyallahu anhə demişdir: “Bəzi insanlar Allah rəsulundan sallallahu aleyhi və səlləm kahinlər haqqında soruşdular. O dedi: “Onlar heç bir şey deyirlər (heçnədirlər). Onlar dedi: “Ey Allahın rəsulu, bəzən onlar bir şey deyirlər və doğru çıxır. Allah rəsulu sallallahu aleyhi və səlləm dedi: “Bu cinlərin oğurladıqları və dostunun (kahinin) qulağına pıçıldadığı haqq sözdən bir hissədir. Lakin onlar buna (haqq sözə) yüzlərlə yalan qarışdırırlar”. (Əl-Buxari və Müslim rəvayət etmişdir)

Əbu Hüreyra rəvayət edir ki, Allah rəsulu sallallahu aleyhi və səlləm dedi: “Kim kahinin yanına gələrsə və onun dediklərini təsdiq edərsə və yaxud qadınla arxadan (duburdan-anusdan) yaxınlaşarsa (cinsi əlaqədə olarsa) Məhəmmədə sallallahu aleyhi və səllləm nazil olandan uzaq olar (əlaqəsi olmaz)”. (Əbu Davud rəvayət etmişdir)

...Alimlər bildirmişdirlər ki, bu cür məsələlər ilə məşğul olmaq və yaxud onları (falçıları, münəccimləri, kahinləri) tapmaq üçün getmək və ya onlara inanmaq haramdır. Onlara pul ödəmək haramdır və kim bu cür şeylərdən əziyyət çəkirsə bundan Allaha tövbə etmək üçün tələsməlidir. Allah daha yaxşı bilir.

Fətəvə əl-İmam əl-Nəvəvi, 230



Muhammad Saleh əlMunəccid


Tarix: 06.04.2013 / 15:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 203 Bölmə: Maraqlı melumatlar
loading...