Həqiqətən, Cəhənnəm ucu-bucağı olmayan, hündür divarları və dərin dibli olması ilə vəsf olunan bir məkandır.
Əbu Hüreyrənin (Allah ondan razı olsun!) rəvayət etdiyi aşağıdakı hədis də belə bir təsvirə dəlalət edən hədislərdəndir. Belə ki, Allahın elçisi (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurur: «Kafirin dərisinin qalınlığı nəhəng insanın dirsəyinin qırx iki misli uzunluğunda, azı dişi Uhud dağı böyüklüyündə və tutduğu yer isə Məkkə ilə Mədinə arasındakı məsafə qədər olacaqdır». Hədisi Tirmizi rəvayət etmişdir, Albani isə hədisi səhih adlandırmışdır.
Əgər Cəhənnəmdəki kafirlərdən birinin azı dişi Uhud dağı böyüklüyündə, tutduğu yer Məkkə ilə Mədinə arasındakı məsafə uzunluğunda və dərisinin qalınlığı qırx iki dirsək enliyində olacaqsa, onda əziz oxucu, Cəhənnəmin özünün genişliyini necə, təsvir etmək olarmı?!
Cəhənnəmin dibinin dərinliyinə gəlincə, bu barədə Müslimin rəvayət etdiyi aşağıdakı hədisi qeyd etmək lap yerinə düşərdi. Belə ki, yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: «Allah elçisi (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) ilə birlikdə idik. Birdən o, [nəyinsə düşməsindən çıxan] gurultu səsi eşitdi və bizdən: “Bilirsinizmi bu nə səsdir?” – deyə soruşdu. Biz də: “Allah və elçisi daha yaxşı bilir” – deyə cavab verdik. Dedi: “Bu yetmiş payızdan [ildən] bəri Cəhənnəmə atılan bir daşdır ki, Cəhənnəmin dibinə hələ indi çatdı. Siz onun Cəhənnəmin dibinə düşdüyünü eşitdiniz”». Digər bir hədisdə isə Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) belə buyurur: «Əgər yeddi boylu dəvə böyüklüyündə bir qaya Cəhənnəmin kənarından ora buraxılsa, yetmiş payız [il] yol getsə belə, onun dibinə çatmaz». Hədisi Hakim rəvayət etmişdir. Albani isə hədisi səhih adlandırmışdır.
Tarix: 04.05.2013 / 13:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar