Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın xoşladığı bir şeyi müsəlmanın xoşlamaması caizdirmi?

Sual: Allah Azzə və Cəlləyə yaxınlaşmaq məqsədilə icazə verilən şeyləri (mübahları) tərk etmək şirk, bidət sayılırmı, yoxsa sayılırmı? Çünki bəzi insanlar buna riayət edir (bağlanırlar) və buna təqva (Allah qorxusu) kimi qiymətləndirirlər, icazə verilən bəzi şeyləri heç bir dəlil, sübutsuz, özləri bunlardan çəkindiyi üçün haram və yaxud məkruh hesab edirlər. Bundan dolayı düşmənçilik edirlər, kin bəsləyirlər. Ümid edirəm ki, məsələni bizə açıqlayacaqsınız.

Cavab:
Allah təalanın halal etdiklərini haram etmək, Allah təalanın mübah etdiklərini məkruh saymaq, Allahın qadağan etdiklərini halal etmək, Allah sübhənahu və təalanın aşağıdakı bildirdiyi ayədən dolayı bir müsəlmana qadağandır.

Allah təala buyurur: “Diliniz (bizə belə əmr edildiyi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): “Bu halaldır,o haramdır!” – deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat tapmazlar!

117 - (Onlar üçün dünyada) az bir mənfəət vardır, (axirətdə isə) onları şiddətli bir əzab gözləyir!” (Ən-Nəhl 16:116)

Bütün nöqsan sifətlərdən uzaq olan Allah buyurur: “De: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zana etmək, lüt gəzmək və s.), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur”. (Əl-Əraf 7:33)

Beləcə, Allah sübhənahu və təala mübarək ayədə Onun haqqında elmsiz danışmağı şirkdən də əvvəl zikr etmişdir. Bunun səbəbi, elmsiz danışmaqdan dolayı doğan böyük fəsadlara görədir.

Bununla yanaşı, Allah sübhənahu və təala Bəqərə surəsində digər bir ayədə bildirmişdir ki, bu şeytanın əmrlərindəndir.

Allah təala buyurur: “Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir.

169 - O sizə ancaq pis və murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər”. (Əl-Bəqərə 2:168-169)

Allah sübhənahu və təalaya yaxınlaşmaq məqsədilə Allah təalanın icazə verdiyi (mübah) şeyləri tərk edərək Allah və rəsuluna sallallahu aleyhi və səlləm itaəti artırmaq, bunları özünə və başqalarına haram etməmək şərtilə, məsələn bəzi vaxtlarda yüksək keyfiyyətli dəbədəbəli qiyafələri təvazökarlıq və sadəlik nişanəsi və təkəbbürlükdən qorunmaq, nəfsin qürrələnməsinin qarşısını almaq, lovğalanması qorxusu ilə nəfsi töhmətləndirmək, qınamaq; insanlar üzərində yekəxanalıq və dikbaşlıq niyyətilə tərk etməyə gəldikdə, o zaman bu cür etməkdə bir qəbahət yoxdur və buna görə inşallah o mükafatlandırılacaqdır.

Məcmuu Fətəəvə və Məqaaləət Mutanavviəh, səh. 155, cild 4


Tarix: 05.04.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 173 Bölmə: Maraqlı melumatlar
loading...