Nənəsinin sözləri əks- səda verdi qulaqlarında:
"Oğlum, namaz heç bu vaxta saxlanılarmı?"
Nənəsinin yaşı yetmişə dayanmışdı. Amma azan oxunduğu zaman, yerindən sıçrayar, yaşından heç gözlənilməyən bir sürətlə dəstəmazını alar, namazını qılardı.
Özü isə nəfsini heç cürə məğlub edə bilmirdi. Hər nə olursa olsun, namaz son vaxta saxlanılırdı, bu səbəblə namazını tələm- tələsik əda edirdi. Bunu düşünərək qalxdl yerindən. Gözü saata tərəf axdı.Şam azanının oxunmasınaon beş dəqiqə qalmışdı. Başını hər iki istiqamətə peşmanlıqla sallayaraq, "yenə ötürdüm namazın" dedi öz- özünə...
Qıvraq hərəkətlərlə dəstəmazını aldı və daha əlini, üzünü qurulamadan özünü otağına atdı. Məcburən sürətli hərəkətlərlə namaznı əda etdi. Təsbihatını edərkən nənəsini düşündü...
"Bu vəziyyətimi görsəydi yenə şirin- sərt qəzəblənərdi mənə" dedi.
Çox sevirdi onu. Hələ elə bir namaz qılışı vardı ki, onu həmişə göy qurşağı heyranlığı ilə seyr edərdi. Namazda elə bir mahiyyəti vardı ki, hicabında rəngdən- rəngə girərdi.
O gün axşama qədər dərsə girmişdi, müdhiş bir ağırlıq vardı üzərində. Duasını edərkən əllərini başının arasına alıb, səcdəyə getdi. Namazdan sonra bir müddət bu şəkildə təfəkkür etməyi sevərdi. Gözləri yumulurdu, "nə qədərdə yorulmuşam" dedi və özündən keçdi eləcə...
Qiyamət qopmuşdu, məhşəri bir sıxlıq vardı. Hər tərəf insanlarla dolu idi. Kimi don qalmış, hərəkətsiz bir biçimdə ətrafı izləyir, kimi sağa- sola qaçırdı. Kimisi də diz çökmüş, başı əlləri arasında gözləyirdi...
Ürəyi çıxacaqmış kimi atır, adətən qəfəsindən qurtulmağa çalışır, soyuq- soyuq tərlər tökürdü. Həyatda ikən qiyamət, sorğu- sual, mizan haqqında çox şey eşitmişdi və axirət həyatı adına bu anlayışlar özü üçün künc daşı olmuşdu. Amma məhşər meydanındakı ürpərti, qorxu və gözləyişin bu cür dəhşət verəcəyini düşünməmişdi. Hesab və sorğu davam edirdi. Bu əsnada onun da adını oxudular.Heyrətlə bir sağa, bir sola baxdı: "Mənim adımı oxudunuz" dedi. Dodaqları titrəyərək, sıxlıq birdən yarılmış, bir yol olmuşdu qarşısında...
İki nəfər qoluna girdi. Məhşər yerinin vəzifəliləri olduğu bəlli idi. Sızlıq arasından çaşqın baxışlarla yeridi. Mərkəzi bir yerə gəlmişdilər. Mələklər hər iki yanından uzaqlaşdılar. Başı önə doğru əyilmişdi. Bütün həyatı bir film xətti kimi keçirdi gözlərinin önündən. Şükürlər olsun dedi və öz- özünə davam etdi...
Gözlərimi dünyaya açdım, həmişə xidmət edən insanlar gördüm. Atam söhbətlərdən söhbətlərə qaçır, malını İslam yolunda xərcləyirdi. Anam evə gələn qonaqları qarşılayır, yemək süfrələrinin biri qalxıb, biri qurulurdu. Mən isə hər zaman bu yolda oldum. İnsanlara xidmətə çalışdım. Onlara Allahı tanıtdım, namazımı qıldım, orucumu tutdum. Fərz olan nə varsa, yerinə gətirdim. Haramlardan, zinadan qaçdım. Kirpiklərimdəm aşağı gözyaşı tökülərkən, "Rəbbimi sevirəm, ən azından sevdiyimi sanıram" dedi.
Amma bir tərəfdən də "Onun üçün nə etsəm az, Cənnəti qazana bilmərəm" deyə düşündü. Tək sığınacağı Rəbbimizin mərhəməti idi. Məhşər sıxlığında bir uğultu yüksəldi. Yalnışmı eşidirdi? Onun adı cəhənnəmliklər siyahısında idi. Dizlərinin üstünə yıxıldı. Heyrətdən don qalmışdı...
"Olmaz!" deyə bağırdı. Həyatım boyu xidmət edən insanlarla oldum. Onlarla birgə yaşadım, həmişə Rəbbimi danışdım deyirdi.
Vəzifəli iki mələk qollarından tutdu. Ayaqlarını sürüyərək və sıxlığı yararaq, aolvları göylərə yüksələn cəhənnəmə doğru yeriməyə başladılar. Çabalayırdı, çırpınırdı. Mədət yox idimi? Bir kömək edən çıxmayacaqdımı?
Dodaqlarından kəlmələr qırıq- qırıq yalvarmaqla qarışıq; "Xidmətlərim, oruclarım, oxuduğum Quranlarım, namazlarım- heç biri məni xilas etməyəcəkmi?" deyirdi.
Cəhənnəm mələkləri onu heç dinləmədən sürüməyə davam etdilər. Alovlara çox yaxınlaşmışdılar. Başını geriyə doğru çevirdi. Bu son çırpınışları idi. Rəsulullah evinin qarşısında: "Axan bir çay içində gündə beş dəfə yuyunan insanı o çay necə təmizləyərsə, gündə beş vaxt namaz da insanın günahlarını elə təmizləyər" buyurdu. Halbuki mənim namazlardamı məni qurtarmayacaq deyə düşünürdü.
"Namazlarım, namazlarım, namazlarım" deyə qışqırdı...
Qollarını sıxan barmaqla buraxıldı. Cəhənnəm mələklərində biri onu itələdi. Vücudunu birdən- birə havada tapdı. Alovlara doğru düşürdü. 1- 2 metr düşmüşdü ki, bir əl qolundan tutdu. Başını qaldırıb, yuxarı baxdı. Uzun, ağ saqqallı bir qoca onu yıxılmaqdan xilas etmişdi. Özünü yuxarı çəkdi, qocanın üzünə baxdı...
-"Siz kimsiniz?" dedi.
Qoca:
-"Mən sənin namazlarınam" dedi.
-"Niyə bu qədər gecikdiniz, son vaxtda çatdınız, hardasa düşürdüm" dedi.
Qoca gülümsədi, başını aşağı saldı:
-"Sən həmişə məni son ana saxlayırdın, axır vaxta çatdırırdın, xatırladınmı?" dedi...
Səcdəyə qapandığı yerdən başını qaldırdı. Qan tər içində qalmışdı. Çöldən gələn səsə qulağını şəllədi. Şam azanı oxunurdu. Bir ox kimi yerindən sıçradı. Dəstəmaz almağa gedirdi.
Namaz qılıb, bir çox xidmətdə olan bir insan bu qədər sıxıntı çəkirsə, namaz qılmayan müsəlman insan: Rəbbimiz bu həyatı bizə boş- boşuna vermədi. Gəlin hamımız birlikdə ucaYaradanın divanına dayanaq. Unutmayaq ki, hər qoyun öz ayağndan asılmaz. Ən azından müsəlmanın belə düşünməsi gərəkmir.
Tarix: 03.06.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 201 Bölmə: Maraqlı melumatlar